Rusiya səfiri “sülhməramlı”ların olduğu Qarabağdan hayların köçünü “faciə” adlandırdı...

“Belə yerdə “Dovşana qaç, tazıya tut deyir” məsəli yerinə düşür...” Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti  Qarabağın dağlıq hissəsindən olan məcburi köçkünlərin ehtiyaclarını qiymətləndirmək, “Sünik” (Zəngəzur) qubernatoru Robert Qukasyan və yerli hakimiyyət orqanlarının digər nümayəndələri ilə təhlükəsizlik, sosial məsuliyyətli biznes, konsulluğun açılması və bir sıra digərləri də daxil olmaqla regionun bir sıra məsələlərin müzakirə etmək üçün “Sünik” vilayətinə səfər edib.  Moderator.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, Sergey Kopırkin erməni jurnalistlərə müsahibəsində səfərin nəticələrindən danışıb və prioritet vəzifələrlə bağlı sualları cavablandırıb. “Rusiya Ermənistana həm dövlət, həm də bir sıra ictimai təşkilatlar vasitəsilə əhəmiyyətli yardım paketi hazırlayır”-deyən  səfir qeyd edib ki, görüş zamanı tərəflər “Dağlıq Qarabağın erməni əhalisinin başına gələn faciə” fonunda “Sünik” bölgəsinin problemlərini müzakirə ediblər. Yerli hakimiyyət orqanları “məcburi” köçkünlərin problemlərinin həllinə diqqət yetirir. Rusiyalı diplomatın sözlərinə görə, yerli rəhbərlik nəhəng və səmərəli iş görür. “Rusiya üçün indi Ermənistanda və Sünik bölgəsində baş verənlər çox önəmlidir, Ermənistan və erməni xalqı, o cümlədən Dağlıq Qarabağ erməniləri bizim üçün önəmlidir, onlar yad deyillər. Biz çox sıx bağlıyıq. Biz bu insanların yaşadığı durumu və ağrıları özümüzünkü kimi qəbul edirik. Kim nə deyirsə desin, Rusiya bütün bunlara laqeyd deyil. O, öz əməlləri ilə göstərdi, göstərir və göstərəcək ki, bu, çox mühüm ölkə və xalqdır və onunla əsrlər boyu əlaqələr qurduğu və gələcəkdə də qurmaq niyyətindədir”, - deyə Kreml emissarı vurğulayıb. Kopırkin əmin edib ki, Rusiya Federasiyasının rəhbərliyi “Sünik” bölgəsinin problemlərinə böyük diqqət yetirir və ilk növbədə humanitar xarakterli məsələlərə diqqət yetirərək, onların həllinə kömək etməyə hazırdır. Bu baxımdan diplomat “Rossotrudniçestvo”-nun  Qarabağdan köçkmüş ermənilərin prioritet ehtiyaclarına cavabını müsbət qiymətləndirib. P.S. Belə yerdə “Dovşana qaç, tazıya tut deyir” məsəli yerinə düşür...

Bu gün ABŞ Ukraynaya 200 milyonluq yardımı elan edəcək

Bu gün ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb. Qeyd olunur ki, yeni yardım paketinin ümumi dəyəri 200 milyon dollara yaxındır: “Paketə "AİM-9 Sidewinder" raketləri, HİMARS üçün artilleriya sursatları, TOV tank əleyhinə raketlər, həmçinin 155 mm və 105 mm mərmilər daxildir”.

HƏMASDAN tükürədici VƏHŞİLİK- Başı kəsilmiş 40 israilli körpənin cəsədi tapıldı

İsrail və Fələstin arasındakı münaqişədə baş verən cinayətlər dünyanı şoka salmağa davam edir. Bu dəfə bir kənddə başı kəsilmiş 40 israilli körpənin cəsədi tapılıb. Azyaşlıları HƏMAS üzvlərinin qətlə yetirdiyi bildirilir. Sözügedən hadisə dünya gündəmini zəbt edib. Hadisə yerinə gedən jurnalistlər baş verən məsələ ilə bağlı şok keçirdiklərini bildirib./Lent.az/

İsrail Qəzzaya fosfor bombası atdı - Fələstin XİN

İsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib. Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.

Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün bunu edir - SENSASİON DETALLAR

“Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlar ziddiyyətləri artırır. Putinin “Valday”da dedikləri sülhməramlılara artıq ehtiyacın qalmadığı və Rusiyanın mövcud reallığı qəbul etdiyi fikrini önə çıxardı. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dünən bəyan etdi ki, “sülhməramlı kontingentə tələbat var, Qarabağda qalan ermənilərlə təmaslarda vasitəçilik edir, bununla yanaşı, gedənlər yenidən qayıda bilər və rus hərbçilərinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək””. Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, Rusiyanın sülhməramlıları bölgədən çıxarmaq istəmədiyi bəllidir: “Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri də sual altındadır. Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla, sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir: bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir; İkincisi, Xankəndidə qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır: ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir; Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir: gedən ermənilərin sülhməramlılara inamı qalmayıb, eyni zamanda qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir”. Ekspert “Rusiyanın sülhməramlılarla bağlı planı nədir?” sualını da cavablandırıb: “Lavrovun bu gün dedikləri bunu müəyyən qədər anlamağa imkan verir. Rusiyanın baş diplomatı bildirir ki, “İrəvan və Bakı iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır”. Bu açıqlamadan 2 nəticə çıxır: Birinci, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır: hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb, bu baxımdan sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir. İkinci, Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir: Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb, ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır, istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var. İkinci variant daha real görünür, lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi, yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək? Açıq qalan suallar var”.

