Günün qoroskopu: Fiziki işdə xeyir var

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.  Qoç - Mürəkkəb və uğursuz gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Prioritetləri mümkün qədər sürətlə, tez müəyyənləşdirin. Bir neçə mühüm işin öhdəsindən gələ biləcəyinizi düşünməyin. Bir işi seçin, diqqəti ona yönəldin. Günün ikinci yarısında qohumlara, habelə çoxdan və yaxşı tanıdığınız insanlara yardım üçün müraciət edə bilərsiniz. Yeni tanışlara, bələd olmadığınız insanlara üz tutmayın. Münasibətlər səmimi olsa da, birgə fəaliyyət üçün yetərli deyil. Buğa - Günün ilk yarısı nisbətən uğurludur. İkinci dərəcəli işlərlə məşğul olmayın. Önəmli məsələnin həllinə başlayın və ciddi məqamların çözülməsini təxirə salmayın. Fiziki iş, həllini tələb edən problemlərin nəzərdən keçirilməsi üçün pis zaman deyil. Saatlar keçdikcə yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Sərvaxt olun ki, ifrat yorğunluq hiss etməyəsiniz. Günün ikinci yarısında önəmli maliyyə məsələlərini çözməyə çalışmağa, alış-veriş etməyə dəyməz. Axşam saatları yaxınlarınızla ünsiyyət üçün ədverişlidir. Münasibətlər son vaxtlar qeyri-rəvan və gərgin olsalar da, indi səy göstərsəniz, onları harmonik edə bilərsiniz. Əkizlər - Xırdalıqlara və detallara fikir verin. Nəyisə nəzərdən qaçırsanız, sonradan çox ciddi problemlər yarana bilər. Ünsiyyətdə də sayıq olun. Deyilənlərə qulaq asmaqla yanaşı, intonasiya və kontekstə fikir verin. İradları nəzərə almağa çalışın. Gərəkli məlumatı əldə etmək üçün həddən artıq çalışmağa lüzum yoxdur. Günün ikinci yarısı gələn həftəyə hazırlıq zamanı olmalıdır. Peşəkar fəaliyyət və ya kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə edin. Yeni tərəfdaş və ya müttəfiq aramaq olar. Xərçəng - Çoxsaylı problemlər və xoşagəlməz hadisələr zamanıdır. Rəğbət bəslədiyiniz insanlar belə, sizi təəssüfləndirəcəklər. Fəqət düşünməyin ki, yanınızda layiqli insan qalmayıb. Belə deyil. Ünsiyyət çevrəsini və təmas dairəsini köklü şəkildə dəyişməyə can atmayın. Günün ikinci yarısı yeni imkanlar yaradacaq. Yeni öhdəliklər götürməyə, məsul işə başlamağa dəyər. Çətin işi təkbaşına görə bilərsiniz. Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Bilik və bacarıqlarınızdan tam istifadə edin. Şir - Parlaq, yaddaqalan gün olacaq. Müsbət təmayüllərin təsiri güclüdür. Gözlənilməz, amma çox maraqlı təkliflər ala bilərsiniz. Yeni müttəfiq, tərəfdaş və şərik tapılması istisna deyil. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Günün ikinci yarısı rəqabət zamanıdır. Qalib gəlmək asan deyil. Müdrik davranın, aşkar və açıq qarşıdurmadan yararlanın. Buna rəğmən münasibətlərdəki gərginlikdən qurtula bilməyəcəksiniz. Qız - Uğursuzluqlar zolağına düşdüyünüzü düşünməyin. Günün ilk yarısı çətinliklər və problemlərlə zəngin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ehtiyatlı olun. Ciddi işlə məşğul deyilsinizsə, həddən artıq aktiv davranmayın. Maliyyə itkiləri