"Müharibə başlanandan Rusiya ordusunun 15 generalı aradan götürülüb..."

"Ukrayna MN-nin Baş Kəşfiyyat İdarəsi rusiyalı komandirlər haqqında məlumatları onların tabeçiliyində olanlardan pulla əldə edir..." "Müharibə başlanandan Rusiya ordusunun 15 generalı aradan götürülüb..." Ukraynalı "Şaman" Rusiya generalların ovuna  necə çıxıb?.. Ukrayna kəşfiyyatının elit bölməsi Rusiyanın yüksək vəzifəli zabitlərinin ovuna çıxıb. Söhbət Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin tərkibində olan "Şaman" xüsusi təyinatlı taborundan gedir. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Times" qəzeti məlumat yayıb. Nəşr əsas məqsədi hərbi kəşfiyyat və düşmənin arxa cəbhəsində infrastrukturunun məhv edilməsindən ibarət olan bu bölmənin bir neçə üzvləri ilə söhbət edib. "Bizim konkret adamlar, və ya obyektlər üzrə, məsələn, generalın və ya buna bənzər kimsənin olduğu binalar üzrə məqsədlərimizin, missiyamızın sayı artıb", - bunu şərti adı "İntelligent" olan 30 yaşlı çavuş bəyan edib. O, Belqorod ətrafında rusiyalı zabitin öldürüldüyü pusqu barədə danışıb. "İntelligent" öldürülənin adını açıqlamayıb. Qəzet müəyyən edib ki, bu, əsasən Pskov vilayətindən səfərbər edilənlərdən formalaşan 1009-cu alayın komandiri polkovnik Vladimir Kuznetsovdur. Pskov mətbuatının məlumatına görə, hərbçi iyunun əvvəlində Novaya Tavoljankada döyüşlər zamanı həlak olub. Britaniya jurnalistləri ilə söhbət zamanı "İntelligent" qeyd edib ki, son altı ayda "Şaman" döyüşçüləri "ondan artıq belə əməliyyatları" uğurla həyata keçirib. Hərbçi deyib ki, aradan götürmənin uğurlu olmasının açarı əvvəlcədən aparılan yaxşı kəşfiyyatdır. Tez-tez MN-nin Baş Kəşfiyyat İdarəsi rusiyalı komandirlər haqqında məlumatları onların tabeçiliyində olanlardan pulla alır. "Ruslar pulu xoşlayır və öz generallarına nifrət edir, ona görə də biz onların ordusunun daxilindən çoxsaylı faydalı məlumat əldə edə bilirik. Bizim çoxlu faydalı təchizatımız var. Uşaqlar özləri ilə kamikadze-dronlar gəzdirir, bəzən onlar hətta ən güclü maşını sıradan çıxara bilir", - ukraynalı hərbçi deyib. Ukrayna tərəfinin məlumatına görə, 2022-ci ilin fevral ayından Ukraynaya qarşı müharibədə Rusiya ordusunun 15 generalı həlak olub. Rusiya yalnız 6 generalının həlak olduğunu etiraf edir. Müharibənin əvvəlində "Şaman" kiçik dəstə olub, lakin indi tabora qədər böyüyüb. "Times" qeyd edir ki, indi bu, ötən il nəşrin yazdığı ilə müqayisədə "xeyli dərəcədə güclü qüvvədir".  Xüsusi təyinatlılar təsdiq edir ki, o zamandan daha da irəliyə gedib və qarşılarına daha çətin əldə ediləcək hədəfləri, məsələn, aviasiya bazalarını qoyublar. "Bu, həqiqətən ciddi mühafizəsi olan böyük hədəfdir. Burada təkcə missiyaya göndərilən xüsusi təyinatlılarla ötüşmək alınmayacaq. Şəhərdə və ya bazada, Rusiya ordusunda bizim öz mənbələrimiz olmalıdır", - "İntelligent" izah edib.

