Arif Hacılı: “ReAl müxalifət partiyası deyil”

“ReAl artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

ReAl Partiyanın funksioneri Natiq Cəfərli isə A.Hacılıya belə cavab verib: “Mən sizi ciddi adam sayıram, nə ilə sübut edərsiz bu absurd iddianızı? Nədir sizi narahat edən?! Son 3 gündə bütün Qərb dövlətlərinin təbrikimi? Deməli, Fransa, ABŞ, Britaniya, AB səfirləri hakimiyyətə işləyir, eləmi?! Yoxsa 27 ildir, elə bilirsiz ki, burda Qərb hakimiyyəti dəyişəcək, siz də kənarda qalacaqsız?! Siz özünüz azı 5 dəfə müsahibə verib danışıqlara yaşıl işıq yandırdız, indi nədir dərdiniz?! Elə bilirsiniz ki, xora qoşulmaqdır siyasətçinin işi?! Sizi istənilən internet TV-də debata dəvət edirəm, ya sözünüzü sübut edəcəksiz, ya üzr istəyəcəksiz. Buyurun. Gözləyirəm”.

Facebook Comments