Putin çox qorxur: "Bu müharibədə qələbəmiz birmənalı olacaq"

Kremldən olan adam (Putin nəzərdə tutulur – red.) çox qorxur və yəqin ki, hardasa gizlənir. Əminəm ki, o, artıq Moskvada deyil. Harasa zəng edir, nəsə yalvarır... Nədən qorxduğunu bilir, çünki bu təhlükəni özü yaradıb. O, bunkerləri arasında nə qədər uzun qaça bilsə, bir o qədər çox itirəcək. Rusiya ilə əlaqəsi olan hər kəs itirəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada baş verən hadisələr haqda video-müraciətində deyib. “Biz ukraynalılar nə edəcəyik? Biz ölkəmizi müdafiə edəcəyik. Biz susmayacağıq və fəaliyyətsiz qalmayacağıq. Bu müharibədə qələbəmiz birmənalı olacaq. Bəs siz nə edəcəksiniz? Qoşunlarınız Ukrayna torpaqlarında nə qədər çox qalarsa, sonradan Rusiyaya bir o qədər çox dağıntı gətirəcək. Bu şəxs Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər olacaq”, - deyə Zelenski bildirib. Qeyd edək ki, Belarus Prezidenti Lukaşenkonun “Vaqner” rəhbəri Priqojinlə apardığı birbaşa danışıqlar nəticə verib. Vaqnerçilər Moskvaya yürüşdən imtina ediblər və geri – Ukraynadakı səhra düşərgəsinə qayıdırlar.

Priqojinin avtomobili ələ keçirildi: içindən görün nə çıxdı - FOTO

"Vaqner" hərbi təşkilatının Sankt-Peterburq şəhərindəki ofisinin önündən pul ilə dolu "QAZel" tapılıb. Avtomobildən çıxan pulun 4 milyard rubl (48 milyon dollar) olduğu açıqlanıb. Ofisin qarşısında olan "QAZel" markalı avtomobil istintaqçıların diqqətini çəkib. Onlar əvvəlcə maşında partlayıcı ola biləcəyini düşünərək yoxlayıblar, nəticədə külli miqdarda pul vəsaiti aşkar ediblər. (Manset.az)

"Tezliklə yeni prezidentimiz olacaq": "vaqner"çilər Putini vətəndaş savaşının suçlusu elan etdi...

"Bir-iki generalını istefaya göndərmək əvəzinə, Putin Rusiyanın ən döyüş qabiliyyətli bölməsini neytrallaşdırmaq əmrini verib..." "Bu, faktiki olaraq idarəetmədə böhran və hakimiyyətin itirilməsidir..." "Vaqner qrupu" özəl hərbi şirkəti Rusiya prezidentinin bəyanatına sərt münasibət bildirib.  Sozcu.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb. Putinin "satqınları neytrallaşdırmaq" təhdidlərinə muzdlular Rusiyada hakimiyyət dəyişikliyi ilə təhdidlə cavab verib. "Ata" düzgün seçim etməyib. Onun üçün pis olacaq. Tezliklə bizim yeni prezidentimiz olacaq", - "AP Wagner" "Teleqram-kanal"ının məlumatında deyilir. "Vətəndaş savaşının tətiyini "Ata" işə salıb. Bir-iki generalını istefaya göndərmək əvəzinə, o, Rusiyanın ən döyüş qabiliyyətli bölməsini neytrallaşdırmaq əmrini verib. Bir-iki xainin həyatını 25 min qəhrəmanın həyatından üstün tutub. Bu münaqişədə kimin şər olduğu artıq aydınlaşıb". "Hərbi siçovulların kəskin şəkildə Tuva generatının tərəfinə keçməsini və "Ata"nın müraciətindən sonra düzgün seçim etdiklərini düşünmələrini müşahidə etmək maraqlıdır, - Priqojinin kanalında deyilir. - Birdən alınmasa? Strelkov artıq özünə ölüm hökmü imzalayıb". Bundan başqa, kanal məlumat verib ki, Voronej vilayətində "birinci" və "ikinci" Rusiya orduları arasında döyüş toqquşmaları baş verib, "Vaqner qrupu" özəl hərbi şirkətinin kolonlarından biri havadan hücuma məruz qalıb. Muzdlular Rusiya nizami ordusu tərəfindən atəş açan helokopterlərinin birini vurmağa müvəffəq olub. "Vətəndaş savaşı rəsmən başlayıb", - "AP Wagner" qeyd edib və təhdidlərə keçib: "Artyomovsku hücumla ələ keçirən və bu müharibənin ən böyük top yeminə çevrilən döyüşlərindən qalib çıxan ordunu heç nə dayandıra biməz. Müqavimət göstərmək faydasızdır". Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin rusiyalılara beş dəqiqəlik müraciətində Priqojinin özəl ordusunun qiyamını 1917-ci il hadisələri ilə müqayisə edib və etiraf edib ki, Rostov-Donda vəziyyət mürəkkəb olaraq qalır. Rusiya liderinin sözlərinə görə, Rusiyanın Silahlı Qüvvələrinə Priqojinin qiyam tərəfdarlarının neytrallaşdırılması üzrə əmr verilib. Bu arada isə Ukrayna Rusiyadakı qarışıqlığa münasibət bildirib, xəbərdarlıq edildiyinin baş verdiyini bəyan edilib. Rusiyada faktiki olaraq vətəndaş savaşı başlayır, hadisələr Kreml rejiminin iflasını sübut edir.  Bu barədə Ukrayna prezidenti Öfisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib. "Hadisələr ötən ilboyu bizim dediklərimiz ssenari üzrə inkişaf edir. Ukraynanın əkshücuma başlaması Rusiya elitaları arasında sabitliyi qəti şəkildə pozub, Ukraynada məğubiyyətdən sonra daxili parçalanmanı gücləndirib", - o, deyib. Onun sözlərinə görə, USQ-nin uğurları fonunda hakim "zümrənin" qarşıdurması yalnız pisləşib, bu da açıq münaqişəyə gətirib çıxarıb. "Priqojinin qrupu hərbi obyektləri, qərargahları və bütöv şəhərləri, demək olar ki, öz yolunda müqavimətlə üzləşmədən ələ keçirir, təsadüfi əsgər və polis nəfərlərini tərksilah edir. Putin Priqojini xain və qanundankənar elan edir və xüsusi xidmət orqanlarına müvafiq əmrlər verir, lakin heç nə baş vermir, bu, idarəetmədə faktiki olaraq böhran və hakimiyyətin itirilməsidir. Eyni zamanda, "Vaqner" Moskvaya yürüşünü davam etdirir", - müşavir qeyd edib. Podolyak vurğulayıb ki, Ukrayna öz yolu ilə 1991-ci ilin sərhədlərinə doğru irəliləməkdə davam edir.