riski var. İtkilər düşündüyünüzdən də artıq ola bilər. Günün ikinci yarısı xoş olacaq. Son vaxtlar görmək istədiyiniz və darıxdığınız insanla qarşılaşacaqsınız. Perspektivli tanışlıq da ola bilər. Baş verənlərə rəğmən sayıq olun, dürüst qərarlar qəbul edin. Tərəzi - Günün ilk yarısı kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişlidir. Maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Hadisələri tələsdirməyin. Onların öz məcrasında inkişafına süni təkan verməyin. Müdaxilələr olmazsa, hər şey yaxşı alınacaq. Axşam saatlarında qonaq qəbul etmək olar. Ən mühüm məsələləri də rahat ev şəraitində müzakirə etmək mümkündür. Əqrəb - Pis gün olmasa da, xariqələr vəd etməyən zamandır. Mühüm hadisələr yaşanmayacaq. Əhvalınızı pozmayın, hər şey o qədər də pis deyil. Yeni təcrübə, bacarıq və ya biliklər əldə etməyə çalışın. Onlar bir müddət sonra karınıza gələ bilər. Günün ikinci yarısında yaradıcılıq eksperimentləri uğurlu olacaq. İstənilən sahədə yenilik etmək imkanlarına malik olduğunuzu düşünsəniz də, belə deyil. Axşam saatlarında sevdiyiniz insanla bir araya gəlin. Onu sevindirməyə çalışın. Oxatan - Yalnız ailə üzvlərinizə, yaxınlarınıza və dostlarınıza güvənin. Bədxahlarla rəqiblər bu gün sizi tora salmağa çalışacaqlar. Hətta indiyədək yalan danışmağı sevməyən insanlardan biri sizi aldatmağa can atacaq. Maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq. Günün ikinci yarısında işlə bağlı məsələləri müzakirə etməyə dəyməz. Yaşca sizdən kiçik şəxslərlə dil tapmaq asan deyil. Axşam saatlarında mühüm, amma xoşagəlməz işlə məşğul olmaq zərurətiilə üzləşəcəksiniz. Oğlaq - Günün ilk yarısında qəfil çətinliklər yaranacaq. Bədgüman olmayın, qüvvələrinizə inamınızı itirməyin. Nikbin davranın. Ruhdan düşmək üçün heç bir ciddi səbəb yoxdur. Problemlərin səbəbi əlverişsiz emosional fondur. Günün ikinci yarısında pozitiv olun. Yaxınlarınızla ünsiyyətdə sərt danışmayın. Axşam saatlarınızı yaxınlarınızla keçirin. Şəhər kənarına yollanın, bir qədər əylənin. Dolça - Günün ilk yarısında mühüm işləri yerinə yetirmək fikriniz varsa, onların planlaşdırılan vaxtdan artıq zaman alacağına hazır olun. Cari və rutin işlərin öhdəsindən isə sürətlə gələcəksiniz. Onların yerinə yetirilməsində heç bir problem yaranmayacaq. Başqalarına darıxdırıcı və usandırıcı gələcək işlər sizi yormayacaq. Günün ikinci yarısında mühüm məsələləri müzakirə etmək, gələcəklə bağlı planlar qurmaq olar. Qüvvənizi, potensialınızı, işlərin real durumunu dəqiq qiymətləndirin. Balıqlar - Tələskən və səbirsiz davranmasanız, hər şey yaxşı alınacaq. Mühüm qərarları düşünmədən qəbul etməyin. Hansısa qəfil ideyanın müstəsna və ya parlaq olacağını düşünməyin. Əvvəllər hazırladığınız planlardan birini reallaşdırmağa başlayın. Günün ikinci yarısı fəaliyyət üçün əlverişli zamandır. Fiziki işdə xeyir var. Açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Axşam saatlarında aktiv istirahət edin.

