Qusarda əməliyyat: saxlanılanlar var

Qusarda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər. Əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Eldar Qadıyevdən qanunsuz olaraq saxladığı AKS-74 markalı silah, 2 ədəd həmin silaha məxsus patron darağı və 60 ədəd güllə aşkar olunaraq götürülüb. Digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkarlanıb. E.Şıxkərimovdan isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

XİN Paşinyana cavab verdi: “Azərbaycanı “etnik təmizləmə”də ittiham etmək riyakarlıqdır”

"Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq "qeyri-qanuni blokada" tətbiq etməsinə dair cəfəng fikirləri qətiyyətlə rədd edirik". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin bugünkü iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb. XİN Ermənistan tərəfinə bir daha xatırladıb ki, Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvaviq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. "Görünən odur ki, Ermənistan tərəfi 2020-ci ildən sonra Laçın yolu vasitəsilə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətdən məhrum olduğu, habelə erməni sakinlərin məntəqədən keçid zamanı Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmadan narahat olduğu üçün bu kimi təxribatlara əl atmaqdadır. Ərazidə “humanitar böhran” olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur. 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümuməsidir. Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir. Ermənistanın qeyd edilən məsələdən ənənəvi təcavüz siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir. Ermənistan tərəfindən səsləndirilən və Azərbaycanın suverenliyini hədəf alan bu tipli fikirlər, habelə bölgədə törədilən hərbi təxribatlar bu ölkənin "sülhün bərqərar olması üçün hər cür səy göstərən" tərəf olduğuna dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir", - XİN-dən qeyd olunub.

Sizi İsgəndər Aznaurovun nigaran ruhu ilə baş-başa buraxıram

Bu gün Şəmkirin Kür qəsəbəsində adına olan məktəbdə Azərbaycan Milli Qəhrəmanı, Ahıska türkü, Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndər Aznaurovun büstünün restavrasiyadan sonra açılışı oldu. Çoxları danışdı, çox şeylərdən danışdılar, ən az danışılan isə İsgəndər Aznaurovun döyüş yolu oldu. Əlbəttə ki, bunun üçün gərək qəhrəmanın döyüş yolu haqqında qabında nəsə olsun ki, söz deyə biləsən. Söz deyə biləcək, onunla qanlı döyüşlərdə iştirak etmiş, onun qanlı nəşini döyüş gedən ərazidən çıxarmış insanlara söz verilmədi. Tədbirdə İsgəndər Aznaurovun Dilgam Aliev başda olmaq şərti ilə 15-ə yaxın silahdaşı iştirak edirdi. İsgəndər Aznaurovu baş tacı edirmiş kimi görünən insanlar, tədbir iştirakçıları, rayon rəhbərliyi başqa şeylər haqqında danışmaq, başqalarını göyə qaldırmaq yadlarına düşdü, söz vermək yadlarına düşdü amma İsgəndərin canlı döyüş yoldaşları, bir sözlə İsgəndərin ruhu olan adamları görməməzlikdən gəldilər. Daha heç bir söz deməyəcəyəm. Sizi İsgəndərin nigaran ruhu ilə baş-başa buraxıram. Ceyhun Nəbi 

Elmar Məmmədyarov səfir olmaq istədi, ona “yox” cavabı verildi

Sabiq Xarici işlər naziri Elmar Məmmədyarov yenidən hakimiyyət komandasında təmsil olunmaq istəyir. E. Məmmədyarovun bundan sonra da diplomatik müstəvidə fəaliyyət göstərmək niyyətində olduğu deyilir.  Yenisabah.az-ın əldə etdiyi məlumata görə, keçmiş nazir bu arzusunu reallaşdırmaq üçün hakimiyyətin yuxarı eşelonunda təmsil olunan bir neçə nəfərə minnətçi düşüb. 63 yaşlı diplomat Bakıda deyil, ölkəmizin hüdudlarından kənarda işləmək istədiyini bildirib.  Məlumatlı şəxs saytımıza açıqlamasında sabiq XİN başçısının ABŞ-da diplomatik işdə çalışmaq istədiyini deyib. Onun sözlərinə görə, E.Məmmədyarovun əvvəlcə Azərbaycanın ABŞ-dakı səfiri olmaq niyyətini açıqlayıb. Amma bu arzusunun reallaşmasının mümkün olmadığını anladığı üçün başqa bir posta iddialıdır. O, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi olmaq istəyir. Məmmədyarov 1992-ci ildən bu qurumda çalışan 68 yaşlı diplomat həmkarı Yaşar Əliyevi əvəzləməyə can atır.  Mənbə deyib ki, E.Məmmədyarov daimi nümayəndənin müavini, hətta Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində I Katib olmağa da razıdır. Başlıca məqsədi yenidən diplomatik statusunu bərpa etmək və ABŞ-da yaşayan övladlarının yanına köçməkdir.  2020-ci ilin iyulunda biabırçı şəkildə işdən çıxarılan sabiq nazirə yenidən etimad göstərilib-göstərilməyəcəyi isə sual altındadır.

