Xoş xəbər: Ukrayna ordusu bu ərazilərdən rusları çıxardır

Ukrayna hərbçiləri Baxmutun cənubunda əməliyyatı davam etdirir. Xüsusilə, ordu Baxmut-Qorlovka magistralını nəzarətdə saxlayır və hərəkət edən Rusiya texnikalarını sıradan çıxarır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib. Onun sözlərinə görə, son 24 saat ərzində ukraynalı hərbçilər Kleşçievka, Odradovka və Şum yaxınlığında uğurlar əldə ediblər. Orada Ukrayna Silahlı Qüvvələri hücumu davam etdirir və rusları işğal etdikləri ərazilərdən sıxışdırıb çıxarır.

Ukrayna ordusu raket zərbəsilə Rusiyanın Xerson yaxınlığındakı hərbi qərargahını məhv edib

"Müşavirə vaxtından əvvəl başa çatıb, 8 zabit "200", 7 zabit "300" statusuna "layiq görülüb"..." "HIMARS raketi qərargah zabitlərinin gündəlik müşavirəsinin "iştirakçısı" olub..." Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Ukrayna Müdafiə Qüvvələrinə ötürülən məlumata görə, Ukrayna artilleriyaçılarının dəqiq raket zərbəsilə Rusiyanın Xerson yaxınlığındakı hərbi qərargahı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə "news.liga.net" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, zərbə nəticəsində səkkiz rusiyalı zabit həlak olub, daha yeddi nəfəri yaralanıb. Zərbə HIMARS yaylım atəşli reaktiv sisteminin raketi ilə endirilib. "Ukrayna Təhlükəsizlik Xidmətinin yönləndirilməsi sayəsində HIMARS raketi Rusiyanın 70-ci motoatıcı diviziyasınım 24-cü motoatıcı alayı zabitlərinin gündəlik müşavirəsinin "iştirakçısı" olub", - Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib. "Müşavirə vaxtından əvvəl başa çatıb: səkkiz zabit "200", yeddi zabit "300" statusuna "layiq görülüb", - məlumatda deyilir. Mənbələr həmçinin bu yaxınlarda Xerson yaxınlığındakı müvəqqəti idarəetmə məntəqəsində baş vermiş partlayışın videosunu yayıb. Bundan öncə məlumat verilib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin dəyərləndirməsinə görə, son bir neçə itkilərdən sonra Rusiyanın Qara dəniz donanması Ukraynanın dəniz blokadasının effektiv şəkildə həyata keçirmək imkanını itirib, lakin hələ də dəniz mənzilli raketlərlə atəşlər həyata keçirə bilər. O cümlədən Britaniya kəşfiyyatı qeyd edib ki, Rusiya donanmasına sentyabrın 20-si və 22-də qərargahlarının məhv edilməsinin kulminasiyası olan ciddi zərbələri bu müharibədə daha dağıdıcı və koordinasiyalı olub.

Rusiyanın itkiləri 277 mnə yaxınlaşır

Ukrayna müharibənin 580-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 276 670 hərbçi, 4672 ədəd tank, 8946 ədəd zirehli döyüş maşını, 6299 ədəd artilleriya sistemi, 792 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 533 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8763 ədəd avtomobil texnikası, 4924 ədəd PUA, 1529 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 925 xüsusi avadanlıq itirib.

Rus admiral və 34 zabit öldürüldü

Sentyabrın 22-də Sevastopolda Qara dəniz Donanmasının qərargahının vurulması nəticəsində donanmanın komandanı, vitse-admiral Viktor Sokolov ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvəsi məlumat yayıb. “Donanma qərargahının vurulmasından sonra Qara dəniz Donanmasının komandanı daxil olmaqla, 34 zabit ölüb. Daha 105 nəfər isə yaralanıb. Qərargahın binası tamamilə dağılıb”, - məlumatda qeyd olunub. Bildirilib ki, raket zərbələri nəticəsində “Minsk” böyük desant gəmisi də məhv edilib. Halbuki gəmi hücumdan bir gün sonra şəxsi heyətlə birlikdə döyüş növbətçiliyinə çıxmalı idi. Gəmidəki canlı qüvvə itkisi 62 nəfər təşkil edib. Qeyd edək ki, sentyabrın 22-də Ukrayna tərəfi Sevastopolun “Storm” raketləri ilə atəşə tutulduğunu bildirmişdi.

