“Çalışmaq lazımdır ki, toy gecəsinə kimi oğlanlar da bakir olsun”

Ümid Partiyasının sədri İqbal Ağazadə son açıqlaması ilə diqqət çəkib. 

Sozcu.az xəbər verir ki, “Künc-Bucaq” adlı “YouTube” layihəsinin qonağı olan partiya sədri bu dəfə sosial məsələlərdən də danışıb. 

O, cəmiyyətin maraq dairəsində olan bakirəlik, zifaf gecəsi, “TikTok” sosial şəbəkəsi barədə fikirlərini bölüşüb: 

“Heç kim heç kimi bakirə olmağa və ya bakirə olmamağa məcbur edə bilməz. Bu, mədəniyyətlərdən, adətlərdən, düşüncələrdən və milli-mental xüsusiyyətlərdən irəli çıxan bir şey olmalıdır. İnsanlara cəmiyyətin yaxşı tərəflərini düzgün göstərmək lazımdır ki, mütləq bakirə olmalısan, yaxud mütləq bakirəliyin pozulmalıdır kimi anlayışlar olmasın, insanlar seçimi düzgün etsinlər. Azərbaycanın seçimi adət-ənənələrdə, düşüncələrdə, mental xüsusiyyətlərdə qadının zifaf gecəsinə qədər - toy gecəsinə kimi bir insanla belə münasibətdə olmamasıdır. Və bu şəkildə uzun illər yaşamışıq. 

Bu gün Avropa ölkələrində bunu az qala dəyər kimi qəbul edirlər, heç də pis şey kimi qəbul etmirlər.

Çalışmaq lazımdır ki, oğlanlarımız da bakir olsun. Bunun tam tərsini aşılamaqsa, yanlışdır. Çalışmaq lazımdır ki, oğlanlar da belə olsun.

Amma yox onu da pozacaqsan, çünki oğlanlarımız belə deyil kimi yanaşmalar nəticə etibarilə sivilizasiyaların və düşüncələri toqquşması ilə nəticələnəcək. Bizdə mental dəyərlərə və xüsusiyyətlərə imkan tanıyan ağıllı və cahil arasında seçim edərkən dini fanatizmə yuvarlananlar say etibarilə daha çoxdur. O, sabah ölkə üçün problem yarada bilər. Buna görə də təbliğatın nümunəvi hissəsini dövlət özü etməlidir ki, bu tipli şeylər ayaq açıb yeriməsin”. 

“TikTok” sosial şəbəkəsi haqda danışan İ.Ağazadə  tez-tez orada edilən paylaşımları izlədiyini də etiraf edib: 

“Mən “TikTok”a da baxıram, izləyirəm. Siyasətçi cəmiyyətin həkimidir. Necə ki, fərdi olaraq insanları həkimlər xəstəlikdən müalicə edir, cəmiyyət xəstəliyini də siyasətçilər müalicə edir. Ona görə də mən hər şeyi izləyirəm. Bəzən görürsən ki, “TikTok”da sadəcə qışqırırlar. Deyə bilərsiniz ki, buna baxmasınlar. Amma biz cəmiyyət, hökumət olaraq bunun səbəbini tapmalıyıq”. yensabah)

Share on Facebook