Vaksin vurdurduqdan sonra özümü çox yaxşı hiss edirəm – Həkim

“Mən özüm COVİD-19-a qarşı peyvənd vurdurmuşam. Bir tibb işçisi olaraq, hər kəsə məsləhət görürük ki, vaksin vurdursun”.

Sozcu.az bildirir ki, bunu Trend-ə “Yeni klinika”nın həkim-anestezioloq-reanimatoloqu Ramidə Bayramova deyib.

Onun sözlərinə görə, yanvarın 22-də vaksinin ilk dozasını vurdurub. Bugün isə vaksinin ikinci dozasını vurdurmuşuq:

“Vaksini vurdurduqdan sonra heç bir əlamət hiss etmədim, Özümü çox yaxşı hiss edirəm, heç bir narahatlığım yoxdur”.

R.Bayramova insanları vaksindən ehtiyat etməməyə də çağırıb:

“Hələ yeni doğulmuş körpələrə vaksinlər vurulur. Bu vaksinlər də uşaqlara vurulan vaksin kimidir. Ondan ehtiyat etmək lazım deyil”.

Facebook Comments