NATO-ya çağırış: Belqradı bombalayın!

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Şimali Atlantika Alyansını Serbiyaya zərbə endirməyə çağırıb. Sozcu.az xəbər verir ki, o, müvafiq çağırışı X sosial şəbəkəsində yayıb. "Serblərin Kosovaya qarşı müharibəsi Banskda başladı. Mən NATO-nu dərhal Serbiyaya qarşı müdaxilə hazırlamağa çağırıram. Belqradı elə indi bombalayın!" - o bildirib. Eyni zamanda, Felinger baş verənlərdə Rusiyanın əli olduğunu iddia edib. Qeyd edək ki, Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırıb.

"Kadırov 15 il ərzində narkotikdən istifadə edib, ona görə də bu gün ölüm ayağındadır" - Zakayev

"Kadırov Çeçenistanda yaradılan zibil qutusudur və onun ölümü Rusiyaya respublikada törətdiyi cinayətləri bir hissəsini onun üzərinə qoymağa imkan verəcək..." Zakayev bəyan edib ki, Kadırovu xəstəxana çarpayısına düçar edən narkotik asılılığıdır İçkeriya Çeçenistan Respublikasının baş naziri Kadırovun Rusiyanın FTX tərəfindın zəhərləndiriməsi versiyasını təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb. İçkeriya Çeçenistan Respublikasının mühacirətdə olan baş naziri Əhməd Zakayev bəyan edib ki, Ramzan Kadırov 15 il ərzində narkotiklərdən istifadə edib. Onun fikrincə, belə asılılıq Çeçenistan liderini "xəstəxana çarpayısına" düçar edib. Ötən həftə müxalifətçi Əbubəkr Yanqulbayev bəyan edib ki, Kadırov "ölüb". Bu arada isə Kreml Çeçenistan liderinin vəziyyəti barədə susmağa üstünlük verir.  Bununla birlikdə, Ukrayna MN Baş Kəşfiyyat İdarəsi  iddia edib ki, Kadırovun vəziyyəti ağırdır. Öz tərəfindən Əhməd Zakayev deyib ki, çeçen "don"u uzun müddət "sakitləşdirici", daha doğrusu, narkotiklər qəbul edib. Bu, sağlamlıqla bağlı gözlənilən problemlərə gətirib çıxarıb. O cümlədən, Birləşmiş Ərəb Əmirliklərdə ona böyrək köçürməyə cəhd edilib, lakin bu, baş tutmayıb. "Bu səbəbdən onun sağlamlığında ciddi fəsadlar baş verib", - Zakayev "24Kanal"a şərhində deyib. Eyni zamanda o, çeçen liderinin, bəzi ekspertlərin hesab etdiyi kimi, Rusiya  FTX-sı tərəfindən zəhətlənditirilməsi versiyasını təkzib edib. Zakayev deyir ki, Kadırov Kreml üçün hələ də kifayət qədər qiymətli fiqurdur. O, Rusiya üçün "canlı" kimi faydalıdır və ona alternativ "simanın" yaradılması çox vaxt tələb edir. Eyni zamanda, Kadırovun "ölümü" ondan Rusiyanın öz cinayətlərinin bir hissəsinin ata biləcəyi "zibil qutusu" düzəldə bilər, Zakayev vurğulayıb. "O, Çeçenistanda yaradılan zibil qutusudur. Çeçenistanın malik olduğu bütün neqativlər və ya Rusiya xüsusi xidmət orqanları və Rusiyanın Çeçenistanda törətdiyi cinayətlərin nəticələri-bütün bunlar Kadırovun üzərinə qoyulacaq", - o, qeyd edib. Peskov Kadırovun hansı vəziyyətdə olduğunu dəqiqləşdirməkdən imtina edib Xatırladaq ki, Kadırovun "ölümü" barədə şayiələr Yanqulbayevin sentyabrın 17-də yaydığı məlumatla birgə yayılıb. Ertəsi gün Rusiya KİV-ləri Putinin mətbuat katibi Dmitri Peskova müraciət edib və Kadırovla bağlı baş verənləri dəqiqləşdirməyə cəhd edib. Cavabında Peskov deyib ki, Kadırov Kremlin səlahiyyəti deyil, ona görə də onun sağlamlığı ilə bağlı heç bir arayış verilməyəcək. Eyni zamanda, sentyabrın 18-də Çeçenistan rəhbərinin saytında Kadırovun məzuniyyətə çıxması barədə sərəncan  üzə çıxıb. Qeyd edilib ki, sərəncam iyulun 3-də təsdiq edilib.

