Türkiyə oyundan kanar vəziyyətə düşdü

Ermənistan üçün iqtisadi və siyasi nəfəslik açıldı..

Ermənistana Azərbaycan üzərinden quru yolunun-avtomobil və dəmir yolunun açilması Ermənistandan çox Rusiyaya lazım idi. Cunki Gümrüdəki 102 – ci rus hərbi bazası faktiki olaraq, blokada vəziyyətində idi. Əvvəla, Gürcüstan üzərinden Ermənistana gedən yol o qədər də işlək və etibarlı deyildi. İİkinci, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəndən sonra strateji seçimini edən Gürcüstan istər- istəməz bu yolu bağlamalı olacaqdı. Ona görə də, Rusiya özünə daimi işlək olan etibarlı bir yol axtarırdı. Axtardığını tapdı) Azərbaycan üzerinden keçən yol daha etibarlıdır. Bu yolla Rusiya öz hərbi bazalarını blokada vəziyyətindən çıxaracaq. Nəinki çıxaracaq, hətta gələcəkdə Qarabağdakı “sülhməramlı kontingenti hərbi bazaya çevirəcək.,

Beləliklə, Rusiyanın regiondakı mövqeləri daha da gücləndi. Türkiyə oyundan kanar vəziyyətə düşdü. Maraqlı tərəflər isə münaqişənin nizamasalma prosesindən bir az da uzaqlaşdırıldı. Türkiyənin Qarabağ bağlı müzakirələrdə arxa planda saxlamaq çox böyük strateji səhvdir.

P.S.Azərbaycanla Türkiyəyə qarşı qeyri-rəsmi ittifaq formalaşır.
Rusiya, Fransa, İran və Ermənistandan ibarət bu ittifaqın oyunları tezliklə üzə çıxacaq

İbrahim İbrahimli
istiqlalçı deputat

Facebook Comments