Ukrayna dünən gecə 7 İran dronunu məhv edib

Ukrayna qüvvələri gecə boyunca İran istehsalı 7 dronu məhv edib.

Sozcu.az xəbər verir ki, Ukrayna hava qüvvələri dronların ölkənin şimal-şərqindən, Rusiyanın Kursk şəhəri istiqamətindən atıldığını bildiriblər.

Məlumata görə, axşam saat 11-də başlayan və təxminən 5 saat davam edən hava hücumu zamanı Rusiya tərəfindən 10 dron buraxılıb.

Dronların zərərsizləşdirilməsində Ukraynanın HHM qüvvələrinə məxsus idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edildiyi bildirilib.

Qeyd edək ki, Rusiya rəsmiləri də gecə boyunca Moskva və Krım yaxınlığında 13 Ukrayna dronunun vurulması barədə məlumat yayıb.

Share on Facebook