Zelenski belaruslarla bağlı tapşırıq verdi

Ukrayna Prezidenti Vladimir Zelenski daxili siyasi vəziyyətlə əlaqədar Belarus vətəndaşları üçün ölkəyə girmə şərtlərini yüngülləşdirməyi təklif edib.

Sozcu.az xəbər verir ki, dövlət başçısı bu barədə COVİD-19-la bağlı karantin məhdudiyyətlərinin müzakirə edildiyi konfransda danışıb.

“Belarus vətəndaşlarının, xüsusilə orada yaranan gərgin daxili siyasi vəziyyəti nəzərə alsaq, ölkəmizə girişini necə qadağan edə bilərik? Düşünürəm ki, onların Ukraynaya gələ bilməsi üçün şərtləri sadələşdirmək lazımdır. Bu, çox həssas mövzudur, biz hər şeyi nəzərə almalıyıq”, – Vladimir Zelenski bildirib.

Facebook Comments