Bakıda ağır qəza: yaralılar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Koroğlu Rəhimov küçəsində hərəkətdə olan iki avtomobil toqquşub.

Hadisə zamanı sürücü, 1994-cü il təvəllüdlü Qasımov Elnur Elnar oğlu və digər bir sərnişin 2000-ci il təvəllüdlü Ocaqquliyev Yunis Rövşən oğlu bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı E.Qasımova qapalı kəllə-beyin travması və başın ənsə nahiyəsinin çapılmış yarası, Y. Ocaqquliyevə isə sol qolun və sağ bud sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments