Portuqaliya-İspaniya sərhədində təyyarə qəzası: ölən var

Portuqaliya-İspaniya sərhədində yanğınlarla mübarizə aparan “Kanadair CL-215” təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot həlak olub.

Sozcu.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, ikinci pilot ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.

Qeyd edək ki, təyyarə Portuqaliyanın şimalındakı Minho əyalətində, Qalisia İspaniya Muxtar Birliyi ilə həmsərhəd olan Peneda-Geres Milli Park ərazisinə düşüb.

Facebook Comments