Bu ərazilər də Azərbaycana təhvil verilir

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşir.

Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, demarkasiya işləri mərhələli şəkildə aparılacaq.

“Növbəti addım anklavların (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) qaytarılması olacaq. Ardınca Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) rayonu, daha sonra Sünik (Zəngəzur) olacağı deyilir. Dünən Geqarkunikin (Göyçə mahalı) Çəmbərək rayonunun Vahan kəndindən xəbər verdilər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçılar görüblər.

Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib”, – nəşr yazır. (Publika.az)

Share on Facebook