Saakaşvili, yoxsa İvanişvili? – Gürcülər seçim etdi

Gürcüstan əhalisinin 31%-i özünü ideoloji baxımdan Gürcü Arzusu Partiyasına daha yaxın sayır.

Sozcu.az xəbər verir ki, bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Respondentlərin 25%-i heç bir partiyanın ona yaxın olmadığını bildirib, 24%-i isə cavab verməkdən imtina edib.

Vahid Milli Hərəkat Partiyasına ideoloji baxımdan yaxın olan respondentlərin sayı 5% təşkil edib.

Digər partiyalar isə ümumilikdə 9% toplayıb.

Facebook Comments