Qordon Solovyov haqqında: Əclaf, pozulmuş element!

Rusiyalı aparıcı Vladimir Solovyov tanınmış ukraynalı jurnalist Dmitri Qordonu Moskvaya davaya çağırıb, Qordon isə Solovyovu xəstə adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. “Qorxaq əclaf. O, Moskvanın Basmannı məhkəməsi tərəfindən üç cinayət işi üzrə qiyabi məhkum olunduğumu, xarici agentlərin, terrorçuların və ekstremistlərin reyestrinə düşdüyümü, Rusiyada axtarışa verildiyimi bilə-bilə məni Moskvaya dəvət edir. O, deqradasiyaya uğramış, pozulmuş elementdir. Görün necə dəhşətli dərəcədə arıqlayıb. O, çox xəstədir və bu, üzündə görünür. Mən istəyirəm ki, Slovoyov tribunalı görmək üçün yaşasın. Faşizmin gələcək pərəstişkarları üçün onun başına nə gələcəyini görmək son dərəcə vacibdir. Onun kimi insanlar məsuliyyətə cəlb edilməlidir”, - Qordon bildirib.

"İcra başçısı və şirkət rəhbəri kameralar önündə həmin göldən bir stəkan su içsin"

"Gədəbəydə əhalinin etiraz etdiyi gölün zəhərli olmadığını iddia edən tərəflər, o cümlədən Gədəbəy İcra Hakimiyyəti başçısı və həmin müəssisənin rəhbəri birər stəkan həmin gölün suyunu kameralar önündə içsin, iddialarını isbat etsin, məsələyə son nöqtəni qoysunlar". Bunu media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli özünün feysbuk hesabında yazıb. "Vaxtı ilə İstanbul Bələdiyyəsi Xaliçi təmizlədikdən sonra Beyoğlu Bələdiyyə başçısının Xalicin təmizliyini sübut etməsi üçün soyunub, həmin suda çimmişdi",- deyə o, qeyd edib.

Valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar - DİM sədri

"29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar". Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib. O bildirib ki, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər: "Bacarıqları ölçmək üçüm müəyyən alətlər də var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il biz bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlarla xüsusi bir dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir".

Müəllimlərin 95 faizi imtahana gəlib - AÇIQLAMA

Müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət olduqca yüksək idi. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli bildirib.  "Ötən il 15 min müəllim imtahan dəvət edilmişdi. Davamiyyət yüksək idi. Müəllimlərdən əksəriyyəti imtahanı uğurla verdi. İlk cəhddə uğur qazanmayan müəllimlər təlimlərə cəlb edildilər. Bu, onların davamlı inkişafına hesablanmışdı. Bu məqsədlə 57 dəstək mərkəzi yaradıldı. Beləliklə, müəllimlər akademik təlimlərə cəlb olundular. Bu gündən yeni imtahanlara start verildi. 10 şəhərdə 13 imtahan mərkəzində proses gedir. Davamiyyət olduqca yüksəkdir. İmtahan verənlərin 95 faizi artıq imtahan verir. Ötən il 8700-dən çox müəllim maaşlarına əlavə aldılar. Ümid edirik ki, bu il belə müəllimlərin sayı daha çox olacaq", - deyə qurum rəsmisi qeyd edib.

Paşinyan: Üçtərəfli bəyanatı buna görə imzaladım

Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib. “Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”, - o bildirib.

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Bu barədə Sozcu.az-a Ombudsman Aparatından məlumat verilib. Məlumatda bildirilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə,o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub. Qeyd edək ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ceyhun Bayramov Britaniyaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Zelenski: “Ukrayna ordusu Donbasda irəliləyir”

Ukrayna ordusu Donbasda irəliləyir. Bu barədə Ukrayanın dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib. Ukrayna Prezidenti “Tavriya” hərbçilərinə cəbhədə irəlilədiklərinə görə təşəkkür edib. "Tavriya, - yeri gəlmişkən, irəli getdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm, döyüşçülər! Afərin! Şərqdəki bütün döyüşçülərimiz, güclü döyüşçülər - dözümünüzə və dəqiqliyinizə görə sizə təşəkkür edirəm", - dövlət başçısı deyib. Son məlumatlara görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə 219 min 170 hərbçi itirib. O cümlədən, ötən sutka ərzində Rusiyanın daha 670-ə yaxın hərbçisi həlak olu“Report”