DSX əməkdaşı Qazaxda minaya düşdü - Yenilənib

12:36

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Bu barədə Sozcu.az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.

Share on Facebook