Bu ölkədə dəhşətli terror: 58 ölü

Nigerin Mali sərhədinə yaxın Tçombanqu və Zarumdareye kəndləri terrorçuların hücumuna məruz qalıb.

Sozcu.az xəbər verir ki, bu barədə Niger Daxili İşlər Nazirliyi məlumat yayıb.

Terror hücumu nəticəsində 58 mülki şəxs öldürülüb, 20 nəfər yaralanıb.

Bölgəyə hərbçilərin göndərildiyi bildirilib.

Facebook Comments