Nigar Gözəlova: “Nadir şah, möhürlərinin heç birində özünü şah kimi təqdim etmir”

“İZ” müsahibə layihəsinin müsahibi Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır.

Nigar xanım sizi “İZ” müsahibə layihəsində xoş gördük.

-Sizinlə Azərbaycan tarixşünaslığının müəyyən mövzu və məsələləri ilə bağlı söhbət etmək istəyirəm.

Bildiyimiz kimi sizin Nadir Şah Əfşar dövrünə həsr olunan coxsaylı tədqiqatlarınız var və bu böyük sərkərdə haqqında bir çox yeni tədqiqat istiqamətlərin əsasını qoymusunuz, mən Nadir şahın Xəzər dənizində hərbi donanma yaratmağından, onun diplomatik fəliyyətinə həsr olunan tədqiqatlarınızı nəzərdə tuturam. Heç şübhəsiz ki, Nadir Şah mövzusu sizin əsas ana mövzunuzdur. Bildiyim qədəri tərcümələrinizdə var.  Öncə son araşdırılmalarınızla maraqlanmaq istəyərəm.

– Təşəkkür edirəm məni bu layihəyə dəvət etdiyiniz üçün. Əlbəttə Əfşarlar dövrünün araşdırılması mənim tədqiqatlarımın böyük hissəsini təşkil edir, ən son araşdırmam Nadir şah Əfşar dövlətinin hakimiyyət simvollarının tədqiqinə həsr olunub. Bu sahədə Səfəvilər və Qacarlar dövrləri ilə müqayisədə çox az iş görülmüşdü, və demək olar ki bu günədək Nadir şah Əfşar dövlətinin hakimiyyət simvollarının və dövlət atributlarının hərətərəfli tədqiqi aparılmamışdır. Mən öz tədqiqatımda ilkin mənbələr əsasında böyük türk sərkərdəsi Nadir şah Əfşarın möhürü, bayrağı və pul sikkələrini nəzərdən keçirdim və dövlət atributlarının analizini apararaq, Nadir şah Əfşar dövlətinin hakimiyyət simvollarının nə dərəcədə özündən əvvəlki Səfəvilər dövlətinin hakimiyyət simvollarının təsiri altında olduğunu müəyyən etməyə çalışdım.

Məlum olduğu kimi, XVIII əsrin birinci yarısında Səfəvi hakimiyyətinin böhranı sülalənin tam tənəzzülünə və yeni türk sülaləsi olan Əfşarların yüksəlişinə gətirib çıxardı. Belə bir şəraitdə Nadir şah Əfşar üçün hakimiyyətin legitimləşdirilməsi problemi xüsusi bir aktuallıq kəsb etdi. Əgər Səfəvi sülaləsinin nü­ma­yəndələri öz hakimiyyətlərinin legitimliyini “yeddinci ima­mın nəslindən olmaları” ilə əsaslandırırdılarsa, Nadir şah öz hakimiyyətinin qanuniliyi üçün yeni bir əsas yaratmağa çalışırdı. O səfəvilərin dini siyasətini bir qədər dəyişməyə çalışırdı (O, Osmanlı sultanını cəfəriliyi islamın beşinci məz­həbi kimi tanınmasına çağırırdı), və onlardan fərqli olaraq, özünün Osmanlı və Monqol dövlətləri ilə ümumtürk soylu olduğunu açıq şəkildə bəyan edirdi. Nadir şahın məhz bu “etnik” siyasəti Osmanlı və hətta Moqol dövlətləri ilə münasibətdə tamamilə yeni bir cəhət idi. Səfəvi hökmdarları Os­manlı sultanlarına müraciət edərkən heç bir zaman açıq şəkildə ümumtürk soyundan olduqlarını göstərməmişdilər. Məhz Nadir şah ilk dəfə olaraq siyasi-diplomatik fəaliyyətində etnik amilə istinad etmişdi. Bu, dövlətlərin yaxınlaşmasına yönələn, onların etnik yaxınlığına, ümumiliyinə əsaslanan xüsusi strate­giya idi. Belə yanaşma Yaxın Şərqdə yeni hadisə idi.

Bildiyimiz kimi, 1736-cı ilin yanvar ayında Muğan çölündə qurultay keçirmək qərara alınmışdı. Özü də Nadirin iddiaları türklərin qurultay ənənəsinə söykənirdi, çünki qurultaylar hakimiyyəti yeni daha layiqli rəhbərə vermək səlahiyyətinə malik idi. Mənbələrdə belə məlumat vardır ki, qurultayda Nadir şah titulundan imtina edərək vəlinemət tituluna üstünlük vermişdir. Ola bilər, Nadir bu addımı ilə yeni hakimin statusunun daha yüksək olduğunu göstərmək istəyirdi, bu isə əvvəlki hakim Səfəvilər sülaləsi nümayəndələrini hakimlərdən böyük himayədarın rəiyyətinə çevirirdi.

Siyasi hakimiyyətin çox əhəmiyyətli simvollarından birini bayraq təşkil edir. Nadir şahın bayrağı kənarlarında parlaq qırmızı haşiyə olan sarı (narıncı) rəngli parçadan ibarətdir. Onun üzərində bayrağın əsas emblemi kimi bir aslan və günəşin motivi təsvir edilmişdir. İki rəng – qırmızı və sarı rənglər Əfşarlara aid standartlarda (Səfəvilərdəki yaşıl rəngdən fərqli olaraq) daha üstün yer tutur: “Onlardan birində qırmızı, göy və ağ rəngli zolaqlar, digərində isə qırmızı, göy, ağ və sarı rəngli zolaqlar var idi və onların üzərində heç bir ornament yox idi…”. Rusiya arxivlərində Nadir şahın Xəzər donanmasının, və deməli həm də onun hərbi- dəniz bayrağının ətraflı təsvirlərini tapmaq mümkündür: “bir küncdən o biri küncədək qırmızı və sarı rəngdə idi; quyruqları – biri göy, o biri sar..”. Bundan başqa, muzey kataloqlarına əsasən, Nadir şah dövrünə aid bütün sikkələr üçün culus “əs-Soltan Nadir” zərb olunmuşdur. Arxa tərəfdə isə mətin ya “Allah onun hakimiyyətin əbədi eləsin” və ya “Allah onun hakimiyətin ömrünü uzun eləsin” və d. əks olunmuşdu. Nadir şahın rəsmi möhürləri üzərindəki izahedici mətnlər ölkədə sabitliyin təmin olunmasına yönəlmiş olmuşdu. Özü də Səfəvi hakimlərindən fərqli olaraq, Nadir şah, möhürlərinin heç birində özünü şah kimi təqdim etmir.