Ukrayna dünən gecə 7 İran dronunu məhv edib

Ukrayna qüvvələri gecə boyunca İran istehsalı 7 dronu məhv edib. Sozcu.az xəbər verir ki, Ukrayna hava qüvvələri dronların ölkənin şimal-şərqindən, Rusiyanın Kursk şəhəri istiqamətindən atıldığını bildiriblər. Məlumata görə, axşam saat 11-də başlayan və təxminən 5 saat davam edən hava hücumu zamanı Rusiya tərəfindən 10 dron buraxılıb. Dronların zərərsizləşdirilməsində Ukraynanın HHM qüvvələrinə məxsus idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edildiyi bildirilib. Qeyd edək ki, Rusiya rəsmiləri də gecə boyunca Moskva və Krım yaxınlığında 13 Ukrayna dronunun vurulması barədə məlumat yayıb.

533-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 533-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 252 200 hərbçi, 4278 ədəd tank, 8303 ədəd zirehli döyüş maşını, 5028 ədəd artilleriya sistemi, 711 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 469 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7495 ədəd avtomobil texnikası, 4179 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 746 xüsusi avadanlıq itirib.

SEPAH zabiti Çaldıranda öldürüldü

Avqustun 8-də Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində SEPAH zabiti Əmir Hüseyn Salehian naməlum şəxslər tərəfindən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. “Zabit vəzifə başında olduğu vaxt əks-inqilabçı qüvvələr tərəfindən qətlə yetirilib”, - məlumatda qeyd olunub.

Rusiyanın itkiləri 252 minə yaxınlaşır

Ukrayna müharibənin 532-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 251 620 hərbçi, 4262 ədəd tank, 8290 ədəd zirehli döyüş maşını, 5013 ədəd artilleriya sistemi, 711 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 469 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 312 ədəd helikopter, 7479 ədəd avtomobil texnikası, 4175 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 742 xüsusi avadanlıq itirib.

