Təcili: “Hüseyniyyun”un rəhbərləri həbs edildi

Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində həbs olundular. Sozcu.az xəbər verir ki, İran hökumətinə bağlı antiazərbaycan təbliğatı aparan “Azariha” xəbər saytı məlumat tayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qumda saxlanılıblar.

"Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir" - Paşinyan SƏRSƏMLƏDİ

“Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Laçın dəhlizinə birmənalı olaraq Rusiya sülhməramlıları nəzarət etməlidir, “Laçın dəhlizi Azərbaycan tərəfindən “bağlanıb”. Bu, təkcə regionda gərginliyin artırılmasına deyil, həm də Qarabağda humanitar böhranın dərinləşməsinə yönəlmiş addımdır. Rusiya sülhməramlı kontingenti Laçın dəhlizini nəzarətdə saxlamalı və dəhlizin fəaliyyətini təmin etməlidir. Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir”, – deyə Paşinyan sərsəmləyib.

Laçın yolu açıqdır - Bayramov

Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu gün Laçın yolu açıqdır və üç istiqamətdə istifadə oluna bilər.

Oğlumun paylaşımı mənim üçün gözlənilməz oldu – İsa Qəmbər - VIDEO

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Kanadada yaşayan oğlu İlkin Qəmbərin etiraza səbəb olan paylaşımına münasibət bildirib. Modern.az xəbər verir ki, o, “Laf TV”-yə müsahibəsində oğlunun fikirləri ilə müəyyən məqamlarda razı olmadığını deyib. “Biz son illər, təxminən 7-8 ildir ki, görüşmürük. Bu məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız olmayıb”, – deyə İsa Qəmbər bildirib. O, İlkin Qəmbərin qondarma “erməni soqırımı” ilə bağlı səhv mövqedə olduğunu və oğlunun paylaşımının özü üçün gözlənilməz olduğunu vurğulayıb. Qeyd edək ki, İlkin Qəmbər qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”.

Laçındakı sərhəd məntəqəsi ilə bağlı daha bir xəbər

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Agentliykişğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.

Türkiyədə deputatlığa namizəd saxlanıldı - Terrorçuluqda ittiham olunur

Xəbər verdiyimiz kimi, ötən gündən Türkiyənin bir çox vilayətində terrorla əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar başladılıb. Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul vilayətində aparılan əməliyyatlar zamanı Yaşıl Sol Partiyanın Kocaelindən millət vəkili namizədi Aytən Dönmez də saxlanılıb. Onun bir müddət terror təşkilatı PKK/KCK-nın mərkəzdən kənarda təşkilatlandırılmasında rol aldığı iddia edilir.

“Lentsov bilir ki, Qarabağda yaxşı biznes var” - Rus general üçün “kabab iyi”

“Rusiyada o qədər generallar var ki, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olması heç kimi təəccübləndirməsin”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olanda polkovnik Üzeyir Cəfərov deyib. Hərbi ekspert Azərbaycanın aprelin 23-də Həkəri çayı üzərində quraşdırdığı nəzarət-buraxılış məntəqəsindən dərhal sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığında baş vermiş dəyişiklikdən söz açıb. Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlıların növbəti – beşinci komandanı general-polkovnik Aleksandr Lentsov təyin olunub. O, bu postda general-mayor Andrey Volkovu əvəzləyəcək. Öz növbəsində, Ü. Cəfərov söyləyib ki, Lentsovun gəlməsi heç nəyi dəyişdirməyəcək: “Əksinə, Lentsov bilir ki, orada yaxşı biznes var və o, Andrey Volkovdan fərqli olaraq, çalışacaq ki, 5 illiyi 3 ildə yerinə yetirsin. Çünki qabaqlar SSRİ-də belə bir şüar var idi ki, 5 illiyi 3 ildə yerinə yetirsinlər”. Polkovnikə görə, Lentsovun postun qurulmasından sonra Qarabağa gətirilməsi sadəcə bir təsadüfdür: “Sadəcə vaxt baxımından rotasiya olunmalı və Volkov getməli idi. Onsuz da Volkov harınlamış bir rus generalı idi. Lentsov gəlib guya nəyi dəyişəcək? Ona nə deyəcəklərsə, onu da edəcək. Lentsov bölgədə Sergey Şoyqunun tapşırıqlarını yerinə yetirəcək, yük daşıyacaq və s. Komandanın özü heç bir qərar qəbul etmir. Yəni o, hər hansı bir səlahiyyətdə və gücdə deyil ki, nəyisə həll etmə iqtidarındadır, yaxud kimsə ona bu şansı tanıyacaq. Belə olacağını düşünmürəm”. Müsahibimiz vurğulayıb ki, onun Lentsovdan böyük bir gözləntisi yoxdur: “Rusiya sülhməramlıları bölgədən çıxarılmalıdır. Çünki onlar kifayət qədər sülhyaratma missiyasının adına öz davranışları və hərəkətləri ilə xələl gətirdilər. Həm də ki, bundan sonra Rusiyanı kimsə heç yerə dəvət etməyəcək. Birdəfəlik hər kəsə aydın olmalıdır ki, Rusiya olan yerdə hər hansı bir sülhdən, əmin-amanlıqdan və sabitlikdən söhbət gedə bilməz. Rusiya olan yerdə qan-qada, bəla və problemin dərinləşməsi var. Ona görə də bu generalın Qarabağa gəlməsindən böyük heç nə gözləmirəm. Rütbə də sizi çaşdırmasın. Çünki Rusiyada daşı atırsan, generala dəyir. İndi Volkov gedəcək, Lentsov gələcək, nə isə dəyişəcək və s. desələr də, belə düşünmürəm”.