– Bu yaxınlarda sizin “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” yeni kitabınız çap edildi, bu kitabda nəşr olunan sənədlərin ana di­li­mizə ilk də­fə ola­raq fars di­lin­dən AMEA M.Fü­zu­li adı­na Əl­yaz­ma­lar İns­ti­tu­tu­nun apa­rı­cı el­mi iş­çi­si, görkəmli tərcüməçi Ək­rəm Ba­ğı­rov tə­rə­fin­dən edilmişdi. İlk öncə bu münasibətlə sizləri təbrik edirəm. Kitabın özəllikləri və məlumat bazası haqqında sizdən qısa məlumat almaq istərdik?

– Na­dir şa­hın im­pe­ri­ya­sın­da möv­cud olan müx­tə­lif di­ni ic­ma­la­ra, xü­su­si­lə xris­ti­an­la­ra və yə­hu­di­lə­rə olan mü­na­si­bə­­ti­nin təd­qi­qi, onun İs­la­ma olan mü­na­si­bə­ti­nin, di­ni is­la­hat­lar hə­ya­ta ke­çir­mək cəhd­lə­ri­nin təd­qi­qin­dən heç də az əhə­miy­yət kəsb et­mir. Təd­qi­qa­tı­mı­zın əsas ob­yek­ti­ni də Na­dir şah Əf­şa­rın ha­ki­miy­yə­ti döv­rün­də Azər­bay­­can­da xris­ti­an əha­li­nin və­ziy­yə­ti­nin öy­rə­nil­mə­si təş­kil edib.

Bildiyimiz kimi, or­ta əsr­lər­də Azər­bay­ca­nın mə­nə­vi mə­də­niy­­yə­ti­nin in­ki­şa­fın­da zər­düş­ti­lik və İs­lam­la ya­na­şı, çox­­əsr­lik ta­ri­xə ma­lik xris­ti­an­lıq da mü­hüm rol oy­na­mış­­dır. XV–XVI­II əsr­lər­də türk-mü­səl­man hökm­dar­la­rı­nın xris­ti­an­lıq­la əla­qə­dar hə­ya­ta ke­çir­dik­lə­ri si­ya­sə­tin ta­ri­xi, on­la­rın qey­ri-mü­səl­man ic­ma­la­ra ənə­nə­vi mü­na­si­­bə­ti, heç şüb­hə­siz, bö­yük el­mi ma­raq do­ğu­ran mə­sə­lə­lər­dən­dir. Türk-mü­səl­man sü­la­lə­lə­ri olan Qa­ra­qo­yun­lu, Ağ­qo­yun­lu, Sə­fə­vi, Əf­şar və Qa­car döv­lət­lə­ri­nin ha­ki­miy­yə­ti döv­rün­də xris­ti­an əha­li­nin si­ya­si, so­si­al-iq­ti­sa­di, di­ni və mə­də­ni hə­ya­tı­nı təd­qiq et­mək üçün ya­zı­lı mən­bə­­lə­rin, o cüm­lə­dən or­ta əsr­lə­rə aid ta­ri­xi sə­nəd­lə­rin: fər­man­la­rın, al­qı-sat­qı akt­la­rı­nın və s. çox bö­yük əhə­miy­yə­ti var­dır. Bu­na gö­rə də hə­min sə­nəd­lə­rin nəş­ri Azər­bay­can təd­qi­qat­çı­la­rı­nın da bö­yük ma­raq dai­rə­sin­də­dir. Qeyd et­mək la­zım­dir ki, təd­qiq olu­nan mə­sə­lə ilə bağ­lı olan sə­nəd­lər əsa­sən Ma­te­na­da­ran ar­xiv­lə­rin­də toplanılmışdır və mühafizə edilməkdədir. Möv­zu­nun araş­dı­rıl­ma­sı üçün “Ma­te­na­da­­ra­nın fars­dil­li sə­nəd­lə­ri” se­ri­ya­sın­dan olan məc­muə­lə­ri xü­su­si əhə­miy­yət kəsb edir. Bu nəşr­lə­rin ilk iki bu­ra­xı­lı­şı hələ so­vet döv­rün­də, er­mə­ni ta­rix­çi­si A.D.Pa­paz­yan tə­rə­fin­dən nəşr edil­miş­dir, üçün­cü və dör­dün­cü bu­ra­xı­lış­la­rı isə K.Kos­tik­yan tə­rə­fin­dən tər­tib edil­miş­dir. Adı çə­ki­lən mən­bə­lə­ri istifadə et­mə­dən möv­zu­nun araş­dı­rıl­ma­sı müm­kün ol­maz­dı. Tə­əs­süf ki, alim­lə­rin, xü­su­sən Azər­bay­can­dan və Tür­ki­yə­dən olan ta­rix­çi­­lə­rin mə­lum sə­bəb­lər­dən Ma­te­na­da­ran ar­xiv­lə­rin­də təd­qi­qat­ apar­ma­la­rı müm­kün ol­ma­dı­ğın­dan, biz nəşr olun­muş top­lu­lar­da­kı mə­lu­mat­lar­la ki­fa­yət­lən­mə­yə məc­bu­ruq. Təd­­qi­­qat çər­çi­və­sin­də biz yal­nız Na­dir şah Əf­şa­rın ha­ki­miy­yət döv­rü­nə aid olan sə­nəd­lə­ri araş­dır­­ma­ğa cəhd gös­tər­mi­şik. Bu sə­bəb­dən də təd­qi­qa­tı­mız üçün şüb­hə­siz, top­lu­nun Na­dir şah Əf­şa­rın və Rza­qu­lu Mir­zə­nin (Na­dir şah Hin­dis­tan sə­fə­ri müd­də­tin­də (no­yabr 1738 – may 1740) öz bö­yük oğ­lu Rza­qu­lu Mir­zə­ni Əf­şar­lar döv­lə­ti­nin və­li­əh­di tə­yin edir) 27 fər­ma­nı­nın da­xil edil­di­yi dör­dün­cü bu­ra­xı­lış ma­raq do­ğu­rur. Topluya Mate­nadaranda saxlanan ar­xiv sə­nəd­lə­rin­dən əla­və, Na­dir şa­hın İran İs­lam Res­pub­li­ka­sı­nın Mil­li Ki­tab­­xa­na­­sın­da mü­ha­fi­zə olu­nan bir fər­ma­nı da əla­və olun­muş­dur.

