Türkiyə Azərbaycana hərbi missiya göndərir? – RƏSMİ AÇIQLAMA

“Türkiyədən xarici ölkəyə hərbi missiya göndərilirsə, bu, Türkiyə parlamentində müzakirəyə çıxarılır”.

Sozcu.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu qeyd edib ki, Suriya və digər yerlərə hərbi missiya göndəriləndə məsələ bu formada həllini tapıb: “Söhbət qardaş Azərbaycandan gedirsə, Türkiyə parlamentinin bunu böyük həvəslə dəstəkləyəcəyinə əminik”.

Facebook Comments