Qarşıdakı 3 ay bu şəxslərə çanta-çanta pul və sevgi vəd edir ƏN ŞANSLI BÜRCLƏRİ

Yayın sonu yaxınlaşdıqca, payızda hansı bürclərin taleyinin dəyişəcəyi məlum olub. Astroloqların fikrincə bəzi bürclər sentyabr, oktyabr və noyabr aylarında şanslı olacaq.  Sozcu.az baku.ws-ə istinadən həmin bürcləri sizlərə təqdim edir: Tərəzi payızın ən şanslı bürcləri siyahısında birinci yerdədir. Payız Tərəzi mövsümü kimi tanınır. Payız ulduz falına görə, 9-30 sentyabr tarixləri arasında hava elementi olan bürclər (Əkizlər, Tərəzi və Dolça) şad xəbər alacaq. Bu, işdə yüksəliş və ya yeni bir sevgi və ya çanta-çanta pul qazanmaq ola bilər. Tərəzi bürcünün şanslı nömrələri 10, 17, 82-dir. Qızlar sentyabr ayında, Oğlaqlar dekabr və yanvar aylarında özlərini yaxşı hiss edəcəklər. Əkizlər peşəkar sahədə uğurlu olacaq, onlar oktyabr və yanvar aylarına xüsusi diqqət yetirməlidirlər. Enerjinizi boş yerə sərf etməməyə diqqət edin, diqqətinizi istədiyiniz şeyə yönəldin və onun arxasınca gedin.

Bakıda temperatur iqlim normasından yuxarı olub

Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub. Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3,3 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.

Hitlerin evi polis idarəsinə çevriləcək

Adolf Hitlerin Avstriyadakı evi polis idarəsinə çevriləcək. Sozcu.az APA-ya istinadən bildirir ki, bu barədə Avstriya hökuməti qərar verib. Almaniya ilə sərhəddəki Braunau şəhərində yerləşən binada oktyabrın 2-də təmir başlayacaq. 2026-cı ildə isə binaya polis əməkdaşları və hüquq müdafiəşiləri köçürüləcək. Binanın təyinatının dəyişdirilməsi uzun illərdir müzakirə olunsa da, vəsait çatışmazlığına görə təxirə salınırdı. İndi hökumət bu iş üçün 20 milyon avro ayırıb. Təmirdən sonra tikilidə Hitlerlə bağlı heç bir nişanə saxlanmayacaq. Məqsəd ifrat sağçı və neofaşistlər arasında Hitlerə pərəstişi aradan qaldırmaqdır. Qeyd edək ki, Adolf Hitler sözügedən binada 20 aprel 1889-cu ildə anadan olub və uşaqlıq illərini keçirib.

“Tiktok”, teleqram və “1XBET” qadağan edildi

Somalinin Rabitə və Texnologiya Nazirliyi yeni qərarları açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən "Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı"ndan sonra açıqlana qərara əsasən ölkədə "Tiktok", teleqram və "1XBET" qadağan edilib. Qeyd olunub ki, "Tiktok", teleqram və "1XBET" platformaları somalili gənclərin həyatına mənfi təsir göstərir və hətta ölümlərə səbəb olur. Vurğulanıb ki, platformalar insanların həyat tərzinə təsir edir və pis davranışların artmasına səbəb olur.

“Apple” şirkəti “iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ EDİB

“Apple” şirkəti “iPhone”la bağlı rəsmi xəbərdarlıq edib.  Sozcu.az xəbər verir ki, istifadəçilərə telefonu enerji ilə doldurarkən bədənin üzərinə, yastığın və ya yorğanın altına qoymamaq tövsiyə olunur.   Bundan əlavə, şirkət “iPhone”ları üzlüksüz və yaxşı havalandırılan yerlərdə enerji ilə doldurmağa çağırıb. 

“Nikosayağı”nın həyat yoldaşından ürəkdağlayan sözlər

Bu həyatda ən acı günləri yaşayırıq.  Sozcu.az xəbər verir ki, bu sözləri ağır qəza törədən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həyat yoldaşı İnstaqram hesabında yazıb.  “Tək Allah bilir ki, biz dost yox, Ruslanı bir qardaş kimi, əmi kimi ailəmizdən biri olaraq itirdik. Mən əminəm ki, iki qardaş belə vidalaşmaq istəməzdi. Allah sənə rəhmət eləsin, qardaşım. Ailənə və bizə səbir versin”, - deyə o qeyd edib. 