Üç­­­kil­­­sə tax­­­tı­­­nın rəh­­­bər­­­li­­­yi (qeyd edim ki, İrə­van xan­lı­ğı­nın çar Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğa­lı­na qə­dər (1827) bü­tün mən­bə­lər­də er­mə­ni ye­par­xi­ya­sı­nı Üç­kil­sə ad­lan­dı­rır­dı­lar. Ma­te­na­da­ran­da sax­la­nı­lan və nəşr olun­muş bü­tün sə­nəd­lər­də də mə­bə­din adı Üç­kil­sə ki­mi qeyd edil­miş­dir. Son­ra­dan bu ad er­mə­ni­lər tə­rə­fin­dən təh­rif edi­lə­rək Eç­mi­əd­zin (əs­lin­də isə Üç­mü­əz­zin) ola­raq ad­lan­dır­lır) üçün onun mül­­­kiy­­­­yə­­­ti­­­nin və ver­­­gi to­­­xu­­­nul­­­maz­­­lı­­­ğı­­­nın qo­­­ru­­­nub sax­­­la­­­nıl­­­ma­­­sı ol­­­duq­­­ca va­­­cib idi və bu sə­­­bəb­­­dən də ka­­­to­­­li­­­kos­­­­la­­­rın al­­­dıq­­­la­­­rı fər­­­man­­­la­­­rın ço­­­xu bu mə­­­sə­­­lə­­­lər­­­lə bağ­­­lı­­­dır. Na­­­dir şa­­­hın, elə­­­cə də Sə­­­fə­­­vi hökm­­­dar­­­­la­­­rı­­­nın ver­­­dik­­­lə­­­ri fər­­­man­­­la­­­rın ço­­­xu Üç­­­kil­­­sə və baş­­­qa xris­­­ti­­­an mü­­­qəd­­­dəs mə­­­kan­­­la­­­rı­­­nın vəqf züm­­­rə­­­lə­­­ri­­­nin to­­­xu­­­nul­­­­maz­­­lı­­­ğı­­­nı tə­­­min edir. Na­­­dir şa­­­hın xris­­­ti­­­an əha­­­li­­­yə və on­­­la­­­rın mü­­­qəd­­­dəs mə­­­kan­­­la­­­rı­­­na qay­­­ğı­­­sı­­­nı böl­­­gə­­­də hər­­­bi əmə­­­liy­­­yat­­­la­­­rın ge­­­di­­­şin­­­də xris­­­ti­­­an mə­­­bəd­­­­lə­­­ri­­­nə hər han­­­sı hü­­­cu­­­mu və qəs­­­di qa­­­da­­­ğan edən xü­­­su­­­si fər­­­man­­­lar ver­­­di­­­yi də təs­­­diq edir. Ma­­­raq­­­lı­­­dır ki, fər­­­man­­­la­­­rın bə­­­zi­­­si xris­­­ti­­­an əha­­li­­nin və­­rə­­sə­­lik hü­­quq­­la­­rı­­na və ni­­kah mə­­sə­­lə­­lə­­ri­­nə da­­ir ve­­ril­­miş­­dir. Na­­dir şah, həm­­çi­­nin, kil­­sə­­lə­­rin bər­­pa­­sı­­na, həm­­çi­­nin ye­ni­lə­ri­nin ti­kil­mə­si­nə ica­zə ve­rən fərmanlar imzalamışdı.

Bü­tün bu sə­nəd­lə­rin təh­li­li gös­tə­rir ki, Na­dir şa­hın Azər­bay­ca­nın xris­ti­an əha­li­si­nə qar­şı yü­rüt­dü­yü si­ya­sət öz dö­züm­lü­lü­yü və to­le­rant­lı­ğı ilə se­çi­lir­di. Er­mə­ni kil­sə­si öz mül­kiy­­yə­ti­ni qo­ru­yub sax­la­maq və im­kan da­xi­lin­də bu mül­kiy­yə­ti ge­niş­lən­dir­mək üçün bö­yük bir mə­ha­rət­lə bu şə­ra­it­dən is­ti­fa­də edir­di. Er­mə­ni kil­sə­si­nin is­tər Sə­fə­vi­lər, is­tər­sə də Əf­şar­lar döv­lə­tin­də tut­du­ğu əla­hid­də möv­qe­yi də bu­na im­kan ve­rir­di. Di­gər tə­rəf­dən də, ay­dın mə­sə­lə­dir ki, rəs­mi ha­ki­miy­yət dai­rə­lə­ri kil­sə­nin nü­fu­zun­dan is­ti­fa­də et­mə­yə ça­lı­şır və bu məq­səd­lə xris­ti­an ru­ha­ni­lə­ri­nə mü­əy­yən hü­qu­qi və iq­ti­sa­di im­ti­yaz və üs­tün­lük­lər ver­mək­lə on­la­rı öz tə­rəf­lə­ri­nə çək­mə­yə cəhd edir­di­lər. Di­ni təş­ki­lat­la­ra və ya ali ru­ha­ni nü­ma­yən­də­lə­ri­nə ve­ri­lən ver­gi to­xu­nul­maz­lı­ğı hü­qu­qu da bu im­ti­yaz və üs­tün­­lük­lə­rə aid idi. Be­lə­lik­lə, Na­dir şa­hın Azər­bay­can əra­zi­­sin­də olan xris­ti­an­la­ra qar­şı ye­rit­di­yi to­le­rant si­ya­sə­ti öz ək­si­ni rəs­mi ha­ki­miy­yət dai­rə­lə­ri­nin er­mə­ni kil­sə­si ilə qarşılıqlı münasibətlərində də göstərirdi. Er­mə­ni ka­to­li­kos­la­rı bu əl­ve­riş­li şə­ra­it­dən öz nü­fuz dai­rə­lə­ri­ni və mülk­lə­ri­ni ar­tır­maq­dan əla­və, həm də qon­şu Os­man­lı döv­lə­tin­dən er­mə­ni əha­li­si­ni Azər­bay­­ca­na kö­çür­mək­lə öz ic­ma­la­rı­nın sa­yı­nı ar­tır­maq üçün də is­ti­fa­də edə bi­lir­di­lər. Na­dir şah or­ta əsr­lə­rin bü­tün bö­yük hökm­dar­la­rı ki­mi im­pe­ri­ya tə­fək­kür­lü bir şəx­siy­yət idi. Onun qa­yə­si döv­lə­tin bü­töv­lü­yü və çi­çək­lən­mə­si­ni təmin etmək, dini mənsubiyyətindən asılı olmayaraq onun bütün əhalisinin dinc yanaşı yaşamalarına şərait yaratmaq idi.

