Fransız nazir: 100-ə yaxın polis yaralanıb

Fransada baş verən kütləvi etirazlarda 98 polis və jandarm xəsarət alıb.

Sozcu.az xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen deyib.

“Mən onlara tam dəstəyimi ifadə edirəm. Bu zorakılıqda təqsiri olanlar məsuliyyətə cəlb edilməlidir”, – deyə nazir bildirib.

Qeyd edək ki, bir neçə gündür Fransa şəhərlərində polis zorakılığına qarşı kütləvi etirazlar aksiyaları keçirilir.

Facebook Comments