Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü artırılıb

Prezident İlham Əliyev “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

Sozcu.az-ın məlumatına görə, fərmana əsasən, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 100 manatdan 130 manata qaldırılıb.

Facebook Comments