Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb

Bakıda təmir sexində yanğın baş verib. Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus “Mercedes-Benz” markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib. Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır. /apa/

17 yaşlı qız həşərat dərmanı içərək öldü

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib. Sozcu.az xəbər verir ki, dünən rayon sakini olan 2006-cı il təvəllüdlü Z.Q. yaşadığı evdə həşəratlara qarşı istifadə edilən zəhərli məhlulu içib. Nəticədə qız vəfat edib. İlkin məlumatda hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.qafqazinfo

17 yaşlı qız həşərat dərmanı içərək öldü

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib. Sozcu.az xəbər verir ki, dünən rayon sakini olan 2006-cı il təvəllüdlü Z.Q. yaşadığı evdə həşəratlara qarşı istifadə edilən zəhərli məhlulu içib. Nəticədə qız vəfat edib. İlkin məlumatda hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.qafqazinfo

Öldürülüb quyuya atılan 4 yaşlı Məryəmin atası HƏBS OLUNDU

Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək, dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə yüngül dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib. T.Allahyarov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. O, həyat yoldaşının ondan ayrılmasına görə bu yola əl atdığını bildirib. Hesab edib ki, həyat yoldaşı övladına əzab verdiyini eşidərsə geri qayıdacaq. Qeyd edək ki, ötən il fevralında 4 yaşlı Məryəmi qonşusu 32 yaşlı Mehman Mansurov qətlə yetirib. O, azyaşlını öldürüb quyuya atdıqdan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb. Hadisədən sonra azyaşlının atası da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə)maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar etdi

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Naxçıvanda cinayət: qadını boğaraq öldürdü

Naxçıvanda qadın boğularaq qətlə yetirilib. Bu barədə Sozcu.az-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Keçmiş polisi öldürən şəxs saxlanıldı

Biləsuvardakı qətllə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənovun şəxsi münasibətlər zəminində Bayram Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Tanınmış jurnalist Kəlbəcərdə vəfat etdi

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş. Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib. Z. Hüseynzadənin 52 yaşı vardı. Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!

Şəkidə evdə partlayış - 3 nəfər yaralandı

Şəkidə evdə qaz sızması nəticəsində partlayış olub, 3 nəfər ağır xəsarət alıb. Sozcu.az-ın məlumatına görə, hadisə bu gün rayonun Aşağı Göynük kəndində baş verib. Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı  Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Lənkəranda traktor avtomobillə toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor Astara rayonunun Şümrüd kənd sakini, 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu​ Məmmədovun​ idarə etdiyi ​“Mitsubishi” pikap markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən traktor aşıb. Traktorun sürücüsü, eləcə də pikapda olan sərnişinlər,​ Astara rayonunun Pəlikeş ​kənd sakinləri, sürücünün qardaşı​ 1986-​cı il təvəllüdlü Mövlud​ Şadoğlan oğlu Məmmədov və həmkəndlisi 1978-​ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov​ müxtəlif dərəcəli ​bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.report

Bakıda kafedən çıxan şəxs döyüldü: pulu əlindən alındı

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb. Faktla bağlı araşdırma aparılır.

Kişi gözəllik salonunda işləmək istəyən 47 yaşlı sevgilisini öldürdü - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Atəş Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu il yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Atəş Ələkbərov 2000-ci ildən etibarən rəsmi nikah münasibətinə girmədən, lakin ər-arvad kimi birgə yaşadığı 1976-cı il təvəllüdlü Sevinc Məmmədova ilə idarə etdiyi “LADA-21214” markalı avtomobillə Goranboy rayonunun Baxçakürd kəndinin ərazisindən keçən torpaq yolla Samux şəhəri istiqamətində hərəkətdə olub. Bu zaman Sevinc Məmmədova gözəllik salonunda işləmək istəməsi, yaxud rəsmi nikah münasibətinə girib birlikdə Bakı şəhərinə köçüb orada yaşamaq istəməsi barədə tələblər irəli sürüb. Daha sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Atəş həmin gün evdən çıxarkən yolda alacaqları meyvəni soymaq məqsədilə Sevinc Məmmədovanın evinin mətbəxindən götürüb avtomobilin sürətlər qutusunun yanına qoyduğu mətbəx bıçağı ilə qadının döş qəfəsinin sol yarısının ön səthindən qəsdən bir bıçaq zərbəsi endirib. Sevinc Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. Atəş Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.pravda.az