"Müharibədə təşəbbüs Ukraynanın əlindədir" - Zelenski

"Rusiya döyüş meydanında qalib gəlmək iqtidarında deyil, ona görə də silah və zorakılıq tətbiq etməklə Ukraynanı çıxılmaz vəziyyətə salmağa cəhd edir..."

"Bizim gözlərimizdə yorğunluq, rusiyalıların gözlərində isə qorxu vardır..."

Ukrayna prezidenti Rusiyanı hərbi gəmilərsiz qoyacağı ilə təhdid edib

Ukrayna prezidenti Vladimir Zelenski Latın Amerikası KİV-lərinə müsahibəsində Ukrayna limanlarının blokadasının davam edəcəyi təqdirdə Kiyevin Rusiyanın Qara dəniz gəmilərini məhv edəcəyini vəd edib.

Sozcu.az xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, Ukrayna sübut etməlidir ki, öz ərazi sularından məhsulunu idxal və ixrac etmək hüququna malikdir, ona görə də Rusiya gəmilərinə zərbələri ədalətli müdafiə adlandırıb.

"Əgər blokada olacaqsa, Ukrayna öz sularının blokadasına son qoymağın üsulunu tapmalıdır", - Zelenski vurğulayıb.

"Əgər Rusiya Qara dənizdə dominantlıq etməkdə və onu raket zərbələrilə blokada etməkdə davam edərsə, o zaman Ukrayna bizim müdafiə imkanlarımızın ədalətli müdafiəsi üçün lazım olanları edəcək. 

Onlar atəş açmaqda davam edərsə, müharibənin sonunadək gəmsiz qala bilər. Bu, onlara göstərmək istədiyimizdir".

Zelenski qeyd edib ki, Rusiya döyüş meydanında qalib gəlmək iqtidarında deyil, ona görə də silah və zorakılıq tətbiq etməklə Ukraynanı çıxılmaz vəziyyətə salmağa cəhd edir.

"Ona görə də Ukrayna bizim dinc əhalimizə, taxıl brokerlərimizə istənilən hücuma mütləq cavab verəcək", - Zelenski vurğulayıb.

"Biz göstərmək istəyirik ki, hamıya rusiyalılar təsir etməməlidir. Argentinalı jurnalist müstəmləkiçilikdən danışır, bu da Qara dənizə, Azov dənizinə qarşı müstəmləkə siyasətidir. Bu siyasi metodlarla onlar müstəmləkəçi kimi dominantlıq etmək istəyir.

Nədən onlar bizim nə istehsal edib, nəyi ixrac etdiyimizi həll etməlidir? Onlar həm də sizin əvəzinizə həll edərək sizə buna imkan vermirlər. Nədən onlar həll edir? Bunu anlamaq olmur".

Bundan başqa, Ukrayna prezidenti etiraf edib ki, Ukraynanın əkshücumu "mürəkkəb" məcrada davam edir, lakin bu zaman vurğulayıb ki, USQ geri çəkilmir, hücum fazasındadır.

"Əkshücum mürəkkəb məcrada gedir, - Zelenski deyib. - Ehtimal ki, irəliləyiş bəzilərinin istədiyi və ya təsəvvür etdiyindən ləng gedir. Bütün bunlar ikincidərəcəli şeylərdir. Çünki cəbhənin bir hissəsi minalanıb, digər hissəsində başqa çətinliklər var...

Bu barədə çox danışmaq olar. Hansı istiqamətdə düzgün və ya yanlış addımlar atılır. Lakin əkshücum ordunun geriyə çəkilməsi deyil, hücum etməsi deməkdir. Və bu, müsbət məqamdır. Təşəbbüs Ukraynanın əlindədir. Bu qədər uzun müddətdə mübarizə aparmaq çox çətindir. Bu, tamamilə aydındır. Müəyyən silah çatışmazlığı olanda çox çətindir. Bütün bunlar mürəkkəb məqamlardır. Çünki bu, müharibədir. 

Mən dəqiq bilirəm ki, bizə çətindir, amma rusiyalılar üçün daha çətindir. Bəli, bizim gözlərimizdə yorğunluq var. Amma onların gözlərində qorxu var, bunlar müxtəlif şeylərdir. Biz dözməliyik. Mən nə deyə bilərəm? Biz qalib gəlmək istəyiriksə, dözümlü olmalıyıq. Biz isə bunu istəyirik.

Lakin Rusiya bizdən fərqli olaraq, bu müharibəni öz hərbçilərini lazımsız qurban vermədən daha tez bitirə bilər. Onlar bizim ərazilərimizi tərk etməlidir. Ukrayna müharibəni Rusiyanın ərazisində aparmaq niyyətində deyil, bu, heç vaxt bizim məqsədimiz olmayıb. Biz yalnız öz ərazilərimizi azad edirik. 

Onların geri qayıtmağa yerləri var, bizim isə yoxumuzdur. Onların getməyə yerləri var, bizim isə yoxumuzdur. Çünki bizim başqa torpağımız yoxdur".

Share on Facebook