Azad olunan ərazilərdə mina partlayışı nəticəsində ölən və yaralananların sayı açıqlanıb

2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Zod qızıl mədənində işlər tamamilə DAYANDIRILDI" - "Hraparak"

“Zod qızıl mədənində işlər tamamilə dayandırılıb”. Sozcu.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb. Qeyd olunub ki, bir neçə gün əvvəl Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan mədənin işçiləri ilə görüşüb, onlardan konkret addımlar atmaq üçün aprelin 25-nə qədər gözləməyi xahiş edib. “Bu gün qubernator yenidən mədəninin işçiləri ilə bir araya gəlib və bildirib ki, yatağın fəaliyyəti dayandırılır, mədən bundan sonra işləməyəcək. Mədəndəki fəhlələrdən birinin dediyinə görə, qubernator onlara bu ayın maaşının 1/3-ni alacaqlarını, 40 işçinin Rusiyanın hansısa zavodunda işlə təmin olunacağını, qalanlarının isə öz işləri ilə məşğul olacağını deyib. Zod qızıl mədənində əsasən Vardenis icmasından olan 800-dən çox insan işləyirdi”, – deyə Hraparak yazır.konkret)

“Laçındakı sərhəd postumuzda Rusiya “sülhməramlı”larının da yoxlanılması vacibdir...”

“Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər...” “Laçında sərhəd-buraxılış məntəqəmizin qurulmasını alqışlayıram. Bunu çoxdan etməliydik.  Çünki həmin məkandan bizim dövlət sərhədimiz keçir və oraya sərhəd-buraxılış məntəqəsi qoymaqla bağlı heç kəslə məsləhətləşmək də lazım deyildi. Biz bir müstəqil dövlət olaraq öz suveren ərazimizdə beynəlxalq və yerli qanunların yol verdiyi hər şeyi edə bilərdik. Odur ki, Ermənistanla sərhəddə, bilavasitə  Xankəndinə  gedən yolun üzərində nəzarət-buraxılış məntəqəmizin qurulmasına heç bir xarici dövlətin etiraz etməyə nə ixtiyarı, nə də haqqı var”. Bu fikirləri Moderator.az-a açıqlamasında  müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov ifadə edib. “Əgər azı son 30-35 ildə Azərbaycan xalqının başına gətirdikləri faciələrə, işğallara, soyqırımlara baxmayaraq,  Qarabağdakı ermənilərə sərhəd-buraxılış məntəqəmizdən keçməklə Ermənistana gediş-gəlişlərinə şərait yaradırıqsa, buna icazə veririksə, onlar bizə minnətdar olmalıdırlar. Onlar bu yolla silah-sursat, qadağan olunmuş məhsullar, texniki vasitələr və s. daşımayacaqlarsa, nədən ehtiyat edirlər,  gəlib-getsinlər. Amma deyilənləri nəzərə alaraq Həkəri çayı üzərindəki körpüdə sərhəd xidməti ilə yanaşı, gömrük və baytarlıq xidmətlərinin də postları olmalıdır. Bundan əlavə, yalnız Laçında deyil, Ermənistanla  keçmiş Dağlıq Qarabağ ərazisində keçidin mümkün olduğu bütün torpaq, qrunt yollarının, at, ulaq cığırlarının hamısının başında sərhəd postları qurulmalıdır”- deyə açıqlamasının davamında polkovnik bildirib. “Xalqı narahat edən digər bir məsələ bəhs edilən sərhəd məntəqəsindən keçən Rusiyanın “sülhməramlı” adlanan hərbçilərinin minik və yük avtomobillərinin də yoxlanıb-yoxlanılmayacağıdır. Çünki son iki il yarıma yaxın müddətdə onların müvəqqəti nəzarətində olan ərazilərimizdə baş verənlərdən, xüsusən də Qarabağda rəsmi qurumlarımız tərəfindən də qeydə alınan son hadisələrdən, yəni Rusiya hərbçilərinin dəstəyi ilə  kənar yollarla oradakı separatçı, işğalçı xislətli ermənilər üçün silah-sursat, əlavə canlı qüvvə daşınması faktlarından sonra “sülhməramlı”lar öz etibarlarını tamamilə itiriblər. Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər. Odur ki, Laçındakı sərhəd postumuzda Rusiya hərbçilərinin də yoxlanılması vacibdir”, - deyə sabiq nazir müavini vurğulayıb.

Ukrayna ordusu gələn ay hücuma keçəcək

Ukrayna aprelin sonuna qədər hər biri 4 minə yaxın hərbçidən ibarət 12 briqada hazırlamaq və may ayında hücuma keçmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, ABŞ və NATO-nun müttəfiqləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir və onları lazım olan silah-sursatla təchiz edir. Məlumata görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının detallarını çatdırıb. Məxfi məlumatda əks-hücum əməliyyatında iştirak edəcək qüvvələrin ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizində sahil xətti boyunca yerləşdiriləcəyi gözlənilir. Hazırda Ukrayna ordusunda kritik əməliyyata hazırlıq işləri gedir. 

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan daha biri Bakıya təxliyə edilib. Sozcu.az-ın məlumatına görə, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb. Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.report