– Bu sənədlərdən ən maraqlısı haqqında bizə məlumat verə bilərsiz?

– Təq­dim olu­nan sənədlər bi­zə İrə­van əra­zi­sin­də və ət­raf na­hi­yə­lər­də olan er­mə­ni və ya erməniləşmiş mo­nas­tır­la­rı haq­qın­da tə­səv­vür ya­rat­ma­ğa im­kan ve­rir. Üçkilsə xəlifəsi xris­ti­an mə­bəd­lə­ri­nə və mo­nas­tır­la­rı­na ver­gidən azad olunmaq ücün göndərmiş olduqları müraciətlər və verilən müvafiq şah fərmanlarında dəqiqliklə Üçkilsəyə aid olan bütün manastırların adı keçir. Məsələn,  sənətlərə əsaslanaraq, əminliklə demək olar ki, Qa­ra­bağ və Zən­gə­zur əra­zi­sin­də olan mo­nas­tır və kil­sə­lər Üç­kil­sə ye­par­xi­ya­sın­dan kə­nar­da ol­muş və er­mə­ni xəlifəsinə (ka­to­li­ko­su­na) ta­be ol­ma­mış­lar. Be­lə­lik­lə, 19 mo­nas­tır və Üç­kil­sə­dən əla­və Azər­bay­can əra­zi­sin­də olan yer­də qa­lan bü­tün xris­ti­an abi­də­lə­ri və mo­nas­tır­la­rı­nı Al­ban kil­sə­si­nə aid et­mək olar.

Başqa sənəd, qeyd etdiyim kimi İran arxivlərindən saxlanan bir mühüm fərman haqqında danışmaq istəyirəm. Fər­ma­­nın Azər­bay­can­da, Mu­ğan­da ke­çi­ril­miş qu­rul­tay­dan (mart 1736-cı il) dər­hal son­ra ve­ril­mə­si onun də­yə­ri­ni və əhəmiyyətini gös­tə­rir. Fər­man Na­dir şah ha­ki­miy­yə­ti al­tın­da olan bü­tün xris­ti­an əha­li­nin mü­ha­fi­zə­si haq­qın­da bə­yan­­na­mə xa­rak­te­ri da­şı­yır. Na­dir şa­hın bu fər­ma­nı Əf­şar­lar döv­lə­tin­də olan bütün xristianlara münasibətdə dözüm­lülüyü əks etdirir. Xris­tia­nların Əf­şar­lar döv­lə­­ti­nin sa­diq tə­bəə­lə­ri ol­du­ğu­nu qeyd et­mək­lə ya­na­şı, Na­dir şah bu fər­man­la bü­tün vi­la­yət­lə­rin ha­kim­lə­ri­nə tap­şı­rır ki, nə Av­ro­pa (fi­rən­gi), nə də yer­li xris­ti­an­la­ra ən­gəl ya­rat­ma­sın­lar. Bu­nun da­va­mın­da fər­man­da qeyd edi­lir ki, əgər xris­ti­an­lar öz kil­sə və iba­dət­gah­la­rı­nı tə­mir et­mək və ya ye­ni­si­ni tik­mək is­tə­yir­­lər­sə, heç kim on­la­ra ma­ne ol­ma­ma­lı­dır. Fikirmcə bu sənəd bir daha, Azər­bay­can xal­qı­nın di­nin­dən və et­nik kö­kə­nin­dən ası­lı ol­ma­ya­raq öz ta­ri­xi də­yər­lə­ri­nə hör­mət­lə ya­naş­dı­ğı­nı, di­gər din­lə­rə mü­na­si­bət­də gös­tər­miş ol­du­ğu to­le­rant­lı­ğın isə bö­yük bir tə­mə­lə ma­lik ol­du­ğu­nu gös­tər­mək­dir.

 – Demək olar ki, sonuncu sənəd mulkikultural ideyaları bəyanatı hesab etmək olar.

– Bəli. Bu sə­bəb­dən də, Əf­şar­lar döv­lə­ti ki­mi tək­cə müx­tə­lif et­nos­la­rın de­yil, həm də müx­tə­lif din­lə­rin (İs­lam, Xris­ti­an­lıq, Yəhudilik) nü­ma­yən­də­lə­ri­nin ya­şa­dı­ğı po­li­et­nik geo­si­ya­si bir mə­kan­da hökm­dar­la­rın bü­tün tə­bəə­lə­ri­nə to­le­rant mü­na­si­bət gös­tər­mə­lə­ri tə­ləb olu­nur­du. Əha­li­nin ək­sə­riy­yə­ti­nin eti­qad et­di­yi İs­lam di­nin­dən ol­ma­yan di­gər din­lə­rin nü­ma­yən­də­lə­ri­nə eh­ti­ram və dö­züm­lü­lük Azər­bay­can əra­zi­sin­də möv­cud ol­muş bü­tün türk Qızılbaş döv­lət­lə­rin si­ya­sə­ti­nin ay­rıl­maz his­sə­si olub, ey­ni za­man­da xal­qı­mı­zın özü­nü­dər­ki­nin və özü­nə­məx­sus­lu­ğu­nun da mü­hüm tə­za­hü­rü­dür. Ta­ri­xən po­li­et­nik və po­li­kon­fes­sio­nal öl­kə olan Azər­bay­can bu gün də hə­min prin­sip­lə­rə sa­diq qal­maq­da­dır.

– Nadir Şah bizim üçün ilk öncə Şərqin son fatehi kimi yadaşlarda qalıb, ama Sizinlə söbətdə onun necə böyük dövlət adamı oluduğunu görürük. Nadir şahın qətli və onun qurduğu dövlətin öz varlığını uzun müddət davam etdirə bilməməsi ilə bağlı sual vermək istəyirəm. Əfşarlar dövləti, hansı səbəbdən davamlı olmadı?

