Metroda ölən şəxs nazirliyin keçmiş əməkdaşı olub

Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub. Sozcu.az-ın Oxu.az-a istinadla məlumatına görə, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb. Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

İki qardaş dəhşətli qəzaya düşdü: biri öldü

İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mərdəkan körpüsündə dəhşətli qəza: ölənlər var

Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında zəncirvari, ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib. Qəzanın baş verməsinə səbəb "Hunday Santafe" "Hunday Matrix" və "Daevo Gentra" markalı avtomobillərin toqquşması olub. İlkin məlumata görə ölənlərdən biri "Hunday Santafe" markalı avtomobilin sürücüsüdür. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib. "Bu gün saat 08:00-da Mərdəkan qəsəbəsi ərazisində üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisənin baş verməsinə səbəb "Hyundai Matrix" markalı nəqliyyat vasitəsinin idarəetməni itirərək, əks hərəkət zolağına çıxıb və qarşıdan gələn "Hyundai Santafe" və "Daevo Gentra" markalı nəqliyyat vasitələri ilə toqquşması olub. Hadisə nəticəsində "Hunday Matrix"in sürücüsü və sərnişini, eyni zamanda "Hunday Santafe"nin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə T.Nəsirli qeyd edib. Ölənlər "Hunday Matrix"in sürücüsü Ayxan Rəsulov, sərnişini İftixar İsgəndərov, "Hunday Santafe"nin sürücüsü Fərid Hüseynovdur.

ŞOK: Azərbaycanda 3 nəfəri ildırım vurdu - İkisi öldü

Şəmkirdə 61 yaşlı kişini ildırım vurub. Sozcu.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini olan 1963-cü il təvəllüdlü Z.Musayevi evinin yaxınlığında ildırım vurub. 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki bundan əvvəl Gəncədə 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib, Tovuzda isə 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb. Bütün faktlarla bağlı araşdırmalar aparılır.

Abşeronda ağır qəza - İki nəfər öldü

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə təzə yolda qeydə alınıb. Daevo "Centra" və “Ural” markalı avtomobillər toqquşub. Nəticədə Daevo "Centra"da olan Emin Xudiyev və onun dostu (şəxsiyyəti dəqiqləşdirilir) ölüb. Faktla bağlı araşdırma aparılır.

“Son zəng” tədbirində bacanağının atasını bıçaqladı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əlisəfa Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə Əlisəfa Məmmədova bəraət verilib. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz olunub. İttihama görə, hadisə 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Hacıqabul rayonunun Birinci Udulu kəndində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Əlisəfa Məmmədov qayınatasının yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində nəvəsi üçün təşkil etdiyi “Son zəng” tədbiri ilə bağlı keçirilən məclisdə spirtli içki qəbul edib. Sonra o, musiqi səsinin çox olmasına görə həyətdən küçəyə çıxıb. Həmin vaxt həyət darvazasının qarşısında onunla birlikdə tədbirdə iştirak edən, qohumu, bacanağının atası, zərərçəkmiş, rayonun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymanov İsmət Fazil oğlunu da küçədə görüb. Təqsirləndirilən şəxs ondan nə səbəbə küçəyə çıxmasını soruşanda zərərçəkmiş şəxs əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr işlədib, musiqi səsinin başını ağrıtdığını deyib. Əlisəfa da ona kobud qaydada başının yerində olmamasını söyləyib. Bu zaman onların arasında mübahisə yaranıb, İsmət təqsirləndirilən şəxsi yumruqla vurub. Daha sonra Əlisəfa Məmmədov mətbəx bıçağını cibindən çıxarıb zərərçəkmiş şəxsin döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetib. Hadisədən sonra Əlisəfa Məmmədov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. (Pravda.az)

Yeyib-içəndən sonra qonşusunu amansızlıqla öldürmüşdü - 18 il həbs verildi

Ötən il dekabrın 7-nə keçən gecə Ağdaş şəhərində qonşusu 1968-ci il təvəllüdlü Araz Hacıyevi qətlə yetirən 51 yaşlı Rövşən Rüstəmliyə hökm oxunub. Sozcu.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Rüstəmli Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci (Xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, hadisədən əvvəl Rövşən qonşusu Araz və digər iki şəxslə yaşadığı mənzildə məclis qurub və onlar spirtli içki qəbul ediblər. Bundan sonra Araz Hacıyev məclisi tərk edərək evinə gedib. Rövşən isə masanın üzərinə 70-80 manat pul qoyduğunu bildirərək həmin vəsaitin Araz tərəfindən oğurlandığını iddia edib. O, Arazın yaşadığı evin hasarından həyətə tullanaraq qonşusunun yatdığı otağa daxil olub. Rövşən Araza bıçaqla çoxsaylı zərbələr endirərkən bıçaq qırılıb, daha sonra o, əlinə keçən qayçı ilə qonşusuna ağır zərbələr endirməyə davam edib. Ümumilikdə 39 kəsilmiş-deşilmiş xəsarət alan A.Hacıyev oradaca ölüb. Hadisə vaxtı onun oğlu və həyat yoldaşı evdə olsalar da qorxularından Rövşənə yaxınlaşa bilməyiblər. Məhkəmənin hökmü ilə qonşusunu amansızlıqla qətlə yetirən R.Rüstəmliyə 18 il həbs cəzası verilib. (Qafqazinfo)

Bakıda qadın kişini öldürdü

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Azərbaycanda vəzifəli şəxs özünü güllələdi

Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb. Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, S.Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.

Azərbaycanda şagird vəfat etdi

Şabran rayon, Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Rəhim Pənah oğlu Əliyev dünyasını dəyişib. Sozcu.az xəbər verir ki. bu barədə məktəb məlumat yayıb.

Su kanalında boğularaq ölən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.  "Unikal" 2002-ci il təvəllüdlü hərbçimizin fotosunu əldə edib.  Həmin fotonu təqdim edirik: 

Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi

Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb. Sozcu.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.