Rusiya bu ərazidə 5 min əsgər, onlarla texnika itirdi

Rusiya Avdeyevkada ciddi itkilər verib və bu, çox güman ki, uzunmüddətli perspektivdə onun hücum imkanlarını sarsıdacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumatda bildirilib ki, peyk görüntüləri Rusiya hərbçilərinin oktyabrın 10-dan 20-dək Avdeyevka bölgəsində ən azı 109 hərbi texnika, çoxsaylı zirehli döyüş maşını və tank itirdiyini təsdiqləyir. Ukraynanın Tavriya qüvvələrinin spikeri isə Rusiyanın bu müddətdə 5 min itkisi və yaralısı olduğunu açıqlayıb. Rusiya komandanlığı canlı qüvvədə ciddi itkiləri kompensasiya etmək və rus qoşunlarının hücumu davam etdirmək qabiliyyətini qorumaq üçün Avdeyevka cəbhəsinə əlavə qüvvələr köçürüb: “Amma Rusiya zirehli texnikasının itkisini kompensasiya etmək çətin olacaq”.

Qəzzada ölənlərin sayı 7 mini ötdü

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 7028 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 7028 nəfərə çatıb. Onlardan 2913-ü uşaqdır”, - məlumatda qeyd olunub.

Baydendən şok hədə: Xamenei cavabımıza hazır olsun!

İranın dəstəklədiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə ABŞ-ın mümkün cavabına Tehran hazır olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Avstraliyanın Baş naziri Entoni Albanese ilə Ağ Evdə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib. “Ayətullaha (Əli Xamenei nəzərdə tutulur – red.) xəbərdar edirəm: əgər onlar bu hərbi qüvvələrə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. Və o, hazır olmalıdır”, - ABŞ lideri bildirib. Bayden qeyd edib ki, ABŞ qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq və onun bərpasının qarşısını almaq üçün çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.

Bir sıra ölkələr Zəngəzurda konsulluq açmaq istəyir - Mirzoyan

Bir sıra ölkələr Sünikdə (Zəngəzur) konsulluq açmaq istəyir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. O, yekun razılaşma olmadığı üçün həmin ölkələrin adını açıqlamayıb. Mirzoyan İranın artıq konsulluq açdığını, Fransanın belə bir niyyətinin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Sünikdə Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir. Onun sözlərinə görə, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.

Zelenski hədələdi: Rusiyaya cavab zərbəsi endirəcəyik

Ukrayna qarşıdan gələn qışda Rusiyanın enerji obyektlərinə mümkün hücumlarına cavab verəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zzelenski Teleqram kanalında yazıb. O bildirib ki, gündəlik müşavirədə texnikanın gəlməsi, cəbhədən məlumatlar və Rusiya son zərbələrinin nəticələri ilə bağlı məruzələr alıb: “Biz enerji infrastrukturuna terror hücumlarına hazırlaşırıq. Bu il nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik. Düşmən bunu yaxşı bilir. Əvvəlcə donanmanı Krımdan çıxardılar, indi isə öz təyyarələrini sərhədlərimizdən daha uzağa aparırlar”.

Rusiyanın itkiləri 297 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 609-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 296 310 hərbçi, 5112 ədəd tank, 9697 ədəd zirehli döyüş maşını, 7125 ədəd artilleriya sistemi, 833 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 554 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9474 ədəd avtomobil texnikası, 5372 ədəd PUA, 1538 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1007 xüsusi avadanlıq itirib.

Qəzzada ölənlərin sayı artdı

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 5700-ü ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 5791 nəfərə çatıb. Onlardan 2360-ı uşaq, 1292-i qadındır. Daha 16 297 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

Qəzzada ölən uşaqların sayı 2 mini ötdü

Qəzzada və İordan çayının qərb sahilində 17 gün ərzində şiddətlənən Fələstin-İsrail qarşıdurması nəticəsində iki mindən çox uşaq ölüb. Sozcu.az xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb. “Son 17 gündə Qəzzada ən azı 2 min, İordan çayının qərb sahilində isə 27 uşaq ölüb. Davamlı hava hücumları Qəzza zolağında minlərlə binanı tüstü dağıntılarına çevirib”, - məlumatda deyilib. 4600 uşağın isə yaralandığı bildirilib, onların bəzilərinə yanıq, bəzilərinə mərmi partlayışları nəticəsində əzalarının itirilməsi diaqnozu qoyulub.

Rusiyanın itkiləri 295 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 607-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 294 700 hərbçi, 5093 ədəd tank, 9653 ədəd zirehli döyüş maşını, 7057 ədəd artilleriya sistemi, 825 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 551 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9419 ədəd avtomobil texnikası, 5345 ədəd PUA, 1536 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 998 xüsusi avadanlıq itirib.

Qəzzada sonuncu əməliyyatı keçiririk - Qallant

Qəzza zolağında hazırkı hərbi əməliyyat sonuncu olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib. O bildirib ki, bu əməliyyat HƏMAS-ın tamamən məhv edilməsi ilə nəticələnməlidir. Qallant eyni zamanda qeyd edib ki, İsrailin bəyan etdiyi məqsədlərinə çatması üçün əməliyyat daha bir neçə ay davam edə bilər.

Qəzzada toqquşmalar başlayandan bəri ölən fələstinlilərin sayı 4651-ə yüksəlib

Qəzzada toqquşmalar başlayandan bəri həlak olan fələstinlilərin sayı 4651-ə yüksəlib. Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralananların sayı artıq 14245 nəfərə çatıb. Mənbə: TASS

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 606-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 293 380 hərbçi, 5081 ədəd tank, 9631 ədəd zirehli döyüş maşını, 7032 ədəd artilleriya sistemi, 825 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 549 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9404 ədəd avtomobil texnikası, 5339 ədəd PUA, 1535 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 991 xüsusi avadanlıq itirib.