“Töhmətə görə sahibinin üzünə duran dara düşsə, vətənini də satar” – Siyavuş Novruzova CAVAB

Yazıq Azərbaycan! Səni nə günlərə qoydular…

Azərbaycan Respublikası Milli Məclisinin ömürlük deputatı, komitə sədri, hüquq elmləri doktoru, vaxtilə Əfqanıstanda “naçalnik razvedkanın sədri” işləmiş, kotletlə kokteylin fərqini anlamayan Siyavuş Novruzovun indilərdə üzrxahlıq məktubunu oxudum. İlahi, bu ağıl sahibi də ölkəmizin taleyini həll edir, hamıya ağıl verir, qanunlar hazırlayır…

Yazır ki, Ramiz Mehdiyev ona deyib, Prezidentin razılığını almışam, o, da ona görə toya gedib. Əgər Prezidentin razılığı olmasa toya getməzmiş. Xüsusi olaraq qeyd edir ki, “hətta məclis zamanı onun Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb deməyi də həqiqəti əks etdirmir”.

S.Novruzovun yazısından gəldiyim nəticə:

– Birincisi, S.Novruzov üçün qanun heç nədir, vacib olanı Prezidentin icazəsidir.

– İkincisi, Prezidentdən icazə alanlar cəzalandırılmırlar.

– Üçüncüsü, qanunu pozmağa ancaq Prezident icazə verir.

Ən vacib məqam isə bir töhmətə görə bu gün sahibinin üzünə duran bir az dara düşsə Vətənini də satar.

P.S. Düzü bilmirəm, beləsinin Vətəni haradır.

Aslan İsmayılov

Hüquqşünas

Facebook Comments