Separatçıların quldur başçısı Qarabağa muzdluların gətirildiyini etiraf etdi – FOTO

İşğal altında olan Dağlıq Qarabağdakı oyuncaq rejimin quldur başçısı Araik Arutyunyan muzdluların Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb olunması ilə əlaqədar toplantı keçirib.

Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, Arutyunyan etiraf edib ki, Qarabağın bütün bölgələrində terror birləşmələrinin yaradılması prosesi davam edir. O, “yaxın gələcəkdə” Ermənistan qoşunlarının yenidən “müharibədə iştirak etmiş və hərbi xidmətdə zəngin təcrübə toplamış” adamlarla doldurulacağını bildirib.

Qeyd edək ki, xarici muzdlu terrorçuların Qarabağda erməni tərəfində vuruşduğu barədə rəsmi Bakı dəfələrlə bəyan edib.

Bundan əlavə, Minval.az-ın yazdığı kimi, çərşənbə axşamı Rusiya mətbuatı xəbər vermişdi ki, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişəyə erməni kökənli, lakin ABŞ, Fransa və hətta Rusiya vətəndaşlığına sahib silahlılar cəlb olunur.

Jurnalist Sergey Leonov isə URA.RU-nun səhifələrində qeyd etmişdi ki, muzdluların cəlb olunmasında ictimai təşkilatlar adı ilə maskalanmış erməni diasporu strukturları mühüm rol oynayır. Onlar erməni mənşəli xarici “könüllüləri” bölgəyə cəlb edirlər.

Rəsmi İrəvan isə erməni qüvvələri sıralarında muzdluların olduğunu inkar edir. Lakin Arutyunyanın bəyanatı göstərir ki, işğalçılar üçün hazırda fəlakətli bir vəziyyət yaranıb. Odur ki, fəxrlə terrorçuların Qarabağa gəlişindən bəhs edir.

Ancaq kimləri gətirmlərindən asılı olmayaraq, fəlakətli sonlarından qaça bilməyəcəklər. Azərbaycan ordusu bu vaxta qədər gətirilən muzdluları məhv etdiyi kimi, onları da cəhənnəmə göndəərəcək!

Facebook Comments