Ucarda qadın boğularaq öldürüldü

Ucarda qadın boğularaq öldürülüb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı

Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski müvafiq fərman imzalayıb. Fərmana əsasən, ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik 90 gün müddətinə - noyabrın 15-dək uzadılıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdu

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

ABŞ-dan İrana tələb: Rusiyaya PUA vermə!

ABŞ İrandan PUA-ların Rusiyaya tədarükünü dayandırmasını tələb edir. Sozcu.az xəbər verir ki, bu barədə “Faynenşl Tayms” mənbələrə istinadla məlumat yayıb. “İran rəsmisinin və danışıqlar barədə məlumatlı olan bir şəxsin sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA və onların ehtiyat hissələrinin çatdırılmasını dayandırmasını istəyir”, - nəşr bildirib. Məlumata görə, məsələnin müzakirəsi ABŞ və İran arasında əsirlərin mübadiləsinə dair saziş üzrə danışıqlar zamanı baş tutub: “İddialara görə, Tehran dəfələrlə Moskvadan PUA-lardan münaqişədə istifadəni dayandırmağı xahiş edib, lakin Vaşinqton daha ​​konkret addımlar istəyir”.

Nicatın vəziyyəti necədir? - Atası danışdı

Nicat narkozdan ayılıb, hazırda reanimasiyadadır. Sozcu.az xəbər verir ki, bunu ötən gün qəzaya düşərək ağır xəsarət alan bloger Nicat Şakirlinin atası Nafis Mütəllimov jurnalistlərə açıqlamasında deyib. "Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib", - Nicatın atası bildirib.

Balakəndə usta faciəvi şəkildə öldü

Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Usta baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Rusiya donanmasını məhv edəcəyik - Podolyak

Ukrayna taxıl ixracını təmin etmək üçün dəniz limanlarının inteqrasiyası üzərində fəal işləyir. Bununla belə, Rusiya tərəfindən təcavüz olarsa, Qara dəniz donanması və digər donanmaların müəyyən komponentləri məhv ediləcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak bildirib. Onun sözlərinə görə, Rusiya Qara dənizdəki gəmiləri taxıl dəhlizinə görə təhdid edərsə, bədəlini Qara dəniz donanması ilə ödəyəcək: "Rusiya başa düşməyə başlayır ki, Qara dəniz akvatoriyası daxili yurisdiksiya dənizi deyil. Və bu çox ağrılı olacaq. Ukrayna prezidenti çox açıq şəkildə dedi: əgər zərbələr endirsəniz, onda donanmanı məhv edəcəyik və müharibənin sonuna qədər Sakit okean, Şimal və Baltik donanmalarının elementləri ilə birgə Qara dəniz donanmanız olmayacaq".

2 yaşlı uşağa şiddət göstərildi - FOTO

Sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. Məlumata görə, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib.

Vətəndaşların diqqətinə! Hər ay bu idarəyə qanunsuz pul verirsiniz

30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. "JEK”lər "fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb. 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan "JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər. Bəs "Jek”lərin fəaliyyəti nə dərəcədə qanunidir? Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hər kəsin Mənzil Kommunal İstismar Sahəsi kimi tanıdığı "JEK”lərin fəaliyyəti qanunsuzdur: "Hər kəsin MİS kimi tanıdığı və JEK kimi bildiyi idarələr əslində 1959-cu ildə SSR-də yaradılıb. Bu idarələrin əsas məqsədi dövlətin balansında və mülkiyyətində olan vətəndaşlara verilmiş çoxmənzilli binaların idarə olunması, onun kommunal şəraitinin yaxşılaşdırılması və ya həmin əraziyə kommunal xidmətlərin göstərilməsi olub. Lakin dövlətimiz müstəqilliyini qazandıqdan sonra artıq bir özəlləşdirmə dalğası başladı və bunun nəticəsində vətəndaşlar sosial kirayə müqavilələri əsasında onlara məxsus olan orderli mənzilləri özlərinin mülkiyyətinə keçirə bildilər. 2009-cu ilə qədər Azərbaycan Respublikasının ərzisində Azərbaycan SSR-nin mənzil məcəlləsi qüvvədə idi. 2009-cu ildə isə həmin qanun ləğv olunub və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minib”. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında 1993-cü il qanununun 13-cü maddəsinə görə özəlləşdirilən mənzillərin vahid tarif əsasında xidmət göstərməsi və onlardan ödənişlərin yığılması "JEK"lərə həvalə olunub: "Amma 2018-ci ildə həmin qanundakı o müddəa ləğv olundu və maddədə göstərilən həmin hissə, yəni "JEK"lərə aid olan bənd ləğv olunub. Bununla da "JEK"lərin ən böyük səlahiyyəti itirilmiş hesab olunub. Səlahiyyəti itirilmiş bir idarənin də qanuni fəaliyyət göstərməsi, pul yığması əsassız və qanunsuzdur, çünki onların bu gün bununla bağlı qanuni əsası mövcud deyildir”. Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.1 maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi, habelə qaydaların pozulmaqla müqavilənin əksinə həyata keçirilməsi məsuliyyətə səbəb olur. Yəni bu birmənalı olaraq qanun pozuntusudur. Amma təəssüflər olsun ki, bu gün vətəndaşlarımızın böyük əksəriyyəti bundan xəbərsizdir. Onlar daha çox "JEK"lərə ailə tərkibi haqqında və ya yaşayış yerinə dair yaşayışla bağlı müraciət edirlər və müraciət etdikləri anda da "JEK"lər onlara yığılmış mənzil xidmətləri borcunun müəyyən bir qisminin ödənilməsi qarşısında arayışın verilə biləcəyini bildirir. Amma vətəndaşlar bilməlidir ki, həm ailə tərkibi haqqında arayışı, həm də yaşayış yerinə dair arayışı istənilən Asan Xidmət məntəqələrinə müraciət etməklə almaqları mümkündür. İndiki halda qanunsuz halda fəaliyyət göstərən "JEK"lərin ləğv olunmaqla onların işçi heyyətinin bələdiyyələrin tərkibinə verilməsi və vətəndaşların da həmin kommunal ödənişləri bələdiyyələrə ödəməsi daha məntiqli və qanunidir. Bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır", deyə Ramil Süleymanov qeyd edib.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başladı

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb. Sozcu.az xəbər verir ki, saat 11:00-da başlamış proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.

Temperatur artır, buna ciddi əməl edin! - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir. Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".

Ruslar böyük itkilər verir: İki yük maşını dolu meyit...

Çaplinkadakı morqa Xerson istiqamətindən iki yük maşını dolu rus hərbçilərin meyitləri gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Düşmən ağır itkilər verməkdə davam edir və onu hər vasitə ilə gizlətməyə çalışır. Belə ki, Çaplinka yaşayış məntəqəsindəki morqun ərazisinə Xerson istiqamətindən Rusiya ordusunun hərbçilərinin cəsədləri ilə dolu iki yük maşını gəlib”, - məlumatda qeyd olunub.