Rusiyanın itkiləri 675 minə yaxınlaşır

Ukrayna müharibənin 967-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 674 270 hərbçi, 9 014 ədəd tank, 18 002 ədəd zirehli döyüş maşını, 19 510 ədəd artilleriya sistemi, 1 232 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 815 ədəd avtomobil texnikası, 17 104 ədəd PUA, 2 620 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 446 xüsusi avadanlıq itirib.

Ukrayna faktiki olaraq üç ölkə ilə döyüşür - Zelenski

Ukrayna faktiki olaraq üç ölkə ilə - Rusiya, İran və Şimali Koreya ilə döyüşür. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Kəşfiyyatımız təkcə Şimali Koreyadan Rusiyaya silah ötürülməsini deyil, həm də insanların göndərilməsini qeydə alır”, - Zelenski bildirib.

Trampa 3-cü “sui-qəsd” cəhdi: saxlanılan azad edildi

Donald Trampın Kaliforniyada çıxış etdiyi məkanın yaxınlığında üzərində ov tüfəngi və tapança ilə saxlanılan Las-Veqas sakini Vem Miller 5 min dollar girov müqabilində sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. O, Donald Trampa sui-qəsd cəhdi ittihamını rədd edib. Qeyd edək ki, ötən gün saxlanılan Vem Miller Trampa su-qəsd cəhdində şübhəli bilinirdi.

Moskva və Piterdə səfərbərlik başlasa... - General

Rusiyanın böyük şəhərlərində səfərbərlik Putin rejimi üçün problemlər yarada bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib. Onun sözlərinə görə, gec-tez Rusiya Moskva və Sankt-Peterburqdan gəncləri orduya cəlb etməyə başlamalı olacaq: "Ruslar yeni ehtiyatlar formalaşdırmaqla hücum tempini saxlamağa çalışırlar". Hoces hesab edir ki, Ukrayna Rusiya artilleriyasını, qərargahını və logistikasını məhv edə bilsə, rusların əsas taktikası öz mənasını tamamilə itirəcək: "Axı ordunun effektivliyini təmin edən logistika, artilleriya, aviabazalar və təyyarələrdir. Ona görə də Ukrayna bu əsas elementləri zəiflətməyi və ya məhv etməyi bacararsa, Rusiya mütləq öz taktikasını dəyişməli olacaq".

İranda təyyarələrə bu əşyaları gətirmək qadağan edildi

Mobil telefonlar istisna olmaqla, təyyarəyə hər hansı elektron rabitə vasitələrinin gətirilməsi qadağan edilib. Sozcu.az xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının rəsmisi Cəfər Yazərlu deyib. “Mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində hər hansı elektron rabitə vasitələrini həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda aparmaq qadağandır”, - Yazərlu bildirib.

Conson Zelenskini Çörçilə bənzətdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskini Böyük Britaniyanın keçmiş lideri Uinston Çörçillə müqayisə edib. Sozcu.az xəbər verir ki, Consonun müsahibəsindən bir parça Pool N3 Telegram kanalında dərc olunub. “Hamıya məlumdur ki, İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü aslan kimi apardığı deyiləndə, cavab vermişdi ki, aslan o deyil, ingilis xalqıdır. Amma mənim də şir kimi nərildəmək imtiyazım var. Eyni sözləri Vladimir Zelenski haqqında da demək olar. O, ukraynalıların nələr hiss etdiklərini çox dəqiq nümayiş etdirdi".

Rusiyanın itkiləri 666 mini ötdü

Ukrayna müharibənin 961-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 666 340 hərbçi, 8 953 ədəd tank, 17 800 ədəd zirehli döyüş maşını, 19 322 ədəd artilleriya sistemi, 1 229 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 976 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 398 ədəd avtomobil texnikası, 16 837 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 396 xüsusi avadanlıq itirib.

Kamala Harris ABŞ tarixində heç bir namizədin edə bilmədiyini ETDİ

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üç aydan az müddətdə seçki kampaniyası üçün 1 milyard dollardan çox pul toplayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms”” qəzeti üç mənbəyə istinadən məlumat  yayıb. Məlumata görə, ABŞ tarixində heç bir prezidentliyə namizəd belə qısa müddət ərzində bu qədər pul yığmayıb. Qəzet qeyd edir ki, Harrisin topladığı məbləğ onun Respublikaçı rəqibi Donald Trampın bütün 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur. Rəsmi açıqlamalardan əldə edilən hesablamalara görə, Tramp təxminən 853 milyon dollar toplayıb. Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı pula onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Vəsait əsasən televiziya və onlayn reklamlara, həmçinin partiya ofislərinin və işçilərinin işinə sərf olunur. Demokrat Partiyası hələ sentyabrda nə qədər pul yığdığını rəsmən açıqlamayıb.

Ukrayna Rusiyanın PUA anbarını vurdu: 400 “Şahid” məhv edildi

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarındakı PUA anbarını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Oktyabrsk rayonunda yerləşən anbar “Neptun R-360” raketi ilə vurulub. Zərbə nəticəsində anbarda olan 400-dən çox “Şahid” PUA-sının məhv edildiyi bildirilib.

Ukrayna Rusiyanın dərinliyində daha bir böyük raket-sursat anbarını vurdu...-VİDEO

Karaçev şəhəri yaxınlığındakı anbarda döyüş sursatları, o cümlədən KXDR-dən gətirilimiş raketlər, eləcə də "KAB"  bombaları olub... Rusiyanın Bryansk vilayətində oktyabrın 9-na keçən gecə naməlum pilotsuz təyyarələrin hücumundan sonra sursat anbarında yanğın baş verib. Sozcu.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın telegram- kanalları məlumat yayıb. Bryansk vilayətinin sakinləri “davamlı partlama səslərindən” şikayətlənir və internetdə partlayışların videolarını dərc edirlər. Yerli qubernatorun sözlərinə görə, Bryansk vilayətində 12 pilotsuz təyyarənin vurulduğu iddia edilir. Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko belə deyib: "Karaçev şəhəri yaxınlığında, cəbhə xəttinə ən yaxın olan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin 67-ci arsenalı vuruldu. Sursat anbarı Ukrayna ilə sərhəddən 114 km aralıda yerləşir. Kovalenko internetdə yazıb: “Anbarda KXDR-dən olan döyüş sursatları, o cümlədən "KAB"lar(korrektə olunan aviasiya bombaları-S.L.) olub.  Onların bir hissəsi açıq havada saxlanılıb.

İran ən böyük düşmənimizdir - Harris

İran ABŞ-ın ən böyük düşmənidir və onun təhdidlərinə qarşı laqeyd qalmayacayığıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris deyib. “İran hökumətinin nüvə silahı əldə edə bilməyəcəyindən əmin olmalıyıq”, - o bildirib.

Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski

Ukraynada ədalətli sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır: suverenlik və Ukrayna ərazilərinin heç bir "alqı-satqısı" olmadan. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Planda göstərilən hər şey bizim tərəfdaşlarımız üçün realdır. Məhz bu, bizim məqsədimizdir - Ukrayna üçün etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etmək", - Zelenski vurğulayıb. Zelenski qeyd edib ki, Ukraynaya əsl sülh və müharibədən zəmanətli müdafiə lazımdır.