İsrail Qəzzanı şumlayır

İsrailin Qəzza zolağına endirdiyi zərbələrin nəticələrinin miqyası pilotsuz uçan aparatdan qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü yayılıb. Qeyd edilib ki, İsrail ordusu (ÇAXAL) hər 4 saatdan bir Qəzza zolağını kütləvi raket zərbələri ilə vurur.

"Rusiya xüsusi xidmət orqanları Ukraynada ələ keçirilən Qərb silahını HƏMAS-a ötürüb" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

"Düşmənin bu növbəti təxribatı Ukrayna Silahlı Qüvvələrinin nüfuzdan salınması və Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın dayandırılması məqsədini güdür..." Rusiya xüsusi xidmət orqanları Ukraynada döyüş əməliyyatları zamanı ABŞ və Avropa İttifaqının ələ keçirilən qənimət silahlarını HƏMAS terrorçularına ötürüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib. Məlumatı "news.obozrevatel.com" nəşri yayıb. Ukrayna kəşfiyyatının məlumatına görə, rusiyalılar burada aşağıdakı məqsədləri güdüb: - ukraynalı hərbçiləri "Qərb silahının müntəzəm əsaslarla terrorçulara satmaqda" ittiham etmək; - bu feyki mediada, o cümlədən Qərb mətbuatında yaymaqla Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın tamamilə dayandırılması məqsədilə ictimai rəyi formalaşdırmaq. "Kremlin dezinformasiya kampaniyası çərçivəsində bu feyklər Qərb KİV-lərində bir sıra "ifşaedici materialların" və "araşdırmaların" əsasını təşkil etməlidir.  İnandırıcı olması üçün Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda Moskvaya qaçmış Ukrayna Sərhəd Xidmətinin xain baş leytenantı Ruslan Sırovun müvafiq şərhlərindən istifadə etmək niyyətindədir", - BKİ xəbərdarlıq edir. Xatırladaq ki, ilyarımdır ki, ona hücum edən Rusiya ilə qanlı savaş aparan Ukrayna yəhudi dövlətinə terror hücumlarını birmənalı olaraq qətiyyətlə pisləyənlərin ilk sırasında olub. "Biz İsrailin özünü və öz xalqını qorumaq hüququna öz dəstəyimizi ifadə edirik", - Ukrayna XİN "həmasçıların" İsrailə qanlı hücumundan bir neçə saat sonra bəyan edib. Düşmənin bu növbəti təxribatı Ukrayna Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlib və Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın dayandırılmasına gətirib çıxara bilər. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə güclü hücum törədərək, 5 min raket buraxıb, sonradan onlar Qəzza bögəsi yaxınlığındakı maneələrdən keçərək dinc sakinləri qətlə yetirib və vəhşiliklər törətməyə başlayıb. Oktyabrın 9-da bütün gecə İsrail Müdafiə Ordusu HƏMAS terrorçu qruplaşmasının hərbi imkanlarını məhv etmək üçün Qəzza bölgəsinə zərbələr endirməkdə davam edib. Eyni zamanda, terrorçular mülki obyektlərə hücumları davam edir, bu hücumlar nəticəsində İsraildəki qurbanların sayı 700 nəfəri ötüb.

İsrail ordusu hücuma hazırlaşır - Halevi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddəki ərazinin terrorçulardan təmizlənməsini başa çatdırır və artıq hücuma hazırlaşır. Sozcu.az xəbər verir ki, belə bir bəyanatla İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi çıxış edib. “Çətin başlanğıcdan sonra təmas xəttini formalaşdırırıq. Biz çoxlu terrorçu öldürmüşük - kim yaxınlaşsa, öldürüləcək. Ərazimizdə terrorçu olmaması üçün ərazinin təmizlənməsini başa çatdırırıq və eyni zamanda artıq hücuma hazırlaşırıq. Hələ qarşımızda çoxlu vəzifələr var, güclü olmalıyıq. Hər şey pis başladı və düşmən tərəfi üçün çox pis bitəcək”-deyə o bildirib.

Qəzza tam blokadaya alındı: qida, işıq, qaz yoxdur

Qəzza zolağının tam blokadaya alınması üçün göstəriş verdim. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. Nazirin sözlərinə görə, orada ərzaq və enerji təchizatı dayandırılacaq: “Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim. İşıq yox, yemək yoxdur, qaz yoxdur, hər şey bağlıdır”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.

İsrail həlak olan hərbçilərinin sayını açıqladı

İsrail ordusu HƏMAS-la toqquşmalarda daha 16 hərbçisinin həlak olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında həlak olan İsrail əsgərinin sayı 73-ə yüksəlib. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın hücumu ilə İsraildə müharibə başlayıb.

HƏMAS-ın komandir müavini əsir götürüldü

Qəzzada HƏMAS dəniz qüvvələrinin cənub diviziyasının komandir müavini Məhəmməd Əbu Qalini girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “CaucasianLive” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, Məhəmməd Əbu Qalini İsrail Hərbi Dəniz Qüvvələrinin "Şayetet 13" bölməsi tərəfindən əsir götürülüb.

Təl-Əviv hava limanında böyük izdiham

İsrailin Ben Qurion hava limanında insanlar ölkəni tərk etməyə çalışarkən böyük növbələr yaranıb. Sozcu.az xəbər verir ki, İsraildə insanlar yenidən Təl-Əvivdə yerləşən Ben Qurion hava limanında saatlarla növbəyə düzülüblər. Onlar Qəzza zolağı ilə bağlı artan münaqişə fonunda ölkəni tərk etməyə çalışırlar, lakin bir çox uçuşlar ləğv edilir. Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.