Əmrah Fəqanoğlunun vəfatı ilə bağlı müəmma: Saytlar xəbəri niyə siliblər?

“Jurnalist həmkarımız Əmrah Fəqanoğlunun koronavirusdan ölməsi xəbərini səhər saytlar qırmızı başlıqla, manşet vermişdilər. Nə baş verdisə, bəziləri yazdığı kimi də sildi.. Səbəb? Adam koronavirusdan ölməyibmi? Bəlkə adam ölməyib, can üstədir hələ? Bəlkə hansısa deputatın tapşırmasına ehtiyac var? Bir izah verin, adam öldümü, ölmədimi?”

Sozcu.az-ın xəbərinə görə, bunu jurnalist Əzizə İsmayılova yazıb.

“Bu qədər “koronadan öldü” deyə həkimlərin, iş adamlarının və s. adları açıqlandı. Niyə Əmrah bəyin adı birdən silinməli oldu? Əgər koronadan ölməyibsə, o zaman niyə xəbər redaktə olunmadı, tamami ilə silindi, demək olar əsas aparıcı saytlardan. İzahı nədir? Camaat bizə inanmır… Camaat bizə niyə inanmır?…” – Ə.İsmayılova qeyd edib.

Facebook Comments