Serenay Sarıkayadan Azərbaycana dəstək

Türkiyənni məşhur aktrisası Serenay Sarıkaya da Azərbaycana dəstək nümayiş etdirib.

Sozcu.az xəbər verir ki, gənc aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Hər zaman birlikdəyik. Sizi çox sevirik, Azərbaycan!”.

Xatırladaq ki, aktrisanın sevgilisi məşhur yumor ustası Cem Yılmaz da dünən Azərbaycanla bağlı paylaşım edərək Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına atəş açmasını qınamışdı:

“Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram… Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm”.

Facebook Comments