Fuad Qəhrəmanlı nəzarətə götürüldü – Foto

Noyabrın 16-sı azadlığa buraxılan AXCP-nin Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı nəzarətə götürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında paylaşım edib.

“Növbə mənə də çatdı.Bu gün polisdən gəlib ayağıma nəzarət aparatı bağladılar. Ölçüsü böyük və narahatlıq yaradan bu aparatı gün ərzində iki dəfə, hər dəfə də 2 saat müddətinə “zaryadkaya” qoymaq lazımdır. Qaydaya görə, Bakı şəhərini tərk etmək olmaz. Axşam saat 23:00-dan səhər saat 7:00-a qədər evdə olmaq lazımdır.

Halbuki bu cür nəzarət üçün qol saatı ölçüsündə nəzarət qolbağları var və onlar o qədər də narahatlıq yaratmırlar. Görünür, iqtidar “bizə nə qədər narahatdır, onlara o qədər xoşdur” məntiqi ilə ancaq bunu rəva görüb. Bir halda ki, SMS icazə sistemi tətbiq olunub, yəni 3 saatdan artıq evdən kənara çıxmaq olmur, o zaman bu cür kobud nəzarət sisteminə nə ehtiyac var? Bu cür kobud nəzarət daha çox psixoloji-mənəvi təzyiq vasitəsidir”-deyə Fuad Qəhrəmanlı əlavə edib.

Facebook Comments