Putinə BÖYÜK ŞOK: Rusiyaya qarşı SƏRT tədbirlər görüləcək

ABŞ, Cənubi Koreya və Yaponiya Rusiya və Şimali Koreya arasında mümkün silah sazişinə qarşı sərt tədbirlər görməyə qərar veriblər. Cənubi Koreyanın Xarici İşlər Nazirliyi nazir Park Cinin Nyu-Yorkda Yaponiyanın xarici işlər naziri Kamikava Yoko və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüyünü açıqlayıb. Görüş zamanı nazirlər Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfərini və Moskva ilə Pxenyan arasında mümkün silah sazişi ilə bağlı narahatlıqların artdığı bir vaxtda onun prezident Vladimir Putinlə görüşünü müzakirə ediblər. Rusiya və Şimali Koreya arasındakı hərbi əməkdaşlıqdan dərin narahat olduqlarını bildirən nazirlər iki ölkə arasında mümkün silah sazişinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozacağı ilə bağlı xəbərdarlıq ediblər. Nazirlər Moskva və Pxenyan arasında mümkün silah sazişinə qarşı sərt tədbirlər görməyə qərar verdiklərini və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq regional təhlükəsizliyə qarşı yönələn hər hansı təhdidlə qətiyyətlə mübarizə aparmaq üçün qlobal ictimaiyyətlə əməkdaşlığa sadiq olduqlarını açıqlayıblar. Xatırladaq ki, Kim sentyabrın 13-də Rusiya prezidenti Putinlə görüşüb. Kim Çen Inla danışıqları "məhsuldar" adlandıran Putin bölgədəki vəziyyət və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.(musavat.com)

Rus ordusu darmadağın: itkiləri 276 minə yaxınlaşır

Ukrayna müharibənin 578-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 275 850 hərbçi, 4662 ədəd tank, 8914 ədəd zirehli döyüş maşını, 6233 ədəd artilleriya sistemi, 789 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 531 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8734 ədəd avtomobil texnikası, 4888 ədəd PUA, 1518 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 914 xüsusi avadanlıq itirib.

Rusiya donanması ürəyindən vuruldu! - Putinə BÖYÜK ŞOK

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu həyata keçirilib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma Sevastopol qubernatoru Mixail Razvocayev sosial şəbəkə hesabında açıqlayıb. "Düşmən donanma qərargahına raket zərbəsi endirib. Raketin bir parçası Lunaçarski teatrının yanına düşüb. Hadisə yerinə bütün fövqəladə hallar xidmətləri göndərilib. Xəsarət alanlarla bağlı iş davam etdirilir."- o deyib. İctimaiyyəti sakitliyə çağıran Razvocayev hadisə yeri ilə bağlı foto və videoların sosial şəbəkələrdə paylaşılmamasını xahiş edib. O, ikinci açıqlamasında yeni raket hücumunun ola biləcəyi barədə xəbərdarlıq edib, vətəndaşları şəhərin mərkəzinə gəlməməyə və binaları tərk etməməyə çağırıb. Xarici media hadisəni "Rusiya donanmasının ürəyi vuruldu" kimi şərh edib.