– Na­dir şa­hın yü­rüt­dü­yü xa­ri­ci si­ya­sət və öl­kə­nin əra­zi bü­töv­lü­yü­nün bər­pa­sı yo­lun­da­kı uğur­la­rı onu gör­kəm­li döv­lət xa­di­mi və ba­ca­rıq­lı sər­kər­də ki­mi sə­ciy­­yə­lən­dir­mə­yi­mi­zə im­kan ve­rir. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gəlmiş gör­kəmli Azərbaycan sərkərdəsi, dövlət xadimi Nadir şah Əfşar keçmiş imperiyanın sərhədlərini daha da genişlən­dirdi. O, 1739-cu ildə Şimali Hindistanı, o cümlədən Dehlini tutmuşdu. C. Malkolm onun haqqında yazırdı: “Asiya hökmdarların­dan heç biri öz fəthlərində onun qədər uğur qazanmamışdır”. Na­dir şah Əf­şa­rın qa­zan­dı­ğı uğur­lar sı­ra­sın­da onun bö­yük əra­zi­lə­ri əha­tə edən yü­rüş­lə­ri ilə ya­na­şı, hər­bi-döv­lət qu­ru­cu­lu­ğu və din sa­hə­sin­də ke­çir­mə­­yə cəhd et­di­yi iri­miq­yas­lı is­la­hat­la­rı da qeyd etmək olar. Lakin hakimiyyətinin qısa müd­dətli olması ona bu iri­miq­yas­lı də­yi­şik­lik­lə­ri hə­ya­ta ke­çir­mə­yə im­kan ver­mədi.

Lakin onun geniş əraziyə malik olan güclü, mərkəzləşdirilmiş döv­lət yaratmaq planları iflasa uğradı. Nadir şahın öldürülmə­sin­dən sonra dövlət ərazisində çəkişmələr başlandı, şah taxtına iddia edən şəxslər öz hakimiyyətləri uğrunda mübarizə aparır­dılar. Mərkəzi hakimiyyət xeyli zəiflədi, artıq nəinki ucqarları, bə­zən hətta dövlətin mərkəzi vilayətlərini güc hesabına sax­lamaq qeyri-mümkün oldu. XVIII əsrin II yarısında Azərbaycan kiçik dövlət qurumlarına (xanlıqlara və sultanlıqlara) parçalandı.

Bir məşhur ingilis tarixçisinin sözlərinə görə, tarixin böyük fatehləri arasında bütün həyatı boyu əldə etdiklərini Nadir şah kimi öz ölümündən bir neçə ay öncə itirmiş digər bir şəxsiyyəti təsəvvür etmək çətindir. Heç şüb­hə­siz, Na­dir şah tək­cə bö­yük sər­kər­də ki­mi qo­yub get­di­yi bö­yük mi­ra­sı ilə de­yil, həm də bir döv­lət xa­di­mi ki­mi hə­ya­ta ke­çir­di­yi ge­niş miq­yas­lı is­la­hat­çı­lıq fəa­liy­yə­ti ilə də dün­ya­nın və böl­gə­nin ta­ri­xin­də si­lin­məz iz bu­ra­xıb get­miş­dir.

Nadir şahın idarəçiliyi ilə bağlı olan məsələlər orta əsr imperiyalarının yaranması, inkişafı, tənəzzülü və süqutu kimi ümumi mövzular toplusu ilə bağlıdır. Həmin problemlər həm ümu­mnəzəri, həm də konkret-tarixi əhəmiyyətə malikdir. Bu mə­sə­lələr tarix elmində mübahisəli olaraq qalmaqdadır. Prob­lem­lərin nəinki ayrı-ayrı cəhətlərinə, habelə onların nəzərdən ke­çirilməsinə yanaşmalar müxtəlifdir. Nadir şah Əfşar imperi­yasının yaradılmasına dair fikir ayrılıqları mövcuddur. Bu, ilk növbədə aşağıdakı sualla bağlıdır: “Nadir şahın siyasəti hansı mə­qamdan etibarən öz imperiyasını yaratmağa yönəlmişdir?”

Qeyd etməliyik ki, Nadirin bütün fəaliyyətini iki əsas mərhələyə bölmək olar: 1736-cı ilədək olan mərhələ və 1736-1747-ci illər. Bu cür bölgü bütövlükdə Nadir şah Əfşar döv­rü­nün düzgün dəyərləndirilməsi üçün zəruridir. Bəllidir ki, 1736-cı ilə qədər Nadir öz hərəkətlərinin legitimliyini “Səfəvi sülaləsinin qanuni hakimiyyətinin bərpası” şüarı ilə əsaslandırmağa çalışır­dı. Nadir şahın 1736-cı ilə qədərki fəaliyyətini dəyərləndirərkən ilk növbədə böyük sərkərdənin azadlıq missiyası nəzərə çatdırıl­ma­lıdır. O, Səfəvi dövlətinin ərazisini həm əfqan işğalından azad etdi, həm də Osmanlı qoşunlarını dövlətin vilayətlərindən sı­­xış­dıraraq çıxarıdı, rusları qəsb etdikləri Azərbaycan, Səfəvi torpaqlarını tərk etməyə məcbur etdi. Hec şübhəsiz, Nadir olmasaydı, Səfəvi dövləti qonşuları – əfqanlar, ruslar və osmanlılar arasında qismən, yaxud da tamamilə bölüş­dürülərdi.

Artıq 1736-ci ildən, daha doğrusu isə II Təhmasibin əslin­də hakimiyyətdən kənarlaşdırıldığı 1732-ci ildən etibarən Na­di­rin əməlləri aşkar surətdə öz hakimiyyətinin möhkəmləndi­ril­mə­sinə yönəlmişdi. Fikrimcə, onun Rusiya dövlətinin ərazilərini öz imperiyasına birləşdirmək niyyətləri də ola bilərdi. Moqol hökmdarını tabe etdikdən sonra bu cür niyyətin gərçəkləşdirilməsi ona heç də imkansız görünmürdü. Nadir şah Əfşar ölümü ərəfəsində Osmanlı dövləti ilə münasi­bətləri mülayimləşdirməyə çalışırdı.

