İşğaldan azad olunan rayonlarda nə qədər iş yeri və müəssisə açılıb? – Tam siyahı

Bu ilin ilk 3 rübü ərzində işğaldan azad olunan rayonlarda 1 442 yeni iş yeri açılıb.

Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ən çox iş yeri Laçın rayonunda açılıb.

Bu rayonda 9 ay ərzində açılan yeni iş yerlərinin sayı 409 olub.

Ən az iş yeri isə Xocavənd rayonunda açılıb. Bu rayonda cəmi 30 yeni iş yeri açılıb.

Qeyd edək ki, ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda 243 yeni müəssisə və təşkilat yaradılıb. Xankəndi şəhərində 46 müəssisə yaradılıb və bu müəssisələrdə 209 yeni iş yeri açılıb.

Xankəndi şəhərindən sonra ən çox Ağdam rayonunda yeni müəssisə və təşkilat yaradılıb. 9 ay ərzində Ağdamda yaradılan 33 müəssisə və təşkilatda isə 17 yeni iş yeri açılıb.

Bunlardan başqa, Füzuli rayonunda 25 yeni müəssisə və təşkilat yaradılıb və bu rayonda, ümumilikdə, 70 yeni iş yeri açılsa da, onların heç biri yeni açılan müəssisə və təşkilatlarda olmayıb. Füzulidə açılan yeni iş yerlərinin hamısı köhnə müəssisə və təşkilatlarda olub.

Bu ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda yeni iş yerləri, yeni yaradılan müəssisə və təşkilatlar, həmçinin yeni müəssisə və təşkilatlarda açılan iş yerlərinin sayı aşağıdakı kimi olub:

d66e113f74b2a3131c7eea769856f35a.png

Share on Facebook