Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"u çalışdıracaq.
Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib.
Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.