Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski 6 ölkədəki səfirləri geri çağırıb.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, Keniya, Ruanda, Sloveniya, Litva, Yaponiya və İndoneziyada fəaliyyət göstərən səfirlər geri çağırılıb.
Məlumata görə, fərman Çin və BMT-dəki Ukrayna nümayəndələrinə də şamil edilib.
Yeni təyinatlarla bağlı məlumat verilməyib.