Nadirin öz hərbi-dəniz donanmasını yaratmaq işinə marağı da diqqətəlayiqdir. Bu cəhət Nadir şahı öz üstünlüklərini və nöq­sanlarını dəqiq anlayan, uzaqgörən siyasi xadim, görkəmli stra­teq kimi dəyərləndirməyə əsas verir. Nadir şahın bu cür mütə­rəqqi baxışları onu mühafizəkar, ətalət girdabında ilişib qalmış bir çox Şərq hökmdarından əhəmiyyətli dərəcədə fərqləndirir. Nadir şah Əfşar böyük sərkərdə, bölgədə və Azərbaycanda baş vermiş hadisələrin gələcəyə təsir baxımından dahi dövlət xadimi olmuşdur və məhz bu baxımdan heyranlığa və ehtirama layiqdir.

Heç şübhəsiz, Səfəvilər irsi bütün yüzillik boyu elə gücə malik idi ki, sonrakı dövrdə siyasi səhnəyə çıxmış bütün liderlərə təsir etmişdir. Onların hamısı Qızılbaş sülalələri idi, və bu səbəbdən Səfəvi dövlətinin, sərhədlərini bərpa etməyə çalışır, onlarla qohumluq əlaqəsi yaradır (Nadir şah Əfşar) və ya Səfəvi sülaləsinin varisləri adından çıxış edir (Kərim xan Zənd), ya da Qızılbaşlara aid olduqları üçün özlərini bu sülalənin qanuni varisləri elan edirdilər (Ağa Məhəmməd şah Qacar). Lakin o dövrün qeyri-adiliyi bundan ibarətdir ki, böyük Əfşar imperiyasını yaradan Nadir Şah və hakimiyyəti zamanı regionda nisbi sabitlik və iqtisadi inkişaf dövrü yaratmış Kərim xan Zənd, Qacarlar sülaləsindən fərqli olaraq sülalə dövlətini yarada bilmədilər. Bu maraqlı məsələ tarix elmində hələ də öz araşdırılmasını gözləyir. Lakin onları birləşdirən bəzi xüsusiyyətlər də var. Əvvəla, irsən xan tituluna malik olan Ağa Məhəmməd xan Qacardan fərqli olaraq Kərim xan Zənd və Nadir şah Əfşar tayfa başçıları olmamışlar. (bildiyimiz kimi, Zənd tayfası bir neçə yüz ailədən ibarət idi) Bu iki lider uğurlarını əsil-nəcabətlilikləri və ali titulları ilə deyil, öz liderlik və sərkərdəlik bacarıqları ilə təmin etdilər.

 – Demək olar ki, Nadirin ölümü Əfşarlar sülaləsinə son qoydu?

– Nadir şahın öldürülməsindən dərhal sonra onun qardaşı İbrahim xanın oğlu Əliqulu xan 1747-ci ilin iyun ayında taxta əyləşərək özünü Adil şah elan etdi. Sonra o, Nadirin bütün oğullarını öldürdü, yalnız on üç yaşlı nəvəsi Şahruhu qətlə yetirmədi. Şahruh Nadi­rin böyük oğlu Rzaqulunun oğlu idi. Onun anası isə Şah Sultan Hüseynin qızı Fatimə Sultan Bəyim idi. Şahruh Məşhəddə həbs­xanaya yerləşdirildi. Əliqulu xanın əslində onu sağ saxlamaqda öz məq­səd­ var idi. O, qorxurdu ki, əhali onun hakimiyyətinin qa­nuniliyini tanımaya bilər. Buna görə də Əliqulu xan həm Əfşar, həm də Səfəvi soyunun övladından öz maraqları üçün istifadə et­məyə ümid bəsləyirdi.

Tezliklə Adil şah Xorasanda möhkəmlənə bildi. Ma­zan­daranda Həsən xan Qacar və onun müttəfiqləri olan türk­ma­nlarla toqquşma nəticəsində sonuncular məğlubiyyətə uğradılar və geri çəkildilər. Lakin Həsən xanın gənc oğlu Adil şah tərə­fin­dən yaxalandı və axtalandı. Bu, Qacar sülaləsinin banisi, gə­lə­cək hökmdar Ağa Məhəmməd idi.

Yeni hökmdar tezliklə özünün bir çox tərəfdarını məyus etdi. Onun İsfahan hakimi təyin edilmiş doğma qardaşı İbrahim Mirzə də ona qarşı çıxdı. İbrahim öz qardaşının qoşunlarını dar­madağın etdi, Adil şahın isə gözlərini çıxarıdı. Lakin artıq bir neçə aydan sonra (1749-cu ildə) onun özü Nadir şahın sağ qal­mış yeganə nəvəsi Şahruhun birləşmiş qoşunları tərəfindən dar­madağın edildi. 1748-ci ilin oktyabr ayının əvvəllərində bir­ləş­miş türk tayfalarının və qəbilələrinin başçıları Xorasan ağsaqqalları ilə birlikdə Şahruhu Məşhəddə taxta çıxarıdılar. Adil şah yaxalandı və Məşhədə gətirildi. Burada o, Nadir şahın dul qalmış zövcəsinin istəyi ilə oğulları Nəsrullanı və İmam­qu­lunu öldürdüyünə görə edam edildi. Bir daha xatırladaq ki, Adil şah Nadirin öldürülməsindən dərhal sonra onun kişi varislərini Kelatda qətlə yetirmişdi.

Lakin, 1750-ci ildə Şahruh devrildi, həbsə atıldı və orada onun gözləri çıxarıldı. Səfəvi sülaləsinin qadın xətti üzrə varislərindən biri – Seyid Məhəmməd şah II Süleyman adı ilə özünü şah elan etdi. Lakin bir müddət sonra Şahruh taxtda bərpa edildi. O, Xorasanda öz hakimiyyətini müxtəlif koalisiyalarla 1796-cı ilə kimi qoruyub saxlaya bildi.
1796-cı ildə Ağa Məhəmməd Qacar Məş­hə­di döyüşsüz ələ keçirdi. Ağa Məhəmməd Qacar Məşhədə, vaxtilə şah I Abbasın (1587-1629) etdiyi kimi, İmam Rza türbə­si­nə gəlmiş zəvvar qismində, piyada, ağlayaraq və torpağı öpə­rək daxil olmuşdu. O, Nadir şahın cənazəsinin açılması və Kə­rim xan Zəndin nəşi ilə bərabər Tehranda yenidən dəfn edilməsi haq­­qında sərəncamı, məhz burada verdi. İşgəncələrə məruz qal­mış Şahruh Nadir şahın ləl-cəvahiratını təslim etməyə məc­bur oldu və Qurana əl basaraq “onda daha heç bir şey qal­ma­dı­ğı­na” and içdi. Şahın əmrilə onu Mazandarana sürgün etdilər. Şah­ruh Mazandarana gedərkən yolda, 63 yaşında vəfat etdi. Şahruh no­minal da olsa qırx altı il ərzində (1750-1796) Xorasan hakimi ol­muşdur.

