De Byazi istefaya göndəriləcəkmi? - Rəsmi açıqlama

Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir: "Baş məşqçinin də hesabatı dinləniləcək". AFFA rəsmisi qeyd edib ki, hazırda milli komandanın baş məşqçisi Canni de Byazinin istefaya göndərilməsi gündəmdə deyil. Xatırladaq ki, Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında "Avro-2024"ün seçmə mərhələsinin ilk iki matçını ağır hesabla uduzuub (Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə). 

"Qarabağ" "Ayntraxt"a, "Neftçi" "Beşiktaş"a qalib gəldi - "İzmir Cup"

“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Sozcu.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşıb. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Həsən Mürşüdzadə vurub. "Qarabağ" bu gün “Başakşəhər”, “Altınordu”, “Manisa” və “Portu” klubları ilə də qarşılaşacaq. "Neftçi" isə bu gün Türkiyə təmsilçisi "Beşiktaş"la qarşılaşıb və Sübhan Əlizadənin son dəqiqə qolu ilə qalib gəlib - 1:0. Qeyd edək ki, "Qarabağ" ilk oyun günündə "Ayaks" və "Srvena Zvezda"ya uduzub (hər iki oyun - 0:2), "Boluspor"la heç-heçə edib. "Neftçi" isə turnirdə ilk matçında İtaliya “Yuventus”u ilə qolsuz heç-heçə edib. Türkiyənin “Girəsunspor” komandasına 1:0 hesabı ilə qalib gələn “Neftçi” günün son matçında Almaniya “Şalke”sinə eyni hesabla uduzub – 0:1.

"Traktor" "Sepahan"ı məğlub etdi

"Traktor" İran çempionatında 25-ci tur oyununa çıxıb. Sozcu.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi lider "Sepahan"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Traktor" - "Sepahan" - 1:0 Qol: Asadi, 64-pen. Bu qələbə ilə xalını 42-ə çatdıran Təbriz klubu turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Sepahan" 52 xalla 1-cidir.

Messinin evini qarət etmək istədilər

2 nəfər şəxs PSJ-nin hücumçusu Lionel Messinin Barselonadakı evinə girməyə cəhd edib. Sozcu.az xəbər verir ki, hadisə aprelin 5-də baş verib. Polis artıq Messinin evinə gələndə cinayətkarlar qaçıblar. Onlar evə girə bilməyiblər. Qeyd edək ki, 35 yaşlı hücumçu 2021-ci ilin yayından Fransa təmsilçisində oynayır. Argentinalı ilə parislilər arasında mövcud müqavilə 2022/23 mövsümünün sonuna kimi hesablanıb. Forvardın PSJ ilə sözləşməsi başa çatdıqdan sonra sabiq kluu "Barselona"ya qayıdacağı bildirilir. Messi bu mövsüm PSJ-nin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.

"Robot kimi oynamaq istəyirik, səhv etmək yox"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 25-ci turunda təxirə salınmış və ötən gecə keçirilən "Brentford"la matçda qalib gəlmələri (1:0) barədə danışıb.  Sozcu.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını deyib: “Çox yaxşı oynadıq, xüsusən də birinci hissədə. 2-ci hissə daha çox döyüşə bənzəyirdi. "Brentford" kimi güclü komandaya qarşı yaxşı futbol oynamaq asan deyil. Amma ehtiras və arzumuz var idi, ona görə də məqsədimizə çata bildik. Markus Reşford möhtəşəm qola imza atıb. O, yenidən zirvədədir, yaxşı formadadır. Ümid edirəm ki, Markus mövsümün sonuna qədər belə qalacaq. David de Xeanın köməyinə nə vaxt ehtiyacımız olsa , yerində olur. Konsentrasiyanı itirdikdə səhvlər etmək mümkündür. Biz robot kimi oynamaq istəyirik, səhv etmək yox. Biz bir boşluq yaratdıq. Yaxşı ki, rəqib bundan istifadə edə bilmədi. David isə özünü göstərdi. Bu, vacib qələbədir, 16 matçda "Brentford" yalnız bir dəfə məğlub olub. Mən komandamızla fəxr edirəm”. Qeyd edək ki, "Mançester Yunayted"in qələbə qolunu Markus Reşford vurub.

