Könül Kərimova: “Heç nə etmirsən, deyirlər nə gündədir”

“Heç nə etmirsən, deyirlər nə gündədir. Nəsə edəndə də başlayırlar tənqidə”.

Sozcu.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “ATV Maqazin onlarla” proqramının qonağı olarkən deyib.

İfaçı görünüşünə görə tənqid edilməsindən gileylənib:

“Mən də istəyirəm nəsə fərqlilik edim, geyimə uyğun saç düzəldim. Özümdə gec-gec dəyişiklik etdiyim üçün izləyicilərimə qəribə gəlir. Tez-tez etsəydim belə qarşılanmazdı.

Bizi ancaq sosial şəbəkədə görürlər deyə, tənqid edirlər. Saçlarımı kəsə bilmərəm, depressiyaya düşərəm. Saçımı çox sevirəm”.

Facebook Comments