Bitkoinin məzənnəsi rekordunu yeniləyərək tarixdə ilk dəfə 100 min dollar həddini keçib.
Sozcu.az xəbər verir ki, günün əvvəlində bitkoinin dəyəri yüksək sıçrayışla 103 min 387 dollara çatıb.
Hazırda “Binans” platformasında kriptovalyutanın qiyməti 101 min dollar ətrafında sabitləşib.
Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır.