İmperatorunun evinə girdi, 2 saat sonra aşkar edildi

Yaponiyada naməlum şəxs imperator Naruhito və ailə üzvlərinin yaşadığı Çiyoda Sarayına daxil olub.

Sozcu.az xəbər verir ki, adı açıqlanmayan 29 yaşlı gəncin normal şəraitdə qəti şəkildə qorunan iqamətgaha daxil olması 2 saat sonra aşkar edilib.

Saxlanılan şəxs polisə verdiyi ifadəsində imperator ailəsinin üzvləri ilə görüşmək istədiyini deyib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Facebook Comments