"Müharibədə təşəbbüs Ukraynanın əlindədir" - Zelenski

"Rusiya döyüş meydanında qalib gəlmək iqtidarında deyil, ona görə də silah və zorakılıq tətbiq etməklə Ukraynanı çıxılmaz vəziyyətə salmağa cəhd edir..." "Bizim gözlərimizdə yorğunluq, rusiyalıların gözlərində isə qorxu vardır..." Ukrayna prezidenti Rusiyanı hərbi gəmilərsiz qoyacağı ilə təhdid edib Ukrayna prezidenti Vladimir Zelenski Latın Amerikası KİV-lərinə müsahibəsində Ukrayna limanlarının blokadasının davam edəcəyi təqdirdə Kiyevin Rusiyanın Qara dəniz gəmilərini məhv edəcəyini vəd edib. Sozcu.az xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb. Ukrayna liderinin sözlərinə görə, Ukrayna sübut etməlidir ki, öz ərazi sularından məhsulunu idxal və ixrac etmək hüququna malikdir, ona görə də Rusiya gəmilərinə zərbələri ədalətli müdafiə adlandırıb. "Əgər blokada olacaqsa, Ukrayna öz sularının blokadasına son qoymağın üsulunu tapmalıdır", - Zelenski vurğulayıb. "Əgər Rusiya Qara dənizdə dominantlıq etməkdə və onu raket zərbələrilə blokada etməkdə davam edərsə, o zaman Ukrayna bizim müdafiə imkanlarımızın ədalətli müdafiəsi üçün lazım olanları edəcək.  Onlar atəş açmaqda davam edərsə, müharibənin sonunadək gəmsiz qala bilər. Bu, onlara göstərmək istədiyimizdir". Zelenski qeyd edib ki, Rusiya döyüş meydanında qalib gəlmək iqtidarında deyil, ona görə də silah və zorakılıq tətbiq etməklə Ukraynanı çıxılmaz vəziyyətə salmağa cəhd edir. "Ona görə də Ukrayna bizim dinc əhalimizə, taxıl brokerlərimizə istənilən hücuma mütləq cavab verəcək", - Zelenski vurğulayıb. "Biz göstərmək istəyirik ki, hamıya rusiyalılar təsir etməməlidir. Argentinalı jurnalist müstəmləkiçilikdən danışır, bu da Qara dənizə, Azov dənizinə qarşı müstəmləkə siyasətidir. Bu siyasi metodlarla onlar müstəmləkəçi kimi dominantlıq etmək istəyir. Nədən onlar bizim nə istehsal edib, nəyi ixrac etdiyimizi həll etməlidir? Onlar həm də sizin əvəzinizə həll edərək sizə buna imkan vermirlər. Nədən onlar həll edir? Bunu anlamaq olmur". Bundan başqa, Ukrayna prezidenti etiraf edib ki, Ukraynanın əkshücumu "mürəkkəb" məcrada davam edir, lakin bu zaman vurğulayıb ki, USQ geri çəkilmir, hücum fazasındadır. "Əkshücum mürəkkəb məcrada gedir, - Zelenski deyib. - Ehtimal ki, irəliləyiş bəzilərinin istədiyi və ya təsəvvür etdiyindən ləng gedir. Bütün bunlar ikincidərəcəli şeylərdir. Çünki cəbhənin bir hissəsi minalanıb, digər hissəsində başqa çətinliklər var... Bu barədə çox danışmaq olar. Hansı istiqamətdə düzgün və ya yanlış addımlar atılır. Lakin əkshücum ordunun geriyə çəkilməsi deyil, hücum etməsi deməkdir. Və bu, müsbət məqamdır. Təşəbbüs Ukraynanın əlindədir. Bu qədər uzun müddətdə mübarizə aparmaq çox çətindir. Bu, tamamilə aydındır. Müəyyən silah çatışmazlığı olanda çox çətindir. Bütün bunlar mürəkkəb məqamlardır. Çünki bu, müharibədir.  Mən dəqiq bilirəm ki, bizə çətindir, amma rusiyalılar üçün daha çətindir. Bəli, bizim gözlərimizdə yorğunluq var. Amma onların gözlərində qorxu var, bunlar müxtəlif şeylərdir. Biz dözməliyik. Mən nə deyə bilərəm? Biz qalib gəlmək istəyiriksə, dözümlü olmalıyıq. Biz isə bunu istəyirik. Lakin Rusiya bizdən fərqli olaraq, bu müharibəni öz hərbçilərini lazımsız qurban vermədən daha tez bitirə bilər. Onlar bizim ərazilərimizi tərk etməlidir. Ukrayna müharibəni Rusiyanın ərazisində aparmaq niyyətində deyil, bu, heç vaxt bizim məqsədimiz olmayıb. Biz yalnız öz ərazilərimizi azad edirik.  Onların geri qayıtmağa yerləri var, bizim isə yoxumuzdur. Onların getməyə yerləri var, bizim isə yoxumuzdur. Çünki bizim başqa torpağımız yoxdur".

ABŞ Ukraynaya “Patriot” raketləri göndərir

Bu gün ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb. Hərbi yardım paketinə “Patriot” sistemləri üçün raketlər, GMLRS idarəolunan raketləri, minaların təmizlənməsi əleyhinə avadanlıqlar, tank əleyhinə silahlar və sursatlar daxil ediləcək.

Putinin həbsi: BCM Roma Statutunun iştirakçısı olan dövlətlər birgə bəyanat yaydı

