"Müharibə başlanandan Rusiya ordusunun 15 generalı aradan götürülüb..."

"Ukrayna MN-nin Baş Kəşfiyyat İdarəsi rusiyalı komandirlər haqqında məlumatları onların tabeçiliyində olanlardan pulla əldə edir..."

"Müharibə başlanandan Rusiya ordusunun 15 generalı aradan götürülüb..."

Ukraynalı "Şaman" Rusiya generalların ovuna  necə çıxıb?..

Ukrayna kəşfiyyatının elit bölməsi Rusiyanın yüksək vəzifəli zabitlərinin ovuna çıxıb. Söhbət Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin tərkibində olan "Şaman" xüsusi təyinatlı taborundan gedir.

Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Times" qəzeti məlumat yayıb.

Nəşr əsas məqsədi hərbi kəşfiyyat və düşmənin arxa cəbhəsində infrastrukturunun məhv edilməsindən ibarət olan bu bölmənin bir neçə üzvləri ilə söhbət edib.

"Bizim konkret adamlar, və ya obyektlər üzrə, məsələn, generalın və ya buna bənzər kimsənin olduğu binalar üzrə məqsədlərimizin, missiyamızın sayı artıb", - bunu şərti adı "İntelligent" olan 30 yaşlı çavuş bəyan edib.

O, Belqorod ətrafında rusiyalı zabitin öldürüldüyü pusqu barədə danışıb. "İntelligent" öldürülənin adını açıqlamayıb.

Qəzet müəyyən edib ki, bu, əsasən Pskov vilayətindən səfərbər edilənlərdən formalaşan 1009-cu alayın komandiri polkovnik Vladimir Kuznetsovdur.

Pskov mətbuatının məlumatına görə, hərbçi iyunun əvvəlində Novaya Tavoljankada döyüşlər zamanı həlak olub.

Britaniya jurnalistləri ilə söhbət zamanı "İntelligent" qeyd edib ki, son altı ayda "Şaman" döyüşçüləri "ondan artıq belə əməliyyatları" uğurla həyata keçirib.

Hərbçi deyib ki, aradan götürmənin uğurlu olmasının açarı əvvəlcədən aparılan yaxşı kəşfiyyatdır.

Tez-tez MN-nin Baş Kəşfiyyat İdarəsi rusiyalı komandirlər haqqında məlumatları onların tabeçiliyində olanlardan pulla alır.

"Ruslar pulu xoşlayır və öz generallarına nifrət edir, ona görə də biz onların ordusunun daxilindən çoxsaylı faydalı məlumat əldə edə bilirik. Bizim çoxlu faydalı təchizatımız var. Uşaqlar özləri ilə kamikadze-dronlar gəzdirir, bəzən onlar hətta ən güclü maşını sıradan çıxara bilir", - ukraynalı hərbçi deyib.

Ukrayna tərəfinin məlumatına görə, 2022-ci ilin fevral ayından Ukraynaya qarşı müharibədə Rusiya ordusunun 15 generalı həlak olub. Rusiya yalnız 6 generalının həlak olduğunu etiraf edir.

Müharibənin əvvəlində "Şaman" kiçik dəstə olub, lakin indi tabora qədər böyüyüb. "Times" qeyd edir ki, indi bu, ötən il nəşrin yazdığı ilə müqayisədə "xeyli dərəcədə güclü qüvvədir". 

Xüsusi təyinatlılar təsdiq edir ki, o zamandan daha da irəliyə gedib və qarşılarına daha çətin əldə ediləcək hədəfləri, məsələn, aviasiya bazalarını qoyublar.

"Bu, həqiqətən ciddi mühafizəsi olan böyük hədəfdir. Burada təkcə missiyaya göndərilən xüsusi təyinatlılarla ötüşmək alınmayacaq. Şəhərdə və ya bazada, Rusiya ordusunda bizim öz mənbələrimiz olmalıdır", - "İntelligent" izah edib.

Share on Facebook