Ukrayna Zaporojyedə rusların müdafiə xəttini yarır

Hazırda Zaporojye vilayətinin qərbində Rusiya müdafiə istehkamlarının arxasında Ukrayna zirehli texnikası fəaliyyət göstərir. Amma Ukrayna Silahlı Qüvvələrinin rusların bu müdafiə xəttini tamamilə yardığını söyləmək hələ tez olardı. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Sentyabrın 21-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna zirehi texnikası üçqatlı müdafiənin bir hissəsini təşkil edən Rusiya tank əleyhinə xəndəklər və “əjdaha dişləri” sədlərindən cənuba doğru irəliləyib, Verbovoyenin bilavasitə qərbində (Orexovdan 18 km cənub-şərqdə) məhdud döyüşə başlayıb. Bununla belə, Ukrayna qoşunlarının bu mövqeləri tutub-tutmaması aydın deyil”, - məlumatda deyilir.

Ukrayna ordusu ilk dəfə olaraq Surovikin xəttini keçib, Rusiyanın müdafiəsi darmadağın edilib

"USQ ilk dəfə olaraq "Strykers" və "Marders" ağır texnikanı tankəleyhinə xəndəkdən və "əjdaha dişlərindən" kənara keçirib..." "Ukrayna müdafiəçiləri Zaporojye vilayətinin Rabotino rayonunda rusiyalı qəsbkarları xeyli itkilərə məruz qoyub..." USQ-nin ağır texnikası Surovikinin ilk xəttini-Zaporojye vilayətinin Verbovoye kəndi rayonunda güclü istehkamlar sistemini keçə bilib. Sozcu.az xəbər verir ki, bu barədə "OSINT" ("open source intelligence" - açıq mənbələrdən məlumatların toplanması-red.) analitikləri döyüş meydanından xəbərləri nəzərə alaraq iddia edib. Məlumatda deyilir ki, USQ  ilk dəfə olaraq "Strykers" və "Marders" ağır texnikanı tankəleyhinə xəndəkdən və "əjdaha dişlərindən" kənara keçirib. Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitiki Corc Barros qeyd edib ki, ukraynalıların ağır texnikası ilk dəfə olaraq Surovikin xəttini keçib. Hərbi analitik Rob Li həmçinin qeyd edib ki, Ukraynanın 82-ci desant- həmlə briqadası "Stryker", "Marder" PDM və "MaxxPro" ZTR zirehli maşınlarının köməyi ilə müdafiə xəttini keçib. Barrosun məlumatına görə, videoda Ukrayna texnikası, ehtimal ki, xəndəyin qazılması və "əjdaha dişlərinin" yerləşdirilməsi zamanı saxlanılan yolla hərəkət edib. Bu onu göstərə bilər ki, USQ bu sahədə Rusiyanın müdafiəsini darmadağın edib. Ehtimal ki, bu istiqamətdə Ukraynanın yeni hücumunun şahidləri olacağıq. USQ-nin əks hücumu ISW-nin məlumatına görə, Uktayna qüvvələri Zaporojye vilayətinin qərbində sentyabrın 20-də hücum əməliyyatlarını davam edib, lakin hər hansı uğur əldə etməyib. Şimali Osetiyanın Zaporojye vilayətinin qərbində fəaliyyət göstərən "Osetiyaya hücum" və "Alaniya" könüllü taborları iddia edib ki, sentyabrın 20-də səhər Rabotino və Verbovoye yaxınlığında döyüşlərin intensivliyi azalıb. Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətinin Rabotino rayonunda rusiyalı qəsbkarları xeyli itkilərə məruz qoyub. Son sutka ərzində Ukrayna müdafiəçiləri 500-dək rusiyalı işğalçını məhv edib. Rusiyalılar Andreyevka yaxınlığında öz mövqelərini bərpa etməyə cəhd göstərir, lakin bütün bu cəhdlər uğursuzluğa düçar olur.

Rusiyanın itkiləri 275 minə yaxınlaşır

Ukrayna müharibənin 575-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 274 470 hərbçi, 4638 ədəd tank, 8883 ədəd zirehli döyüş maşını, 6137 ədəd artilleriya sistemi, 781 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 528 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8670 ədəd avtomobil texnikası, 4850 ədəd PUA, 1479 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 911 xüsusi avadanlıq itirib.