“Ölkəni açın”: Tiflisdə aksiyalar başladı – Video

Tiflisdə ölkədə tətbiq olunan məhdudiyyətlərə görə etiraz aksiyası keçirilib.

Sozcu.az xəbər verir ki, aksiya iştirakçıları “Kurortları açın”, “Ölkəni açın” şuarlarını səsləndirərək ölkədəki məhdudiyyətlərin qaldırılmasını tələb edib.

Bundan başqa sakinlər ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın ləğvi tələbini sosial şəbəkələr vasitəsilə dəstəkləyib.

Qeyd edək ki, bir müddət öncə Gürcüstan hökuməti paytaxtda metro, avtobus və marşrut taksilərinin fəaliyyətinin bərpasını ən azı bir ay təxirə salıb.

Facebook Comments