Urmulu siyasi məhbus Hamid Qaraoğlaninin ailəsinə təzyiq edilir

Urmu həbsxanasında 14 illik həbs cəzasını çəkən güneyli siyasi məhbus Hamid Qaraoğlaninin ailə üzvlərinə və yaxınlarına qarşı təhdid və təzyiqlər davam edir.

İran təhlükəsizlik qüvvələri siyasi məhbusun yaxınlarını H.Qaraoğlani ilə bağlı xəbərləri yaydıqları üçün həbslə hədələyir. Bu haqda özünün “Twıtter” hesabında siyasi məhbusun yaxın ailə üzvlərindən biri paylaşıb.

Məhbusun bacısı haniyə Qaraoğlani “Twıtter” hesabında etdiyi paylaşımda İran hökumətinin məhkəmə sistemindən qardaşının işinə yenidən və ədalətli şəkildə baxılmasını istəyib.

Bir neçə gün öncə Haniyə Qaraoğlani təhlükəsizlik işçiləri tərəfindən izahat üçün Urmu ETTELAAT idarəsinə çağrıldığını, getmədiyi təqdirdə həbs olunacağı ilə qorxudulduğunu yazmışdı.

O, paylaşımında Urmu həbsxanasında qardaşı ilə keçirdikləri sonuncu görüşdə Anasının da məmurlar tərəfindən aşağılanaraq qorxudulduğunu bildirmişdi.

Urmulu H.Qaraoğlani 1986-cı il doğumludur. O, 2016-cı ilə qədər öyrənci olub.

1995-ci ildə “maddi və məişət problemləri üzündən” “Şəhid Beheşti Universiteti”ndə kompüter memarlığı magistr
dərəcəsində təhsilini yarımçışq tərk edib.

İşləmək üçün Türkiyə Cumhuriyyətinə gedib və bir müddət Türkiyədə çalışıb.
Həbs olunduğu zaman Urmu’da “CCTV kameralar quraşdırma işində çalışırdı”.
İrandakı hakim vəziyyətin tənqidçisi kimi siyasi tənqidlərini sosial mediyada paylaşırdı.

Qeyd edək ki, bundan öncə Hamid Qaraoğlani “ABŞ-İsrail” düşmən ölkələrinə casusluqda, xarici KİV-lərlə əlaqədə, rəhbərliyi təhqir etməkdə, Qasım Süleimaninin şəklini cırılmaq” və digər ittihamlarla günahlandırılmışdı.

Hamid Qaraoğlani, dindirmə zamanı vəkil və digər hüquqlarından istifadə etmək haqqından məhrum olub.

1Sentyabr 2020-cı il tarixində Urmu Mərkəzi Həbsxanasına köçürülməsindən təxminən iki ay sonra onda koronovirus simptomları müşahidə olunsada həkim yardımından istifadə etməsinə imkan verilməyib.

Facebook Comments