“Deyəsən, məndən başqa hamının hərbi formada şəkli var” – Aslan İsmayılov

“Təəccüblü bir ənənə yaranıb. Özləri, balaları hərbidən qaçanlar, formanı bəyənməyənlərin hamısı bu gün əsgər, zabit forması geyinirlər”.

Sozcu.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Gördüyüm odur ki, deyəsən, məndən başqa hamının hərbi formada şəkli var. Hesab edirəm ki, bu yolverilməzdir və buna diqqət yetirilməlidir. Bəli, bu gün hamı müharibə üçün əlindən gələni etməlidir, ancaq forma geyinməklə yox. Müharibə dövrü hərbidə olanların da bəzi fasilələri olur, kimi bir az dincəlmək üçün, kimisi yaralarını sağaltmaq üçün döyüş zonasından aralıda olur. Bax, mədəniyyət adamları bu gün həmin Əsgər və Zabitlərimizdə xoş əhval-ruhiyyəni saxlamaq, onların asudə vaxtını faydalı keçirmək üçün yararlı ola bilərlər. Mədəniyyət Nazirliyi bu işlə məşğul olmalıdır” – A.İsmayılov qeyd edib.

Facebook Comments