Beləliklə, Ağa Məhəmməd şah Qacar digər türk Qızılbaş sülalə­si­nin (Qacarlar xanədanının) banisi oldu və “İran” adlanan geniş coğrafi ərazidə yaşayan xalqlar və Cənubi Azərbaycan torpaq­ları onun hakimiyyəti altında birləşdirildi.

– Sizin 18-19 əsrə aid çox maraqlı tədqiqatlarınız var, xüsusi ilə xanlıqlar dövrü, Böyük Britaniyanın regionda siyasəti və d. maraqlı monaqrafiyaların müəllifisiniz. Sizinlə bu barədə də söhbət etmək istərdik. Sizin araşdırma mövzularınızın içərisində ermənilərin Qafqaza köçürülməsi məsələsi xüsusi yer tutur. Ermənilərin Qafqaza köçürülməsində kimlər maraqlı olub və onların Azərbaycan türklərinin yaşadığı yerlərə köçürülməsində məqsəd nədən ibarət olub?

– Ru­si­ya iş­ğa­lın­da son­ra İrə­van və Nax­çı­van xan­lı­ğın əra­zi­sin­də (1828) əv­vəl­cə ya­rım­mux­tar, et­nik tər­ki­bi er­mə­ni­lər­dən iba­rət ola­ca­ğı nə­zər­də tu­tul­muş bir əya­lət – “Er­mə­ni vi­la­yə­ti” ya­ra­dıl­dı. Bu vi­la­yə­tin adı­nın yer­li əha­li­nin et­nik tər­ki­bi ilə heç bir bağ­lı­lı­ğı yox idi, çün­ki İrə­van və Nax­çı­van vi­la­yət­lə­ri­nin yer­li əha­li­si Azər­bay­can türk­lə­ri idi. Ru­si­ya im­pe­ri­ya­sı­nın kö­çür­mə si­ya­sə­ti nə­ti­cə­sin­də bu re­gi­on­da er­mə­ni­lə­rin sa­yı XIX əs­rin or­ta­la­rın­dan art­ma­ğa baş­la­dı. Bu məq­səd­lə yer­li Azər­bay­can türk əha­li­si sı­xış­dı­rı­lır və məhv edi­lir­di. Be­lə­lik­lə, Azər­bay­can türk­lə­ri­nin say nis­bə­ti ya­vaş-ya­vaş aza­lır, on­lar öz ta­ri­xi tor­paq­la­rı­nı tərk et­mək məc­bu­riy­yə­tin­də qa­lır­dı­lar. Ey­ni za­man­da, türk əha­li Qa­ra­bağ xan­lı­ğı əra­zi­sin­dən də küt­lə­vi şə­kil­də kö­çü­rü­lür­dü. Ru­si­ya­nın erminilərin kütləvi kö­çür­mə si­ya­sə­tini Türk­mən­çay (1828) və Ədir­nə (1829) mü­qa­vi­lə­lə­ri­nin xü­su­si mad­də­lə­ri­nə uy­ğun ola­raq hə­ya­ta ke­çi­ri­lir­di. Kö­çür­mə əmə­liy­ya­tı­na rəh­bər­lik edən pol­kov­nik L.La­za­rev öz he­sa­ba­tın­da 8249 ailə­nin Qa­car­lar İra­nın­dan kö­çü­rül­dü­yü­nü qeyd edir. Er­mə­ni­lə­rin Şi­ma­li Azər­bay­can tor­paq­la­rı­na növbəti küt­lə­vi kö­çü­rül­mə­si Ədir­nə mü­qa­vi­lə­si bağ­lan­dıq­dan dərhal son­ra baş­la­mış­dır. Be­lə ki, 1828-1829-cu il­lər Ru­si­ya-Os­man­lı mü­ha­ri­bə­si­nə ye­kun vu­ran Ədir­nə mü­qa­vi­lə­si­nin XI­II mad­də­si­nə əsa­sən er­mə­ni­lər, təq­ri­bən 90 min nə­fər Os­man­lı Tür­ki­yə­sin­dən kö­çü­rül­müş­lər. “Er­mə­ni vi­la­yə­ti”ndə sü­ni şə­kil­də er­mə­ni­lə­rin sa­yı­nın ar­tı­rıl­ma­sı və ey­ni za­man­da Ru­si­ya­nın Cə­nu­bi Qaf­qaz­da yer­li Azər­bay­can türk­lə­ri­nin Qa­­car­­lar İra­­nı­­na və Os­­man­­lı Tür­­ki­­yə­­si­­nə sı­­xış­­dı­­rı­­lıb kö­­çü­­rül­­mə­­si si­­ya­­sə­­ti, böl­­gə­­nin et­­nik tər­­ki­­bi­­ni da­vam­lı ola­raq er­mə­ni­lə­rin xey­ri­nə də­yi­şir­di. Er­mə­ni­lə­rin Os­man­lı əra­zi­sin­dən kö­çü­rül­mə­si son­ra­kı dövr­lər­də də da­vam et­miş­dir. Ru­si­ya­nın Os­man­lı Tür­ki­yə­si ilə apar­dı­ğı hər mü­ha­ri­bə­dən (1828-1829; 1853-1856; 1877-1878) son­ra köç­kün­lə­rin ye­ni dal­ğa­sı əmə­lə gə­lir­di. V.Ve­liç­ko­nun yaz­dı­ğı ki­mi “Hər bir rus-türk mü­ha­ri­bə­si Ru­si­ya­da er­mə­ni­lə­rin sa­yı­nı ar­tı­rır­dı”. Ru­si­ya–Os­man­lı mü­ha­ri­bə­lə­rin­dən son­ra əmə­lə gə­lən er­mə­ni köç­kün dal­ğa­la­rı nə­ti­cə­sin­də İrə­van qu­ber­ni­ya­sın­da er­mə­ni­lər say­ca üs­tün möv­qe tut­ma­ğa baş­la­dı­lar. Bu ha­di­sə­lər uzun bir pro­se­sin əsa­sı­nı qoy­du və nə­ti­cə­də XIX əs­rin bi­rin­ci qə­ri­nə­sin­dən baş­la­ya­raq er­mə­ni­lər Şi­ma­li Azər­bay­can xan­lıq­la­rı­nın tor­paq­la­rın­da ya­ra­dıl­mış in­di­ki er­mə­nis­tan res­pub­li­ka­sı­nın əra­zi­sin­də say­ca üs­tün­lük qa­zan­dı­lar.