Zelenski açıqladı: Təcili azad edilməlidir!

Fəlakətin qarşısını almaq üçün Zaporojye AES təcili azad edilməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Qanunsuz silahlı birləşmələrə qoşulanlar həbs edildi - Video

Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs ediliblər. Bu barədə Sozcu.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Qeyd olunub ki, DTX-də aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilib. Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər. Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

18 il həbs cəzası alan İlkinə bəraət istənilir

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.  Sozcu.az xəbər verir ki, İlkin Süleymanovun vəkilləri şikayəti Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim ediblər.  Şikayətdə İlkin Süleymanov barəsində bəraət hökmünün çıxarılması istənilib.  Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.  Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. 

Rusların olduğu bazada partlayış baş verdi

Berdyansk şəhərində rus hərbçilərinin yerləşdiyi “Roza” istirahət bazasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Pyotr Andryuşenko məlumat verib. “Berdyanskda saat 01:40-da güclü partlayış baş verdi. Partlayış hətta 50 km aralıda yerləşən Urzuf kəndində belə eşidilib”, - Andryuşenko bildirib.

Ən yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini seçir. Sozcu.az xəbər verir ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır. Cavid Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Ukrayna ordusu son sutkada Rusiyanın 30 "Shahed" PUA-nı məhv edib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsalı olan 30 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib. Rusiya ordusu gecə boyu ümumilikdə 33 PUA ilə Ukrayna ərazisinə hücum edib. Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 1 “İsgəndər-M” qanadlı raketini vurub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Rusların qorxulu yuxusu olacağıq - Budanov

Ölkədə “Ölməz komandirlərin xüsusi dəstəsi” yaradılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. “Bu dəstəyə Valeri Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin baş komandanı), Stepan Bandera (Ukrayna Millətçilər Təşkilatının lideri), Simon Petlyura (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri) daxil olacaq. “Ölməzlər dəstəsi” Ukraynanı ələ keçirmək istəyən rusların qorxulu yuxusu olacaq”, - o bildirib.

Avropalı deputatlar Azərbaycan-Ermənistan sərhədinə GƏLİR

Avropa Parlamentinin deputatları Azərbaycanla sərhəddə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistana səfər edəcəklər. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 19-22-də baş tutacaq. Səfər zamanı Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndə heyəti İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaq niyyətindədir. Həmçinin hökumətdə və parlamentdə görüşlər keçirmək nəzərdə tutulub.

Anna Malyar: “Ukrayna Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad edib”

Ukrayna Silahlı Qüvvələri Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O bildirib ki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki yaşayış məntəqələri azad olunub. Nazir müavini vurğulayıb ki, ümumilikdə, Ukrayna ordusu Tavriya istiqamətində 7 kilometr irəliləyib və cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir.