Bu müəllimlər 1270 manat maaş alacaq

"35 faiz artım əldə edən müəllimlər 1270, 10 faiz artım əldə edənlər 1030, sertifikasiyada iştirak etməyənlər isə 750 manat əməkhaqqı alacaq".  Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı deyib. O bildirib ki, hazırda Azərbaycanda hər 3 müəllimdən biri 1000 manat maaş alır. Digər 2 nəfər isə 2000 manat maaş alır.

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

İyulun 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,86 dollara, yüngül neftin bir barreli isə 70,94 dollara satılır.

Neft yenidən ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,04 dollara, yüngül neftin bir barreli isə 70,18 dollara satılır.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,50 dollara, yüngül neftin bir barreli isə 70,66 dollara satılır.

Rusiya taxıl bazarı alt-üst oldu: daha 3 beynəlxalq treyder getdi

Bu gündən etibarən dünyanın ən böyük taxıl treyderlərindən 3-ü Rusiyadakı fəaliyyətini tamamilə dayandırır. Sozcu.az xəbər verir ki, “Cargill”, “Viterra” və “Louis Dreyfus” birlikdə Rusiyanın taxıl ixracının 16 faizini təmin edirdilər. Hər üç şirkət gedişi ilə bağlı Rusiya Kənd Təsərrüfatı Nazirliyini mart ayından məlumatlandırmışdı. Rusiya Taxıl İxracatçıları İttifaqının rəhbəri Eduard Zernin bildirib ki, gedən şirkətlər ölkənin taxıl bazarının inkişafında mühüm rol oynayıblar. Onların ixrac həcmlərini yerli şirkətlərin doldurması çətin, amma mümkün məsələdir. Rusiya mənbələrinin məlumatına əsasən, 3 şirkət Qara dənizlə taxıl ixracında 20 faiz, Qafqaz limanlarından ixracda 13 faiz paya malik olub. Rusiya Aqrar Konyuktur İnstitutunun rəhbəri Dmitri Rılkoya görə, xarici şirkətlərin gedişi ölkənin taxıl bazarında rəqabət mühitinə mənfi təsir göstərəcək: “Bu şirkətlərin yerini dövlət şirkətləri tutacaqsa, bu, satışda rəqabət mühitini zəiflətməklə aqrar istehsalçılara zərbə vuracaq. Bizim cənubdakı istehsalçılarımız alıcı seçiminə öyrəşiblər. Bu şirkətlər belə seçim imkanı yaradırdılar və sonda rəqabətli qiymət formalaşırdı, istehsalçı uduzmurdu. İndi belə seçim imkanı qat-qat azalacaq, qiymət rəqabətliliyi mənfi təsirə məruz qalacaq”. Rəsmi statistikadan aydın olur ki, “Viterra” 2022-2023-cü il mövsümündə 3,7 milyon ton, “Cargill” 2,3 milyon ton, “Louis Dreyfus” isə 1,2 milyon ton Rusiya taxılını ixrac ediblər.

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sozcu.az-in məlumatına görə, 2023-cü il iyunun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 rusiya rublu 0,0201 manat, 1 türk lirəsi 0.0674 manat, 1 avro isə 1,8521 manat təşkil edib.

Bu sürücülər 150 manat cərimələnəcək

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə qəbul edilib. Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir. Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Neft bahalaşdı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,87 dollara, yüngül neftin bir barreli isə 72,28 dollara satılır.

Bu şəxslərin maaşı 35 faiz artırılır

Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, test imtahanları 13 şəhərdəki 23 imtahan mərkəzində təşkil olunub. İmtahan üçün müəllimlərə 120 dəqiqə vaxt ayrılıb. Bir çox müəllim imtahanda sualları vaxtından əvvəl cavalandırmağı bacarıb. Müəllimlər arasında maksimum (60) bal toplayanlar da olub. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, bir müəllimin imtahan nəticəsi digərindən yüksəkdirsə, bu, ona daha yüksək əmək haqqı almaq imkanı qazandıracaq: "60 baldan 51-ni toplayan müəllimlərin əmək haqqına hər ay 35 faiz əlavə olacaq. Bu prosesi uğurla tamamlamış, lakin balları 30-50 arası olan müəllimlərin isə əmək haqqına 10 faiz əlavələr ödəniləcək".

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,94 dollara, yüngül neftin bir barreli isə 70,88 dollaradır.