Messinin müqaviləsinin üstü açıldı – 555 milyon avro

İspaniyanın “El Mundo” nəşri Lionel Messinin 2017-ci ildə “Barselona” ilə imzaladığı müqavilənin maddi tərəflərinin üstünü açıb.

Sozcu.az-ın xəbərinə görə, qəzet iddia edib ki, 4 illik bu müqaviləyə əsasən, argentinalı futbolçu ümumən 555 milyon avro qazanmalıdır. Bura futbolçunun illik gəliri ilə yanaşı mükafatlar da daxildir.

Qeyd edək ki, hazırkı müqavilə 2021-ci iln iyunun 30-da başa çatır. Ötən yay futbolçu klubu tərk etmək istəsə də, klub rəhbərliyi Messini buraxmayıb. Nəticədə tərəflər arasında narazılıqlar yaranıb

Facebook Comments