– Siz həmçinin ermənilərin çirkin fəaliyyəti və azərbaycanlılara qarşı soyqırımları ilə bağlı Britaniya arxivlərində olan sənədləridə araşdırmısınız. Həmin sənədlərin Azərbaycan üçün önəmi nədən ibarətdir?

– Bəli, ənənəvi olaraq dünya siyasətində aparıcı, strateji mövqelərə və Cənubi Qafqazda ciddi regional maraqlara malik olan Böyük Britaniya mühüm geosiyasi söz sahibi kimi bölgədə baş verən hadisələri təfərrüatlı şəkildə qeyd edirdi. Bu səbəbdən Britaniya arxivlərində Britaniya imperiyasının yüksək rütbəli məmur və səlahiyyətliləri tərəfindən imzalanmış bir çox “tamamilə məxfi” raportlar və yazışmalar var. Bu raportlarda və daxili yazışmalarda regionda yaşanan hadisə və proseslər haqqında Britaniya təmsilçilərinin gerçək dəyərləndirmələri öz əksini tapmışdır. Belə ki, bu məlumatlar geniş ictimaiyyət üçün deyil, “tamamilə məxfi” qrifi altında saxlanılan gizli sənəd olaraq, məhdud sayda ali hakimiyyət nümayəndəsi üçün nəzərdə tutulmuşdu.

Bu arxiv sənədləri 1918 – 1920-ci illərdə Bakı, İrəvan və Gəncə (Yelizavetpol) quberniyalarının ərazisində erməni quldur dəstələrinin və Ermənistanın silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı əks etdirən mühüm mənbələrdir. Onların elmi dövriyyəyə ilk dəfə daxil edilməsi həmin sənədlərdə 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı ilə bağlı ehtiva olunan bilgilərin tarixşünaslığımız üçün dəyərini daha da artırır. Beləliklə, Ermənistanın Cənubi Qafqazın müsəlman əhalisinin sistematik soyqırımına yönəlmiş təcavüzkar siyasəti göstərilən dövrün çoxlu sayda Britaniya arxiv sənədlərində öz əksini tapır. Britaniya arxivlərində bizim tərəfimizdən aşkar edilmiş sənədlər göstərir ki, 1918-1920-ci illərin keşməkeşli siyasi hadisələri gedişində ən ağır fəlakət və müsibəti Azərbaycan əhalisi yaşamışdı.

– Nigar xanım yeni hansı mövzular üzərində işləyirsiz?

Bu yaxınlarda çap olunacaq növbəti kitab, 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi ilə bağlı Amerika qəzetlərində dərc olunan materialları təşkil edir. Bu topluda Azərbaycan və rus dillərinə tərcümə edilmiş böyük miqyaslı yeni faktiki material elmi dövriyyəyə buraxılır. Bu materiallar göstərilən dövrdə Cənubi Qafqazdakı hadisələrin Amerika qəzetlərdə işıqlandırılmasının nə dərəcədə tam və mötəbər olmasını müəyyən etmək və mənbəşünaslıq təhlilini aparmaq üçün əhəmiyyətlidir.

Topluda təqdim edəcəyimiz materiallar bizə tam əminliklə söyləməyə əsas verir ki, amerikan dövri mətbuatı imkanları daxilində 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsinin işıqlandırılmasında fəal iştirak etmişdir. Obyektivlikdən uzaq olan qəzet materiallarının diqqətli təhlili zamanı baş verən hadisələrin gerçək üzünü göstərən, o cümlədən türk-müsəlman əhalinin kütləvi qırğınlarını əks etdirən çoxlu sayda məlumatlara, reportajlara və məqalələrə də rast gəlmək olur. 1905-1906-cı illərə aid qəzetlərlərin yazıları məzmununa görə açıq-aşkar ermənipərəst səciyyə daşıyır, lakin təhlil gedişində məqalələrdəki faktlar sayəsində hadisələrin tam tərsinin şahidi oluruq. Qərb mətbuatında hadisələrə bu cür münasibət qırğının xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında münaqişə kimi qiymətləndirilməsindən irəli gəlir. Bu cür stereotiplər bu gün davam edir. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu münaqişənin işıqlandırılması o zaman da, indi də obyektivlikdən və qərəzsizlikdən uzaqdır.

1905 və 1906-cı illərdə Cənubi Qafqazdakı qırğınlar ermənilərin Azərbaycan türklərinə qarşı ilk açıq, iri miqyaslı və mütəşəkkil hücum aktı oldu. 1918-ci ildə, həmçinin 1990-cı illərin əvvəllərində demək olar ki, eyni ssenari ilə və daha böyük qəddarlıqla Azərbaycan türklərinin və Azərbaycanın çoxəsrlik mədəni irsinin məhvi davam etdirildi. Yüz ildən çox bir müddət ərzində beynəlxalq ictimaiyyət insanlığa qarşı yönəlmiş erməni cinayətlərini yetərincə qınamamaqla bu cinayətlərin XX əsrin sonu və XXI əsrin əvvəllərində təkrarına imkan verdi.

Ermənistan Respublikasının təcavüzkar və ultra miliyyətçi siyasəti bu gün də təkcə dinc Azərbaycan üçün deyil, eyni zamanda bütün bölgə üçün təhlükəli destruktiv amil olaraq qalmaqdadır.

 – Sonda Sizə “İZ” oxucuları adından maraqlı söhbət üçün təşəkkür etmək istəyirəm.

Mən təşəkkür edirəm, Sizinlə söhbət etməyə həmişə hazıram.

Söhbətləşdi : Ceyhun Nəbi

Sozcu.az

Facebook Comments