Çin super robot it yaradıb

"Xiaomi" öz robot itinin növbəti nəslini - "CyberDog 2"ni dünyaya təqdim etdi. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, sahibini şəxsən tanıya və hətta "ağıllı" evi idarə edə bilər. Robot yeriyir, pəncə üstə gəzir, skeytbord sürə bilir.. Ətraflı "CyberDog 2"nin çəkisi cəmi 9 kq-dır. Dörd mikrofon və çoxsaylı sensorlar başqa otaqdan səs əmrlərini eşitməyə imkan verir. Üz tanınması funksiyası da təmin edilir. Robotun qiyməti 12999 yuandır (təxminən 1770 ABŞ dolları).

Dinozavrların yaşıdı olan canlı tapıldı

Boulderdəki (ABŞ) Kolorado Universitetinin alimləri təxminən 73 milyon il əvvəl Yer kürəsinin sərt mühitində yaşamış kiçik bir məməlinin daşlaşmış qalıqlarını aşkar ediblər. Sozcu.az oxu.az-a istinadən bildirir ki, yeni növün hər bir dişi qum dənəsi ölçüsündə olub. Heyvan əslində siçan olmasa da, ona bənzəyib. Tüklü canlının çəkisi təxminən 11 qram olub. O, Alyaskanın şimalında yaşayıb.

"Telegram" təzə funksiyanı işə salır

Bu gündən etibarən "Telegram" messencerində hekayələrin pulsuz paylaşması funksiyası mərhələli şəkildə tətbiq olunmağa başlayacaq. Sozcu.az Trend-ə istinadən bildirir ki, bu barədə "Telegram" kanalında messencerin əsasını qoyan Pavel Durov deyib. "Telegram" yalnız ödənişli "Telegram Premium"a abunəsi olanlar üçün iyul ayında paylaşmaq imkanını işə saldı. Eyni zamanda, digər istifadəçilər abunə sahiblərinin hekayəsinə baxa və şərh verə bilər. "Bu gün bütün istifadəçilər üçün hekayələrin mərhələli şəkildə tətbiq edilməsi "Telegram" tarixində bu yeni mərhələnin başlanğıcını əks etdirir", - deyə P.Durov bildirib.

Günəşdə ardıcıl şiddətli partlayışlar baş verib

Günəşin səthində iki ardıcıl partlayışlar geomaqnit qasırğası yaradıb. Sozcu.az Trend-ə istinadən bildirir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) və Kosmik Agentliyi (NASA) məlumat yayıb. Məlumata görə, qeydə alınan partlayışlar ən ağır səviyyə kateqoriyasına daxil edilib. Partlayışlar Günəşdən iki böyük kütlənin ayrılmasına və nəticədə geomaqnit qasırğasının yaranmasına səbəb olub. Yerə çatan geomaqnit qasırğasının mənfi təsirləri bir sıra ölkələrdə hiss olunur. Bundan başqa, qasırğanın Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. NASA-nın açıqlamasına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükəli olan güclü enerji dalğaları yaradır.

Heç bir şey etmədən pul qazanır: Hər kəsin istədiyi iş

Kişi tibblə bağlı bir iş tapdığını və ona tam maaş verildiyini, lakin demək olar ki, heç nə etmədiyi ilə bağlı maraqlı bir hekayə paylaşıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, tibbi yardım üçün gecə kuryeri kimi işə düzəlib. Şirkət təcili işçi axtarıb və buna görə də namizədə daha yüksək maaş təklif edib. Gecələr onunla birlikdə ofisdə başqa bir işçi də olub. O, vaxtının çox hissəsini işindən çox smartfonuna ayırıb. "Darıxdığım üçün bəzi hesablamalar apardım. İki həftə ərzində təqribən 67 saat işdə oldum və bu saatların 7-sini iş vəzifələrimi yerinə yetirdim, qalan 60 saatını isə smartfonumda keçirdim" - o bildirib. Hekayənin müəllifinin sözlərinə görə, bu məkanda kuryerin işinə hələ də sifarişi qəbul edən, emal edən və kuryerə ötürən idarəçilər təsir edir. Ancaq gecələr demək olar ki, işləmirlər və buna görə də gecə kuryeri tapşırıqsız qalır. Buna baxmayaraq, maaş alır.