Bakıda ər-arvad "Sevgililər günü"ndə öldü

Bakıda ər-arvad qazdan boğulublar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib. 46 yaşlı H.Ə. və həyat yoldaşı 45 yaşlı F.Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə avtomobil aşdı: yaralılar var

Gədəbəydə yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Saratovka kəndində "Tofaş" markalı avtomobil aşıb. Nəticədə Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Ağdamda yük maşını minaya düşdü

Ağdamda yük maşını minaya düşüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş c ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən “HOVA” markalı yük maşınına ciddi ziyan dəyib. Xəsarət alan olmadığı deyilir.

11-ci sinif şagirdi vəfat etdi

Bakıda orta məktəb şagirdi vəfat edib. Sozcu.az xəbər verir ki, 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əli Məmmədov dünyasını dəyişib. Onun uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

ABŞ-da həkim səhvi nəticəsində bir kişinin qolları və ayaqları amputasiya edilib.  Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Çad Qerlo böyrək daşlarını çıxarmaq üçün əməliyyat olunub və qolu və ayaqları olmadan xəstəxanadan buraxılıb. Əməliyyatın uğurlu keçdiyi iddia edilir, lakin sonradan məlum olub ki, kişi infeksiyaya yoluxub – xəstənin təzyiqi qalxıb, orqanları sıradan çıxmağa başlayıb. Qerloya təyin olunan güclü antibiotiklərdən onun həm qolları, həm də ayaqları qaralıb. Nəticədə o, amputasiya olunub. Xəstə xidmətin düzgün göstərilməməsinə görə tibb müəssisəsini məhkəməyə verib.

Ana azyaşlı oğlunu dənizə atdı

Türkiyənin İzmir şəhərində 30 yaşlı qadın azyaşlı oğlunu dənizə atıb. Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə şahidləri cəld reaksiya verərək uşağı dənizdən çıxararaq həkimlərə təhvil veriblər. Həkimlər uşağı ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Qadın hadisə yerində saxlanılıb. İlkin məlumatlara görə, onun psixi pozğunluğu var.

DSX-nin hərbçisi faciəli şəkildə öldü

Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb. Sozcu.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Xaçmazın Qusarçay kəndi ərazisində baş verib. Avtomobil Şeydabəy Qəhrəmanovu vurub. O, hadisə nəticəsində həyatını itirib.

Şamaxıda 27 yaşlı qız dəm qazından boğuldu

Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.report)

Bakıda keçmiş xanımının boğazını kəsdi

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin işçisinə hücum olub. Sozcu.az xəbər verir ki, kişi keçmiş həyat yoldaşının boğazını kəsib. Hadisə ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Teleqraf-a bildirilib ki, 270 nömrəli tam orta məktəbin xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib. Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Ana 3 övladının biləklərini kəsdi, 2-si öldü

Ankaranın Keçiören rayonunda ana iki uşağını öldürüb, birini isə ağır yaralayıb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, rayonun Ayvalı məhəlləsində yaşayan Serpil adlı qadın əsəb sarsıntısı keçirib və həmin an evdə olan 12, 10 və 7 yaşlı övladlarının biləklərini kəsib. Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib. 10 və 7 yaşlarında olan iki uşağın hadisə yerində həyatını itirdiyi məlum olub. 12 yaşlı uşaq isə ağır yaralı halda xəstəxanaya çatdırılıb. Ana polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam etdirir.

Bakıda maskalı şəxslər evə basqın etdi

Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar. Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər. Faktla bağlı araşdırma aparılır.

Bakıda körpə uşaq poliklinikasında öldü

Bakıda 1 yaşlı uşaq ölüb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu B.Süleymanov küçəsi 21-də yerləşən 14 saylı uşaq poliklinikasında qeydə alınıb. Bakı şəhər sakini Turqut Nuşirəvan oğlu Əliyev qəfil ölüb. Körpənin ölüm səbəbi araşdırılır.