Böyük Britaniya, Kosta-Rika, İtaliya və Yaponiya Rusiya hakimiyyət orqanlarının Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) prokuroru və hakimlərinə qarşı başlatdığı cinayət işindən sonra birgə bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkələrin rəsmi birgə bəyanatında deyilir. Onlar Rusiyanın BCM-nin prokuroru Kərim Xana və hakimlər Serxio Heraldo Ugalde Godinez, Rosario Salvatore Aytala və Tomoko Akaneyə qarşı başlatdığı cinayət işi ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. "Rusiyanın Məhkəmənin mandatına xələl gətirmək cəhdlərini davam etdirməsi təəssüf doğurur və biz digər iştirakçı dövlətlərlə birlikdə Məhkəməni, onun rəsmiləri və əməkdaşlarını və onunla əməkdaşlıq edənləri qətiyyətlə dəstəkləmək üçün sarsılmaz öhdəliyimizi bir daha bəyan edirik”, - bəyanatda deyilir.  Ölkələr həmçinin müstəqil və qərəzsiz tribunal kimi BCM-ə tam etimadlarını və "Məhkəmənin bütövlüyünü heç bir təhlükə olmadan qoruyaraq” Roma Statutunda təsbit olunmuş prinsip və dəyərləri dəstəkləmək əzmində olduqlarını "bir daha təsdiqləyiblər”. Xatırladaq ki, mayın 19-da Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderin qisasını almaq üçün Rusiya Daxili İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın barəsində axtarış elan edib. BCM Rusiya Federasiyasının bu addımına Rusiya hakimiyyəti tərəfindən BCM rəsmilərinə qarşı "əsassız və əsassız məcburetmə tədbirləri” ilə bağlı dərin narahatlıqla reaksiya verib. Kərim Xan daha əvvəl qeyd edib ki, BCM-də Putinin ukraynalı uşaqların işğal olunmuş ərazilərdən deportasiyasına görə cinayət məsuliyyəti daşıdığına dair inandırıcı sübutlar var. İyulun 27-də Rusiya həmçinin Putin və Lvova-Belovanın həbsinə order verən BCM-nin hakimi Tomoko Akaneni də axtarışa verib. Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiyanın "uşaq ombudsmanı” Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar 2022-ci il fevralın 24-dən uşaqları Ukraynadan Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunurlar. BCM-nin rəhbəri Pyotr Hofmanskinin izah etdiyi kimi, Putin Roma Statutunu ratifikasiya etmiş 123 ölkənin ərazisində həbs oluna bilər.

Belə getsə, Rusiyanın bir gəmisi də qalmayacaq

Rusiya başa düşməlidir ki, eyni ruhda davam etsə, müharibənin sonuna bir dənə də olsun gəmisi qalmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın taxıl sazişini bərpa etmək istəməməsinə münasibət bildirərkən deyib. “Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək", - Zelenski qeyd edib.

Rusiyanın itkiləri 250 MİNİ ötdü

Ukrayna müharibənin 530-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 240 hərbçi, 4244 ədəd tank, 8270 ədəd zirehli döyüş maşını, 4977 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 467 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7451 ədəd avtomobil texnikası, 4154 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 735 xüsusi avadanlıq itirib.

Ukrayna Rusiyaya qarşı yeni cəbhə açdı

Avqustun 4-də Ukrayna Rusiyaya qarşı yeni cəbhə açıb. Sozcu.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms"ın məlumatında bildirilib. Nəşr qeyd edib ki, Ukrayna PUA-ları Moskvanın işğalını təmin edən neft infrastrukturuna zərbələr endirib. İlk belə zərbə dəniz qüvvələrinin Novorossiysk limanında Rusiya hərbi gəmisinə hücumu olub. Ertəsi gün, şənbə günü bir dron Kerç boğazında Rusiya neft tankerini vurub. Qeyd olunub ki, bu hücumlar Ukraynanın Moskvanı yıxmaq və ərazisinə müharibə gətirmək səylərinin bir hissəsidir. Nəşr ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volkerin fikirlərini sitat gətirib: “Bu hücumların əsas məqsədi Putinin Ukraynanı azad etmək üçün sadəcə “xüsusi hərbi əməliyyat” olması ilə bağlı versiyasını təkzib etməkdir. Onlar rus xalqına bunun əsl müharibə olduğunu göstərirlər". Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodniuk bu zərbələri Rusiyaya onun məğlubedilməz olmadığına, hətta paytaxtı və güc mərkəzlərinin də müdafiəsiz olduğuna dair mesaj kimi qiymətləndirir. O qeyd edib ki, bu, rus qoşunlarının mənəviyyatını sarsıda və Ukraynanın əks-hücumuna kömək edə bilər.

Rusiyanın itkiləri 250 minə yaxınlaşır

Ukrayna müharibənin 528-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 249 110 hərbçi, 4232 ədəd tank, 8251 ədəd zirehli döyüş maşını, 4943 ədəd artilleriya sistemi, 704 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 466 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7422 ədəd avtomobil texnikası, 4116 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 730 xüsusi avadanlıq itirib.