“Qanlı Milad” mesajı: Türk əsgərindən vaz keçməyəcəyik!

Əziz şəhidlərimizin hüzurunda deyirik ki, suverenliyimizdən, azadlığımızdan, Ana Vətən Türkiyənin qarantından, türk əsgərindən vaz keçməyəcəyik.

Sozcu.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

“1963-cü ilin 21 dekabrında Şimali Kipr xalqını yox etmək üçün başladılmış qanlı soyqırımın 57-ci ildönümüdür. Tarixə “Qanlı Milad” kimi düşən bu hücumlarda xalqımız diri-diri qətliam çuxurlarına basdırılıb. Amma Türkiyənin liderliyində başladığımız hərəkatla xalqımız düşmənə boyun əyməyib. Ana Vətən Türkiyədən, əziz şəhidlərimizdən aldığımız bu vəzifədə mübarizəyə davam edəcəyik”, – Ə.Tatar bildirib.

Qeyd edək ki, 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı hücumlar nəticəsində 364 Kipr türkü və 174 kiprli yunan həyatını itirib. Həmçinin 8667 Kipr türkü 103 kəndi tərk etmək məcburiyyətində qalıb.

Facebook Comments