"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsində "Əl-Vehda" ilə oyundan sonra məşqçilər heyəti ilə mübahisə edib.
Sozcu.az xəbər verir ki, portuqaliyalı hücumçu məşqçiləri qıcıqlandıran sözlər deməyə başlayıb. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.
Matç isə 1:0 hesabı ilə “Əl-Vehda”nın xeyrinə başa çatıb. Beləliklə, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda mübarizəni dayandırıb. Turnirin final oyununda "Əl-Vehda" "Əl-Hilal"la qarşılaşacaq.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl Nəsr"lə müqavilə imzalayıb. 38 yaşlı forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 13 oyunda 11 qol və 2 qol ötürməsi ilə yadda qalıb.