“Barselona” Messini qaytarmaq istəyir - sərfəli müqavilə təklif edir

“Barselona” Lionel Messiyə kluba keçidlə bağlı təklif hazırlayır. Bu barədə “Fox Sports”un əməkdaşı Veronika Brunati açıqlama verib. Onun sözlərinə görə, hazırda PSJ-nin hücumçusu olan Messiyə 2025-ci ilə qədər 1+1 sxemi üzrə müqavilə təklif olunacaq. Son məlumatlara görə, Messi Robert Levandovskinin aldığı maaş qədər maaş alacaq. Bundan başqa Messiyə klubun sponsorluq gəlirinin bir faizi təklif olunacaq. “Barselona” həmçinin argentinalı üçün tam dolu “Kamp Nou” stadionunda vida matçı təşkil etməyi də planlaşdırır. Lionel Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır. Klub hücumçudan imtina etməyə hazır olduğu bəyan edib.

Zidan gəlsə, Neymar gedəcək

Fransız mütəxəssis Zinəddin Zidan PSJ-yə baş məşqçilik etməsi ehtimalı daha da artıb.  Sozcu.az xəbər verir ki, bu barədə "Mundo Dpoertivo" məlumat yayıb. 50 yaşlı fransalı məşqçiliyə PSJ-də qayıtmaq niyyətindədir. Belə olan halda Paris klubu futbolçusu Neymarla yolları ayıracaq. Bu məsələnin səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, Zidan əvvəllər Fransa millisinə baş məşqçilik etmək istəyirdi. Lakin yerli federasiya hazırkı baş məşqçi Didye Deşamla müqaviləni uzatmağa qərar verib.

Messi maaşının azaldılmasına razı deyil

PSJ-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləmək üçün maaşını azaltmaq fikrində deyil. Sozcu.az-ın "Goal"a istinadən xəbər verir ki, argentinalı hücumçu bununla bağlı öz mövqeyini komanda rəhbərliyinə izah edib. Bildirilib ki, 35 yaşlı oyunçunun hazırkı maaşını saxlamaq və ya artırmaq üçün  Paris təmsilçisi maaş fondunu demək olar ki, 30 faiz azaltmalıdır. Qeyd edək ki, Messi bu mövsüm PSJ-də 32 oyunda 18 qol vurub və 17 qolun ötürməsini verib. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatır.

Messi: "Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm"

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi FİFA tərəfindən 2022-ci ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatını qazanmasını şərh edib. Sozcu.az "Marca"ya istinadən xəbər verir ki, o deyib: “Bu gözəldir. Möhtəşəm bir il keçirmiş Benzema və Kilianla birlikdə belə  siyahıda olmaq çox xoşdur. Mükafatı almaq mənim üçün böyük şərəfdir. Burada olan Skaloni və Martinezə təşəkkür etmək istərdim. Mənim üçün əla il oldu.Gərgin mübarizədən sonra arzumu həyata keçirə bildim. Ailəmə, Argentina xalqına təşəkkür etmək istəyirəm". Argentinalı oyunçu sosial şəbəkə hesabında isə bunları yazıb: "Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm. Ailəmə və dostlarıma, bizə inanan 45 milyon Argentinalıya... Və bütün FİFA qaliblərini təbrik edirəm. Xüsusilə Lionel Skaloni və Emiliano Martinez hər ikisi də mükafatlarına layiq idilər. Tezliklə görüşənədək!” Qeyd edək ki, Lionel Messi DÇ-2022-də Argentina millisi ilə mundialın qalibi olub. O, turnirin ən yaxşı oyunçusu seçilib.